Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv yanaşma ilə interaktiv təlimlə biologiya dərslərində şagirdlər öz biliklərini necə qururlar?

Bakı ş.Qaradağ r-nu 228№ məktəbin

biologiya müəllimi  Mətanət Əliyevanın   

  6-8 .06. 2014  Stambul   universitetində  keciriləcək  Beynəlxalq  təhsil konqresinin

elm və təhsil şöbəsində dinlənilməyə qəbul edilən məruzəsinin qısa içmalı

images stamBu məqalə şagirdlərin öz biliklərinin  hansı təlim prosesində? və hansı şəraitdə? qurlduqlarına həsr edilir. Muasir zamanda informasiya və komunikasiya texnologiyasının inkişafı dövründə  hər bir fərd  informasiya axını  qarşısında qalır. Bu informasiyalardan  lazım olanları seçib və onları  yadda saxlamaq cox çətin olur. Bu problemin həlli bizim tərəfdən şagirdləri öyrənməyi öyrətməkdə və onları öz biliklərinin quruçusu olmaqlarında görünür. Məktəb proqramı cərçivəsində bunu necə həll etmək olar? Azərbaycanda 2007-çi ildən təhsil islahatları aparılır. Milli kurikulum yaradılıb və onun təlim strategiyası  fəal təlimdir.  Bu illər ərzində 1-6 sinifə qədər müəllimlər  fəal təlim kursları keçmişlər və öz peşakarlıq səviyyələrini yüksəltmişlər. Lakin fəal təlim  prosesində şagirdlərin əldə etdikləri nəticə texnoloji əsrin irəli cəkdiyi tələblərə çavab vermir. Müasir zamanda şagirdlər bilik daşıyıçıları yox, bilik əldə edən, onu yeniləşdirməyə bacaran bir şəxs olmalıdır. Bu o deməkdir ki şagird nə öyrənirsə düşünərək öyrənməli, öyrənərək biliklərini yenidən qurmalıdır. Buda ki təlimdə yeni bir yanaşma — konstruktiv (J.Piaje) yanaşma tələb edir. Təlim prosesində konstruktiv yanaşma ilə interaktiv təlimdən (F.Bunyatova) istifadə edəndə, şagirdlər öz biliklərinin qurucularına cevrilirlər.  Bu qurucülüq  dərs boyu davam etməklə yanaşı dərsdən sonra mühitdəki biliklərlə təmasda olandada davam edir. Yəni  bir bilik  haqqında təfəkkürdə düşüncə   strukturu qurulursa, onda bu quruluşa aid biliklər onunla birləşir. Bir biologiya dərsinin nümunəsində bu yolu göstərərək onun nə qədər effektli olmağını görmək olar.  Konstruktiv təlimdən istifadə edəndə şagirdlərin interaktiv fəaliyyətdə olmaqları zərururidir. Müəllimin şagirdlərin qarşısına qoyduğu məntiqi suallar və tapşırıqlar interaktiv fəaliyyətdə müzakirə obyektinə cevriləndə şagirdlər bilikləri ilə paylaşdıqları qədərdə bilik qazanırlar. Komandada müzakirədə  (S, Kaqan) bilik qazanma, bilik qurma prosesi dahada güclü gedir. Bunun səbəbi isə hər təlim fəaliyyətinin aparılma qaydasına riayət edilmədədir.

Konstruktiv təlim formasında  apardığım biologiya  dərslərində   hər bir şagird tədricən öz yaradıcı düşüncə formasını qurur və  yeri gələndə bu düşüncə tərzini başqa fənlərdədə tətbiq edir. Bu isə yeni biliklərin  qurulmasına və yaradılmasına  gətirib cıxardır.

 

Baxış: 1800

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe