Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Yeni biliklərin qurulması.

 Fatma xanım Bunyatova

Azərbaycan təhsilinin strateqiyası böyüyən nəsli düşüncəli , yaradıcı şəxsiyyət kimi yetişdirməyə istiqamətlənməlidir ki, onlar  qloballaşan, tez-tez dəyişən dünyada tələbli osunlar, və cevik olaraq öz yerlərini  tutmağa bacarsınlar. 

Təlim prosesində innovativ yanaşma olan Konstruktiv təlim texnoloqiyasından istifadə edən müəllim şagirdlərə bilik vermir, onlara bilik qazanmaq yollarını öyrədir. Müəllim yaradıcı proses qurur, şagirdlər isə öz yeni biliklərini qururlar. Bəs  bu sözlərin göstəriciləri hansı addımlardı, hansı yönümlərdi?

Müəllim şagirdi istədiyi nöqtəyə, yəni biliyə catdırmaq ücün ona bu nöqtəyə gəlib cıxma yolunu düzənləndirir. Bu yol düşüncəyə yönəlmiş suallardan , bu sualların cavabından yararanan yeni suallardan ibarətdir. Hər bir şagird öz düşüncəsindən, öz anlamından cıxış edərək öz anlam yolunu, düşüncə yolunu qurur. Suallaşma interaktiv fəaliyyətində  olanda fikir toqquşması, carpışması əmələ gəlir. Bu toquşmanın nəticəsində varlıqda olan bilik sökülüb dağılaraq yeni formatda düzənlənir. Bu düzənləmədə hər bir şagird qazanclı olur:

—       bilikli şagird öz biliyini təsdiqləyərək, onu sosialaşdırıb, yeni bir yönümdə görür. Onun bu yeni  görümü komandada, müzakirə zamanı  hər bir şagirdin yaratdığı görümdə öz fikirlərinin fərqli baxışdan incələnməsindən, təsdiqlənməsindən ibarət olur;

—       zəif şagird isə, alınan bilgilərdən yararlanaraq, öz anlamını genişləndirmiş  olur.

Bilik strukturlarının  inkişafı, düşüncə strukturları ilə bərabər gedir. Bu gedişatda hamı inkişaf edir, amma fərqli. Fərq ondan ibarətdir ki biri “cüyür” sürətində düşünür, yəni o yüksək sürətdə düşüncə əməliyyatları aparır,  o biri isə “tısbağa” sürətində, yəni asta- asta əməllər aparır. Amma hamı düşünür və düşünərək, bilik qazanaraq inkişaf edir və bu inkişaf  daxili, həmdə xarici amillərdən asılı olaraq gedir.

Baxış: 2189

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe