Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘qeyri səlis məntiq’

DAYANIQLI TƏHSİLİN TRANSFORMASİYASI. TAMLIQ VƏ QEYRİ-SƏLİS TƏHSİL MODELI

Fatmaxanım  Cəlal  qızı  Bünyatova,

 «Idrak mektebi-İntellekt school””nin direktoru;

Yuliya İvan qızı Kərimova,

T. Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru

Xülasə: Məqalədə dayanıqlı (dövlət tərəfindən dəstəklənən ) təhsilinhttps://journal.edu.az/2874-preschool-and-primary-education-ssue-4.html transformasiyasından, tam və qeyri-səlis təhsil modelindən söhbət gedir. Müəlliflilər qeyd edirlər ki, təlim prosesində fərdin təfək­kü­rü­nün hərəkətə gətirilməsi problemini həll etmək  üçün təlimin  öyrətmə və mənim­sə­mə məqsədi  öyrənmə və yaratma məqsədinə dəyişdirilməlidir. Bu məq­sə­də çat­­­­maq üçün təlim prosesində şagirdlərin mənimsədikləri biliklərin struktur qu­ru­­luşu məntiqi cəhətdən də­yiş­məlidir. Müəlliflər həmçinin vurğulayırlar ki, dayanıqlı təhsilin öyrətmə nəzəriyyəsini öyrənmə nəzəriyyəsi  ilə əvəz etdikdə təfəkkür hə­­rə­kətə gəlir. Bu hərəkəti J.Piajenin və L.Zadənin yaratdıqları təbii və süni idrak nə­zə­riyyələri əsasında  quranda  dayanıqlı təhsil sistemi transformasiya  olaraq  yeni bir təhsil modelinə –  “Tamlıq və qeyri-sə­lis təhsil modeli”nə  çevrilir. 

Baxış: 1119

Jan Piajenin təbii və Lütfi-zadənin süni idrak nəzəriyələrinə yeni baxış

10743428_862009017165329_1780357600_n (1)2012-ci ildə  “İntechopen”    beynəlxalq  internet açıq   nəşriyatından  təlimdə irəli sürdüyüm  tam və  qeyri- səlis  yanaşmanı  açıqlamağı məndən xahiş etdilər. “İntechopen”    nəşriyyatın təklifinə  razılıq  verərək  _”İntelejent sistems”  başlığı altında kitabın  həmmüəllifi olaraq    “Maşın təlimində fənn biliklərin  tamlıq  və qeyri —  səlis  modelləşdirilməsi” adlı   bir bölmə  yazdım

Məqalə üç hissədən  ibarət idi .

1.Nəyə görə və ya hansı səbəbə görə  günü-gündə qalaqlanaraq  yaradılan  İKT  təlimdə gözlənilən effekti  vermir?

2.Nə etmək lazımdır ki öyrəncilər İKT-dən  keyfiyyətlə  yararlansınlar?

3.Bilik strukturları necə qurulmalıdır? Maşın təlimində hansı təlim texnologiyası tətbiq edilməlidir və  nəticə etibarı ilə nə alınır?

Bu sualların  cavabları qısaca olaraq belə  açıqlandılar:

—         birincisi:  hazırlanan  yeni elektron  dərsliklərin,  İKT  içərisindəki olan bilgilərin,   köhnə strukturlarda  olan  biliklər kimi  yerləşdirilməsidir. İnternet təhcizatları , kompyüter texnologiyaları hamısı  süni idrakın məhsulu olduğu halda,  ona yerləşdirilən biliklər  ənənəvi yanaşma tərzində  götürülmüşdür və bu  idrakı fərqlər təlim keyfiyyətini əmə Read the rest of this entry »Baxış: 2050

Qaziantep Beynəlxalq Simpoziumu «Təlimdə İKT və egitim texnologiyaları» 04-06.10.2012

                              Fatma xanım Bunyatova

   Türkiyənin  Qaziantep universitetində kecirilən beynəlxalq     simpoziuma  Azərbaycandan üc müəllim qatılmışdı.  Simpozium təlimdə  İKT və pedaqoji texnologiyalara həsr edilmişdi. Simpoziumda 300-dən cox məruzələr dinlənilmişdir. Məruzələrin cox hissəsi universitet müəllimləri tərəfindən aparılan araşdırmalara bəhs edilmişdi. Orta məktəbdə  təlim prosesinə  İKT və pedaqoji texnologiyaların inteqrasiyasına həsr olunan məruzələr  isə az  sayda idi. Read the rest of this entry »

Baxış: 1859

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe