Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Kouçinq nədi və təhsildə kouçinq nə deməkdir?

Fatma xanım Bunyatova

 Kouçinq texnoloji dövrün yaratdığı xidmət fəaliyyət növlərindən biridir.

   Bu bir növ təlim və inkişaf metodur.

Lakin kouçinq təlimdən fərqlənir.Əgər təlimdə təlimci bilik və bacarığını təlim alana ötürürsə, kouçinqdə  kouç ( sırf tərcüməsi öndəgedən) ona müraciət edən hər bir şəxsə keyfiyyətcə yeni nailiyətlər əldə etmək üçün peşəkar xidmətləri göstərir. Sözsüz ki öz üzərində çalışan hər bir müəllimin peşəkarlığının artırılması məsələsi açıq da olmasa şüuraltı bir istəyidir. Kouçinq xidmətlərindən istifadə edəndə o, öz biliklərini yeni bir səviyyədə inkişaf etdirməklə yanaşı özünün məqsədə çatma gedişatını surətləndirir, nəticələr üzrə fikrini toplamağa kömək edir və daha geniş seçim imkanları açır.

Beynəlxalq Kouçinq (öndəgedənlər) federasiyası kouçinqin əsasını müştərinin şəxsi və peşə təcrübəsinə hörmətlə yanaşmada və hər bir müştərinin yaradıcı, çoxtərəfli və bütov şəxsiyyət olduğuna əmin olmaqda görür. Və beləliklə kouçin (öndəgedənin) öhdəliklərərinə aşağıdakılar daxildir:

-Müştərinin çatmaq istədiyi hədəfləri nəzərdə saxlayaraq onları açıb aydınlaşdırmaq;

— Müştərinin işlədiyi strategiyanı və qəbul etdiyi qərarları üzə çıxartmaq;

-Müştəri qarşısında məsuliyyəti və hesabatı verməyi saxlamaq.

Bu federasiyanın üzvləri kouçlar(öndəgedənlər) qəbul edirlər ki, əldə olunan nailiyyətlər (məsələn təhsil sahəsındə) kouçin dəstək və yardımı kouçinq prosesinin tətbiq edilməsilə müəllimin istəyinin, qərarlarının hərəkətlərinin məhsuludur.  

Təhsildə kouçinq əsasən Avropada inkişaf edib. Skandinaviya məktəb müdirlərinin kouçinq xidmətindən  istifadə etməsi  qısa bir zamanda məktəbin nüfuzunun cəmiyyətdə artmasına gətirib çıxartmışdı. Postsovet məkanında təhsildə kouçing xidmətləri demək olar ki yox səviyyəsindədir. Amma zamanın tələbi ilə yaranan bu xidmət növü müəllimlərin, məktəb rəhbərlərinin diqqət mərkəzinə çevriləcək.

Bu ondan irəli gəlir ki, kouçinqdə (təlimin yüksək anlamında) hər bir şəxsin daxil varlığı, istəyi, görümü nəzərə alınaraq inkişaf rejiminə salınır.

Baxış: 3463

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe