Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv yanaşma ilə interaktiv təlim

 

Fatma xanım Bunyatova

Konstruktiv yanaşma ilə interaktiv təlim — müəllif təlimidir. Bu təlim yeni fənn kurikulumun səmərəli tətbiqi ücün təklif olunmuşdu.      

innovativ treninq1. Konstruktiv yanaşma ilə interaktiv təlimdə diqqət şagirdin sosial və idraki fəaliyyətinə yönələrək hər bir şagirdi azad düşüncəli, sosial və idraki bacarıqlı bir vətəndaş kimi böyütməkdir.

Bu təlim texnologiyasının məqsədi hər bir şagirdin idrakının inkişaf etdirilməsi və onu öz hüququnu dərk edən, özünüinkişafını bacaran, öz biliyini yaradıcılıqla yeniləşdirən bir demokratik şəxsiyyət yetişdirməkdir.

2. Konstruktiv yanaşma ilə interaktiv təlimdə müəllim şagirdlərin təlim fəaliyyətlərinin əlaqələndiricisi, dərsin meneceri, mediatorudur və idraki fəaliyyətə istiqamətləndiricidir.

3. Konstruktiv yanaşma ilə interaktiv təlimdə şagird bilik qazanan, biliklərini yeniləşdirən, komandada iş birliyi quran, sosial və idraki bacarıqlarını inkişaf edəndilər.

4.Konstruktiv yanaşma ilə interaktiv təlimdə  qurulan hər bir dərsdə həm müəllim, həm də şagird inkişaf edir: biri öz pedaqoji yanaşmasını, səriştəsini, o biri isə öz bilik və bacarığını inkişaf etdirir.

5.Konstruktiv yanaşma ilə interaktiv təlimdə qurulan dərs  suallı dərsdir.Bu dərsdə qoyulan suallar məntiqi ardıcıllıqla şagirdləri bildiklərindən bilmədiklərinə gətirib çıxardır. Anlam sualları ilə şagirdlərin mövzu üzrə bilikləri üzə çıxardılır. Şagirdlər  biliklər üzərində silsilə suallarla dərslik, əlavə paylama materialları, interaktiv resurs materialları üzrə axtarış, bilik, tətbiq etmə, təhlil etmə, yaradıcı sual və tapşırıqlar əsasında öz biliklərini qururlar. Bu sual və tapşırıqlar özlərində keçmiş biliyi, ondan yaranan yeni biliyi və gələcək bilikləri  ehtiva edir. Konstruktiv yanaşma təlimdə şagird bilikləri mobil olaraq daim hərəkətdə olaraq bir – biri ilə əlaqəli olur. Öz biliklərini qurub yaratmaq bacarığı XXI əsrin şagirdinin ən önəmli bacarıqlarından biridir.

6.Konstruktiv  yanaşma ilə interaktiv təlimin elmi əsasları İsveç alimi J.Piajenin koqnitiv nəzəriyyəsi və amerika alimi S.Kaqanın kooperativ təlimidir. J.Piaje fərdin idrakı, dərk etmə, öyrənmə bacarıqlarının inkişafının sosial mühitdə, sosial qarşılıqlı münasibətdə görürdü.  S.Kaqan şagirdlərin sosial və intellektual bacarıqlarının inkişafını şagirdlərin  fəaliyyətində və bu fəaliyyətləri təlim materiallarla yerləşdirilməsində görürdür.

Bu iki alimlərin nəzəriyyəsi və inkişafa yanaşmaları müəllifin  özünəməxsus dərs çərçivəsində yeni çalarlar alaraq innovativ bir təlim texnologiyası – konstruktiv yanaşma ilə interaktiv təlimdə şagirdlərin sosial bacarıqları ilə yanaşı idraki və təlim barıqları inkişaf edilir. Bu təlimdə geridə qalan olmur, burada hər bir şagird  idraki və sosial bacarıqlarını öz daxili imkanlarından asılı olaraq inkişaf etdirir.

8.Bu təlimdə bilik müəllim tərəfindən ötürülmür.Müəllim bu təlimdə mövzunun anlamını qoyduğu suallarla şagirdlərin  biliyini ortalığa çıxardır. Ümimi müzakirədə bu anlam genişlənərək hər birinin bilik haqqında olan anlamını söküb dağıdır və onu yeni formada konstruktiv qurur.

Müzakirələr rejimində aparılan bu dərsdə hamı eyni vaxta öz komandasında müzakirəyə qoşulur, fikrini deyir və yoldaşlarının fikrini eşidir.

9.Dərsin interaktivliyi bütün şagirdləri komandada eyni vaxtda müzakirəyə, axtarışa, yaradıcılığa sövq edir. Komandada hər bir şagirdin fikri sosiallaşır, qəbul edilir və müzakirədən sonra ümumi rəyə çevrilir.  Hər komandanın fikri liderlər tərəfindən sinif müzakirəsinə çıxardılaraq orada sosiallaşaraq nəticə etibarı ilə düzgün bir şəkildə hər bir şagirdin öz düşüncə tərzi ilə təfəkküründə əks etdirir.

Konstruktiv yanaşma ilə interaktiv təlimdə hər bir şagird öz biliyinin qurucusudur, öz bacarıqlarını formalaşdırandır.

10.Bu təlimdə qurulan dərslərdə şagirdlər 4 nəfərdən ibarət komandalarda otururlar. Komandalar bir günlük, bir aylıq oğlan və qızlı və s. formalaşa bilər. Komandanın qrupdan fərqi ondan ibarətdir ki, verilən tapşırığı yerinə yetirəndə hər bir komandanın üzvünün öz işi olur və bu işi o məsuliyyətlə görsə, komandanın işi bir o qədər yaxşı olar.

      

Baxış: 3130

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe