Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘sökulub dağılmaq’

Riyaziyyat. «Çıxma əməli»

189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin I sinifdə apardığı açıq dərsin təqdimatı.

Dərs «Müəllimdən müəllimə» layihəsi çərçivəsində konstruktiv təlim texnologiyası və İKT-ilə layihələnmişdir. Müəllim dərsi 3 strukturda qurmuşdur.

1. Bilik stukturları (şagirdlər onlara təqdim edilən biliyi  hansı biliklərlə necə və nə cür bağlamalı olacaqlar)

2. Əməliyyat strukturları (şagirdlər hansı davamlı məntiqi  əməliyatları aparacaqlar)

3. Fəaliyyət strukturları (şagirdlər dərs zamanı necə işləyəcəklər). Müəllim şagirdlərin toplama və çıxma sözlərinin  və onların işarələrinin anlamını üzə çıxartmaq məqsədi ilə düşündürücü suallar qoymuşdur. Şagirdlərin bu anlamları ortalığa çıxandan sonra o, müzakirə obyektinə çevrilərək, sökülüb dağılır və hər bir şagirdin daxili qüvvəsindən asılı olaraq geniş və dayaqlı bir formada yenidən düzənlənir. Məntiqi ardıcıllıqla qoyulan suallar şagird təfəkkürünü yeni görümlərə və bu görümlər əsasında yeni biliklərini yaratmağa şərait yaratmış oldu. Dərsin leymotivi, onun əsas məqsədi təfəkkürün inkişafı  və şagirdlərin özlərinin öz biliklərinin qurucusu  olduğu üçün dərsdə qoyulan hər bir sual, hər bir tapşırıq bu istiqamətə yönəlmişdir.

Təqdimatı izləmək üçün buraya tıqlayın

Baxış: 5948
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe