Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycan dili proqram və dərsliklərinə kurikulum ilə gətirilən yeniliklərə məntiqi baxış və ya insanın təhsil modelinin kurikulumun təhsil modeli ilə müqayisəsi.

 Fatma xanım Bunyatova

1425656_687795381253361_2122322424_nZaman-zaman təhsilə yenilik gətirmək üçün  islahatlar aparılır. İsalhatların məramı yaxşı olmasına baxmayaraq istənilən nəticəyə həmişə gəlmək mümkün olmur. Təhsildə son islahat 2007-ci ildə başlamışdır və  təhsil sisteminin  tam dəyişməsinə yönəlmişdir. Artıq  7-çi ildir ki bu istiqamətdə iş gedir, və demək   olarkı  islahat yolunun yarısından coxu  keçilibdir.

Ötən bu dövr ərzində  fənn kurirulumlarına  əsasən yeni dərsliklər , müəllim üçün dərs vəsaitləri  çap edilmişdi.  Böyük işlər görülmüşdi, və bu işə böyük sərmayə yatırılmışdı.  Gözlənilirdi ki,  təhsilin keyfiyyəti yüksələcək,  lakin irəliləmə  əvəzinə geriləmə yaşanır. Bunun   səbəbi  coxdur:  proqramların standarta uyğun olmaması,  dərsliklərin  məntiqsiz struktur quruluşu, bir yönlü təhsil strategiyası, şəxsiyyətə yönələn, amma şəxsin əqli modelinin quruluşundan  uzaq olan pedaqoji  və psixoloji  yanaşmalar, müəllif səriştəsizliyi, müəllimlərin  yenidən hazırlanması, qiymətləndirmə   və sairə.

TQDK-nin  geniş içtimaiyyətlə  birlikdə apardığı    dərsliklərin  monitorinqi   Azərbaycan dili  və Riyaziyyat  dəsliklərini  və müəllim üçün  metodik  vəsaitlərin məqsədə uyğun  saymamışdı. Gözləmək olardı ki bu il yenidən  çap olan  dərsliklərdə ortalığa çıxardılan çatışmamazlıq aradan götürüləcəkdir, lakin kosmetik  düzəlişlərdən başğa bir yenilik  görünmədi.  Bu müəllif saymamazlığıdı, yoxsa yerinə yetirilən bir  direktivdir?

http://www.kurikulum.az/index.php/az  portalına  daxil olan hər bir müəllim  ibtidai təhsil  səviyyəsinə aid  standart, strateqiya və qiymətləndirmə haqqında normativ sənədlərlə tanış ola bilir.  Bununla yanaşı  bu bölmədə resurslar: video dərslər,  təlim proqramları,  tədris planı, metodiki vəsaitlər  yerləşdirilib. Hər şey demək olar ki var, əsas bir şeydən,  fənn proqramlarından başqa.  Bu vacib sənəd bu bölmədə olmalıdır yoxsa yox? Əyər olmalıdırsa niyə yoxdur?  Nəyə görə ibtidai sinif müəllimi keçdiyi fənnin 4 illik proqramı ilə  tam tanış ola bilmir?  İbtidai sinif proqramlarının yoxluğu müəllimin fənn biliklərinin tam şəkildə  görümünün yoxluğunun demək olar. İl bə il dərs kecən müəllim 4-cü sinifdə belə bir fakt qarşısında  qalır ki, şagird nitqinin qrammatik qaydalara salan əsas dil biliklərindən olan, dilin ən mühüm  kateqoriyası olan hallanma və  onun sualları  proqrama salınmayıbdır. Nəyə görə? Ona görə ki ibtidai təhsil kurikulumunda Azərbaycan  dili təliminin məzmununda bu biliklər yer almayıblar.  (AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN AZƏRBAYCAN DİLİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU  -səh.9)(I — XI siniflər)  vv.kurikulum.az

Bu sənədə əsasən  İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə  şagird

 1.1.1.1.

 danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;

 düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;

 kiçikhəcmli rabitəli mətnlər qurur;

 lüğətlərdən, məlumat kitablarından istifadə edir;

 Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti,

adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;

 yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini

nümayiş etdirir.

Həmən mənbəədə siniflər üzrə məzmun standartları və təlim nəticələri göstərilir   I- çi sinifdə  (ancaq dil qaydaları)

4. Dil qaydaları

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Səs və hərfi fərqləndirir.

4.1.2. Sözləri hecalara ayırır.

4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.

4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.

4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.

4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.

4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

 

II- çı sinif-    4.1.1-4.7.

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sait və samit səsləri fərqləndirir.

4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.

4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar)

məqamına uyğun tətbiq edir.

4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək

üçün lüğətdən istifadə edir.

4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.

4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.

4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu

işarələri ilə tamamlayır.

 

III-cü sinif  4.1.1.-4.1.7

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.

4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər)

məqamına uyğun tətbiq edir.

4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək

üçün lüğət və sorğu kitablarından istifadə edir.

4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.

4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə

şəkildə izah edir.

4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.

4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda

işlədir.

 

IV-cü sinif 4.1. -4.1.7.-

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sadə fonetik təhlil aparır.

4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar)

məqamına uyğun tətbiq edir.

4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək

üçün lüğətdən, ensiklopediyadan istifadə edir.

4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.

4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini

müəyyən edir.

4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.

4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.

 

Şagirdlərin siniflər üzrə dil nətiçələrində  maraq doğuran bir cəhət aydın deyil:”hansı səbəbdən və nəyə əsasən sadalanan biliklər zəruri kimi təqdim edilir?”   Zəruri biliklər hansı olmalıdır və onların vasitəsi ilə savadlı və rabitəli dil necə qurula bilər ?

.Bu problemə  məntiqi çəhətdən  aydınlıq  gətirmək   üçün  I-IV siniflərin    Azərbaycan dili  (ənənəvi və kurikulum)  proqramlarının  koordinat şəbəkəsində  olan quruluşu  ilə  təbii ana dilinin məntiqi quruluşunun  müqayisə etmək lazım gəlir. Bu bir növ  insan üçün yaradılan təlim modelinin insanın özünün təlim modeli ilə  müqayisəsi deməkdir.   http://www.intechopen.com/books/intelligent-systems

Bu müaqyisə IV baxışda ediləcəkdir:

İ-ci baxış ana dilimizin , hər bir insana ana tərəfindən ötürülən təbii dilin  koordinat müstəvisində tam və qeyri səlis məntiqi quruluşu ;

II-ci baxış  Hansı proqramı dəyişdirdik?

Ənənəvi təlim proqramlarında verilən Azərbaycan dili  fənn biliklərinin  koordinat  şəbəkəsində məntiqi quruluşu və onun ana dilimizin məntiqi quruluşu ilə müqayisəsi;

III-cü baxış.  Nəyi ?N əyə  dənyişdik ?   

Kurikulum  proqramlarında verilən Azərbaycan dili  fənn biliklərinin  koordinat  şəbəkəsində məntiqi quruluşu və onun  klassik  təlim proqramlarında verilmiş  Azərbaycan dili  fənn biliklərinin  koordinat  şəbəkəsində məntiqi quruluşu ilə  müqayisəsi;

 IV baxış  Əslində necə olmalıdır?-

Kurikulum  proqramlarında verilən Azərbaycan dili  fənn biliklərinin  koordinat şəbəkəsində məntiqi quruluşu ilə təbii dilin koordinat  şəbəkəsində  məntiqi quruluşu ilə müqayisəsi.

Ənənəvi və  kurikulum proqramlarına  baxış morfoloji cəhətdən aparılacaqdır, çünki  morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir və burada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydaları araşdırılır.

http://az.wikipedia.org/wiki/Morfologiya_%28linqvistika%29

Hər bir dilin öz gizli qaydaları vardı və bu qaydalar ana dilində ana  tərəfindən uşaqlara ötürülür.  Və hər bir fərd məktəbə gələndə, öz ana dilində danışır və o öz söz ehtiyatında olan bütün nitq üzvlərinə aid olan sözlərdən istifadə edir.

Lakin bu sözlərin coxu qaydalı  deyilmiş olsada,   bir coxu isə  yerli ləhçə və dialektlərlərlə qaydaları pozmuş olur.

Azərbaycan dilinin, doğma dilin – dövlət dili kimi tədrisinin əsas qayələrindən biri  hər bir şagirdi onun  lüğət fondundakı  sözlərini dilin qaydasına uyğun  dəyişmə bacarığına yiyələndirərək onu ədəbi dilə çevirməsi olmalıdır. Bu məntiqi çevrilmə bacarıqları  sonralar  anlamlı olaraq hər bir rastlaşan yeni sözlərin üzərində tətbiq edilir. Bu kimi yanaşmalara əsaslanaraq demək olar ki Azərbaycan dili fənn proqramlarının dil qaydaları məzmun xəttinin aparıçı və əsas bilikləri morfoloji qaydalar , sözlərin quruluşunu və formasının dəyişdirən, qaydalar  olmalıdır.

I-çi baxış

Təbii Azərbaycan dilinin koordinat  şəbəkəsində  tamlıq sxemi

(sxem 1.)

Bu sxemdə şaquli xətt olan Y-in üzərində olan  y0,1 –y0,4  dəyişən biliklərdi. Dəyişən biliklər dilin kateqoriyalarıdır. İbtidai təhsil pilləsində öyrəniləsi  dilin 4  kateqoriyası göstərilmişdi.

Üfüqi xətt olan X oxu  üzərində olanlar isə x0,1 -x0,9 isə dilin söz lüğətinin nitq hissələrinə bölünməsinin göstəricisidir. Bu biliklər dəyişilməyən biliklərdir və burada dilimizin 6 əsas  nitq hissəsi köməkçi nitq hissələri göstərilmişdi.

tebii diliqn eyri səlis sxemi

 

 

 

                        Sxem1.

 

Y- oxu üzərində göstərilən dəyişən biliklər, dilin kateqoriyalarıdır.

y-0,1- tək və cəm kateqoriyası;

y-0,2-  hallanma kateqoriyası;

y-0,3- şəxs kateqoriyası;

y-0,4- zaman kateqoriyası;

X  oxu üzərində göstərilən biliklər dəyişməyən biliklərdi. Bunlar dilin köküdür, dilimizin  lüğət fondudur

 x-0,1-isim

x-0,2-sifət

x-0,3-say

x-0,4-əvəzlik

x-0,5-fel

x-0,6 -zərf

x-0,7, x-0,8, x-0,9,- köməkçi nitq hissələri

Bu sxemə əsasən invariant dil bilikləri – bilik strukturları üfüqi qurulur, kateqorial biliklər isə şaqulu. Və burada dilin daxili məntiqi əlaqələri  aydın görünür.  Məsələn  y0,1-in   x0,1-x0,6-kimi əlaqəsi vardı.  Bu görünüşə  əsasən biliklər tək halda yox, bir-biri ilə məntiqi əlaqələrdə  öyrənilməlidir və bu zman x olan  invariant  biliklər bu öyrənmə dairəsinə düşməlidir. Əgər  tək və cəmi yəni  — y,01   keciriksə onda   , o x,01-ilə  birləşdirərək keçilməlidir  yəni

 y,01, x,01 məntiqi birləşmə ilə.  Sonralar isə tək və cəmi  yəni  y,01 x,02,   x,03,   x,04,   x,05,   x,06 birləşdirilərək keçilməlidir.

Məsələn ev-evlər ; gözəl-gözəllər (isimləşmiş sifət) , üçüncü-üçüncülər, bizim-bizimkilər, yazıram-yazırıq

y-0,2—  hallanma kateqoriyasını kecəndən sonra  x,01-ilə birləşdirilib keçirililməlidr. Bu məntiqi birləşmədən sonra  y-0,2  x0,2 –ilə, x 0,3 –ilə, x 0,4 –ilə, x 0,5 –ilə məntiqi biirləşərək keçilməlidir.

Eyni məntiqi birləşmələr y,03 keçiləndə x,04 və  x 0,5 lə məntiqi birləşməlidirlər.

Dilin təbii məntiqi quruluşundan  görünür ki  burada biliklər bir –biri ilə məntiqi əlaqədədirlər. Onları bir-biri ilə uzlaşaraq bir tamlıq sxemi yaradırlar. Bu məntiqdə əsasən biliklər tam bir sxemdə, bir-biri ilə məntiqi əlaqədə olaraq öyrənilməlidir. Bu bir növ insanın öz ağlının təhsil  modelidir .

Bəs dil bilikləri necə öyrənilir?

II-ci baxış  Hansı proqramlarla dərs keçirdik və islahat çərçivəsində nəyi  dəyişdirdik?

Ənənəvi- klassik  təlim proqramlarında verilən Azərbaycan dili  fənn biliklərinin  koordinat şəbəksində məntiqi quruluşu və onun ana dilimizin məntiqi quruluşu ilə müqayisəsi (sxem 2.)

enevi telim proqramının tamlıq şəbəəsində sxemi

 

  Bu sxemdə biliklərin koordinat müstəvisində  ənənəvi  Azərbaycan dili proqramlarının bilikləri (Yəhya Kərimiov) yerləşdiriləndə aşğıdakı görüntü  alınır.

  1. 1.    burada  nitq hissələri  illər boyu öyrənilir. İbtidai təhsi səviyyəsində çəmi 4 nitq hissələri: x0,1x0,2, x0,3, x0,4, öyrənilir.
  2. 2.     2-ci sinifdə  x0,1x0,2,x0,5, ;
  3. 3.    3-cü və 4-cü siniflərdə x0,1x0,2, x0,4, x0,5,
  4. 4.    x,06 haqqında bilik orta məktəb pilləsində verilir
  5. 5.    Burada kateqorial, yəni dəyişən biliklər diskret olaraq verilmişdi: y0,1x0,1, və y0,1x0,5; (tək və çəm — isim və feil) 
  6. 6.    y0,2x0,1, və y0,2x0,5  (hal — isim və feil)

10657695_371444483029961_1005718160_n

Sxem 3.

Bu iki sxemi yəni dilin təbii məntiqi sxemi ilə  tərtib edilən ənənəvi dil proqramlarının  müqayisə edəndə görmək çətin deyil ki nə qədər öyrənmədə boşluq vardı (sxem 3.)  Təbii dil daşıyıcısı  olan hər bir şagirdin  cox sayda dil bacarıqları toxunulmamış qalaraq, inkişafa, qaydalı düzənlənməyə məruz qalmamışdı.  

        III-cü baxış

        Nəyi  dəyişdik ?  Nəyə  dəyişdik?

İbtidai məktəb pilləsinin Azərbaycan dili  ənənəvi təlim proqramlarını Azərbaycan dili kurikulum proqramları ilə dəyişdirildi. Bu proqrama əsaən dərslik, dərs vəsaitləri yazılıb və onlar artıq ikinci dəfə cap olunmaqdadır. Bu  proqram və dərsliklər şagirdlər üçün Kurikulum əsasında düzəldilən təhsil modelidir.

 İbtidai təhsil pilləsində Azərbaycan dili fənn kurikulum proqramlarındakı  biliklərin təbii dilin tamlıq sxemində məntiqi quruluşu. (sxem 4.)

25.5

 

 

Proqramın məntiqi quruluşuna verilən açıqlamalar:

  1. 1.    Dilin məntiqi sxemində 4 il ərzində öyrənilən biliklər öz əksini tapıbdı. İbtidai təhsi səviyyəsind çəmi 5 nitq hissələri: x0,1x0,2, x0,3, x0,4, x0,5 öyrənilir.
  2. 2.    Kateqorial bilik — y0,1( tək və cəm),  y0,3 (şəxs),  y0,4 (zaman) öyrənilir.
  3. 3.    Hal və hallanma haqqında biliklər verilməmişdi.

Bu proqram düzənlənmələrini (keçmiş və indiki kurikulum proqramlarını ) bir-biri ilə müqayisə edəndə nə kimi  dəyişiklik göründü:

  1. 1.    Dilin əsas dəyişdirilənləri yəni kateqorial biliklər ənənəvi proqramla müqayisədə kurikulum proqramlarında  ciddi şəkildə azaldılmışdır. Əyər bilik vahidləri azalmış olursa, onların üzərində praktiki işlərdə azalmış olur. Praktiki işin azalması savadlıq yolunda görülən işin azalması demək olar.
  2. 2.     4 il ərzində hal, hallanma haqqında heç bir bilik  verilməmişdir, yəni dilin ən əsas dəyişmə qaydaları öyrənilməmişdir.
  3. 3.    4-cü tədris ilində dilin morfoloyi bilikləriin öyrənilməsi yox dərəcəsindədir.
  4. 4.    Ənəvi proqramlardan fərqli olaraq  burada bir nitq hissəsi –say — x0,3 əlavə  olaraq öyrənilir.
  5. 5.    Tamlıq sxemində ənənəvi təlim proqramında  27 bilik öz əksini tapmışdır, kurikulum əsasında düzənlənən proqramda  18 bilik göstərilmişdi. Bu isə dil biliglərinin 50% azalmasının göstəricisidir.
  6. 6.    Hər iki yanaşmada eyni oxşarlıq vardı. Bu fənn daxili inteqrasiyanın  cox zəif görüntüsüdür.

10657695_371444483029961_1005718160_n 26                                                                Sxem 5.

IV baxış.

Kurikulumun Azərbaycan dili  proqram  biliklərinin təbii  dilin tamlıq sxemindəki görünüşünün təbii dilin tamlıq sxemindəki biliklərlərin görünüşü  ilə  müqayisəsi.

Bu baxıma   bir növ Kurikulumun  şagirdlərə  düzənlədirdiyi təhsil modelinin (morfoloji baxımdan)  insanın öz təhsil modelinin müqayisəsi demək olar.

10657695_371444483029961_1005718160_n 261

                                         Sxem 6

Bu iki sxemin müqayisəsi nə deyir?:

  1. 1.    Ana dilinin tamlıq qeyri-səlis modeli –hər birimizin daşıdığı ana dilinin örtülü qaydalarla illərlə nizamlanmış  tamlıq sxemidir.  Bu tamlıq sxemində ki  örtülü dil qaydaları,  kurikulum proqramlarının sxemindəki  dil qaydaları strukturlarında  öyrənilir.  Kurikulumun struktur qyruluşunda öyrənmə  təbii dilin tamlıq sxemindəki biliklərin struktur quruluşu  ilə heç bir müqayisəyə gəlmir.
  2. 2.    . Morfologiyanın əsas mövzusu olan nitq hissələri haqqqında ilkin biliklər verilir. Sözlərin quruluşu, onların  dəyişmə qaydaları demək olar ki öyrənilmir.
  3. 3.    Kurikulum proqramlarında qrammatik qaydalar   məntiqi əlaqəsiz, zəif bir halda , natamam  bir şəkildə illər ərzində  öyrənilir. Ana dilinin tamlıq sxemindəki olan biliklər hər bir fərd tərəfindən öz təfəkküründə  4-5 yaşınadək məntiqi əsaslarla ona ötürülən biliklər əsasında  qurulmuşdu.
  4. 4.    Kurikulum proqramlarında qrammatik qaydaların şagirdlər tərəfindən  öyrənilməməsi  onların ana  dilinin ləhçələr və dialektlər tərəfindən deformasiya olmuş  formada  inkişafı deməkdir.  Qrammatik qaydalar  hər bir  şagirdin  ana dilinin ləhçə, dialekt, şivə ilə deformasiyaya uğramış  strukturlarını    düzgün bərpa edir. Bu düzgün bərpa hər bir öyrəncinin ədəbi dilinin quruluşunun əsaslarından birıdır.
  5. 5.     Kurikulum nəticəsi kimi  İbtidai sinif  (1-4)  şagirdləri  yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirirlər  vvv. Kurikulum.az .

 Bu qaydalar sxem 4  göstərilən qaydalardı və onların   şagirdlərin şifahi və yazılı nitqlərinə  nə dərəcədə  təsir etdiyini görmək çətin deyildir.

Bu görüntünü  qrafik olaraq birdə belə görmək olar 

10657695_371444483029961_1005718160_n 2641-ci  sütun —  Təbii ana dilinin( morfoloji qaydalar) – təbii dilin proqramı 

2-ci  sütun – Ənənəvi ana dili  (morfoloji qaydalar) proqramları

3-cü  sütun – Kurikulumun Azərbaycan dili  (morfoloji qaydalar) proqramları

Kurikulum  proqramı müəllim üçün görüləcək  işin , şagird inkişafının  planlı surətdə aparılması deməkdir. Bu proqram əsasında dərsliklər yazılır.  Dərslik  şagirdlərə bilik almaq üçün bir vəsaitdir.  Dərsliklərin nə vəziyyətdə olduğu  hamıya aydındır və günahkarlarda bəllidir. Və əgər biz həqiqətən islahat yolu ilə təhsilimizi yüksəkliyə qaldıraraq böyüyən nəslə zamanın tələbi ilə təhsil vermək istəyiriksə, onda  onlara insanın düşüncə modelinə uyğun təhsil modeli qurmalıyıq. İnsanın təhsil modeli fənnlərin bu günki nproqram quruluşununun  dəyişməsini tələb edir. Yeni quruluşda olan proqramlar isə  bir strategiyalı yolla yox, düşüncə tərzini özündə güclü ehtiva edən bir neçə təlim strategiyaları ilə  tədris edilməlidir.. 

 

Baxış: 12430

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe