Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘təfəkkür’

Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması. İETC-2015

Sevinc Abbasova Bakı ş. 284N-li məktəb
Fatma xanım Bunyatova «İdrak məktəbi»nin direktoru

IETC-2015 CONSTRUKTIVE LEARNINGBu məqalədə konstruktiv təlimlə aparılan dərslərdə şagirdlərin öz biliklərini hansı formada qazandıqları və şagird özünüqiymətləndirməsinin üstünlükləri göstərilmişdir. Son illərdə Azərbaycanda təhsil sahəsiədə dünya təhsilinə güclü inteqrasiya gedir. Bu səbəbdən təhsildə hərtərəfli islahatlar həyata keçirilir. Milli kurikilimlar təsdiq olunandan sonra fənn kurikulumlarının tətbiqinə start verildi. İslahatın əsas təlim strategiyası fəal (interaktiv) təlim seçilmişdir. Hazırda hər bir Azərbaycan müəllimi öz pedoqoji fəaliyyətini bu istiqamətdə qurmağa çalışır. Fəal təlimdə şagirdlər dərs boyu fəaliyyətdə olurlar, bilik toplayırlar, biliklərin mübadiləsin edirlər. Dərsdə şagirdlərin fəallığını artırmaq üçün bu təlimdə bir cox metodlardan istifadə edilir. Lakin bütün bu işlər müəllimin rəhbərliyi altında olur. Yəni fəal təlimdə şagirdlər müəllimin rəhbərliyi altında bilikləri mənimsəyirlər. Read the rest of this entry »

Baxış: 381

Öyrətmə yolları.

317860-a7ca7a0767dace21

Fatma xanım Bunyatova.

XXI əsrin müəllimləri qarşısında qoyulan əsas tələblərin biri şagirdləri öyrənməyə öyrətməkdir. Bu haqqda cox deyilir, lakin necə? və nəcür? öyrənməyi öyrətmək  haqqında yazılara  cox az  rast gəlinir. Didaktik etüd kimi bu yolların bəzilərini sizə təqdim etmək istərdik.

Fərqləndirmək.

Fərqləndirmək əqli fəaliyyətdir. Fərqləndirmək iki və ya bir necə anlayışı, Read the rest of this entry »

Baxış: 803

Təhsil kouçinqi müəllimlərin inkişafı üçün bir dəstəkdir

 İnkişaf dövründə hər bir insana dəstək, köməklik lazımdır.

Müəllimin inkişafında bu missiyanı təhsil kouçinqi yerinə yetirir. Təhsil kouçingini kouç aparır.

Kouç kimdir? – öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır.

Təhsildə  kouçinq yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, özü üçün qoyduğu məqsədə çatmaqda  qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.

Bu dəstək müddətində Read the rest of this entry »

Baxış: 904

Innovasiya, innovativ müəllim və innovativ məktəb

 Bakı ş. 225 saylı orta məktəbin müəllimi

Məmmədova Nərgizin məruzəsi

                                       

2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının başlıca məqsədi müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməkdir. Milli strategiya, inkişafın innovasiya mərhələsinə keçilməsini rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasını və inkişaf dinamikasının sürətləndirilməsini başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.

Son 4-ildə Respublikanın ibtidai məktəblərində təhsil standartı olan Yeni Kurikulum tətbiq olunur, yeni nəsil dərsliklər cap olunur, dərslərdə müəllim-şagird münasibətini dəyişmək üçün fəal təlimi tətbiq etmək tövsiyə olunur.  Ümumiyyətlə, Respublikada  aparılan islahatlar innovativ xarakter daşıyır. Yeni tədris planları, təlim texnoloqiyalarından, İKT-dən istifadə edilməsi, qiymətləndirmənin yeni meyarları, elektron məktəb layihələri və.s. bunlar hamısı bir yenilik kimi, bir innovasiya kimi məktəblərdə tətbiq edilir.

Bununla yanaşı yeni anlayışa  əsaslanan dərsliklərin faydalı əmsalı, müəllimlərin bu dərsliklərlə işləmə səviyyəsi, şagirdlərin təlim fəaliyyəti  araşdırılmalı, nəyi nəyə dəyişdirdiyimiz ciddi təhlil edilməli, yeni istiqamət və strategiyalar qurulmalıdır.

 İnnovasiya bir pedaqoji fəaliyyət olaraq təhsilə yenilik gətirir, təhsil prosesinin  təkmilləşdirilməsinə Read the rest of this entry »

Baxış: 8080

Riyaziyyatın iqtisadiyyatda rolu

Nurlan Quliyeva

Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi

İnformasiya vasitələrinin inkişaf etdiyi qlobal dünyada insan məlumat bolluğunda üzur. Kütləvi infofmasiya vasitələri beyləri yükləyir. Lakin bunlara baxmayaraq yenə cəmiyyətin, elmli insanın tələbatı ödənmir. Ciddi işlərə, dəqiq elmlərə ehtiyac duyulur. Riyaziyyat elmlərin şahıdır! Bu gün onun həyatın bütün sahələrində, hətta ədəbiyyatda da yeri var!
İstisadiyyatı isə riyaziyyatsız təsəvvür etmək mümkün deyil. Bütün maliyyə işiləri hesab əməliyyatlarının köməyi ilə yerinə yetirilir. Digər tərəfdən iqtisadiyyatın xüsusi sahəsi olan riyazi iqtisad iqtisadi məsələləri riyaziyyat elminin imkanlarına görə müəyyənləşdirir. Bankların, ölkələrin ümumi durumunu hesablayan iqtısadçılar statistikanın nəticələrini nəzərə alaraq riyazi iqtisadın köməyi ilə müəyyən proqnozlar verirlər. Yaxşı iqtisadçı olmaq üçün həm riyaziyyatı, həm də iqtisadiyyatı bilmək lazımdır. Read the rest of this entry »

Baxış: 2424

Təhsil üçbucağı-müəllim, texnologiya, şagird.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

Bu gün müəllimlər qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi vəzifələr durur. Pedağoji texnologiyalar çoxdur və onların hamısının öz məqsədi və istiqaməti vardır. Təhsil islahatının əsas məqsədlərindən biri ənənəvi yaddaş məktəbini təfəkkür məktəbinə çevirməkdir. Təfəkkür isə konstruktivizm nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə, sinifdə müəllim yox, şağird əsas götürülür. Konstruktor sözü özü də yaradıcı öyrənmə mənasını verir. Nəzəriyyə şüurla bağlı olan psixologiyadan, təhsilə dair təqdiqatlardan, nevroloğiya elmindən qidalanır. Təhsilə fərdi yanaşmanı üstün tutur. Konstruktivizm nəzəriyyəsinin əsaslandığı sosial və koqnitiv (idraka əsaslanan) fərziyyələr öyrənmədə mühüm rol oynayır və öyrənmə nəzəriyyəsi kimi qəbul olunub. Read the rest of this entry »

Baxış: 1642
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe