Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Yerli və “dünyavi deyişmələr”.

Fatma xanım Bunyatova

Birinci məqam.

Bu günlərdə Kurikulum portalında www.kurikulum.az beynəlxalg məsləhətci Nazim İrfan Tanrukulunun “Proqram və eqitimdə dünyavi dəgişmələr” məruzəsinin təqdimatı ilə tanış oldum. Cox maraqlı təqdimatdır.

Cox qısa və lakonik  dildə Kurikulumun  tətbiqedilmə ərəfəsində hansı araşdırmalar  aparılmalı olduqları və aparılmadıqlarını göstərib. Sadə sözlə desək nəyi nəyə dəyişdirmək və bu dəyişiklik nə gətirə biləcəyi  təhlil  edilməmişdi. Və buna görədə məsləhətci  öz məruzəsində  “  1—4-cü siniflər üçün hazırlanan proqram standartlarının bir çoxu ümumi ifadələrlə (Bir çoxu birdən artıq hədəf) kitaba çevrilmə və mövzunu ifadə etmədə risklər daşıyır.”deməklə işin hansı səviyyədə aparıldığına işarə edir.

Nazim Urfan Tanrıkulu  Yeni kurikulumların daha yaxşı anlaşılması və     hədəfinə çatması üçün müəllimlərin və idarəçilərin kifayət qədər Xidməti Təhsil kurslarıından keçirilməsi gərəkliyini bildirir. Bu kurslar sözsüz ki tək fəal təlimə aid olmamalı, onlar ayr-ayrı yanaşmadan aparılmalıdır.

Məruzədə ən əsas diqqətimi cəkən məqamlardan biri  beynəlxalq məsləhətcinin proqramların necə qurulmasıdır.“ Proqramlarda şagirdlərin fəal və məlumatı quran mövqeyi xüsusi ilə qeyd olunmalıdır. Şagird biliyi necə əldə etməyi bilən, biliyi əldə edərək onu zehnində yenidən quran, sonda yeni bilik əldə edən fərddir. “ Bu ismarıcdır ki proqram dərk etmə yəni koqnitiv əsasda qurulmalıdır. Koqnitiv əsasda qurulan proqramda  bilikləri dərk etmə modelinə uyğun olaraq qurulur. Və buda təlim prosesində  konstruktiv təlim texnologiyası ilə  həyata kecir.   Beynəlxalq məsləhətcinin dünya praktikasından gətirdiyi nümünə bugün “İdrak məktəbinin”  TN  qarşısına və  beynəlxalq pedaqoji arenasına  cıxartdığı problemlərdən birididir.   Dünya düşüncədən danışır, biz hələ respublika səviyyəsində  mənimsəməkdən dəm vururuq.  Kurikulum cərcivəsində hazırlanmış dərsliklərə baxanda  orada albayraq məqsəd mövzunu mənimsətməkdir.  Tək-tək hallarda müəllimlər tərəfindən dərslərdə məqsəd biliklərin , təfəkkürün inkişafı qoyulur.Amma qoyulur http://www.idrak-m.com/?p=2582.%20/

http://www.idrak-m.com/saytın ana xətti dərketmə prosesidir və bu haqqda ziyarətcilər məlumatlıdırlar. Hətta Göy-göl Üctəpə kənd məktəbinin müəllimi Nurlan Quliyeva  riyaziyyat dərslərini konstruktiv metodla apardığı bir metodik vəsait də cap etdirib. Nurlan Quliyeva “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası”.  Bununla onu qeyd etmək istəyirəmki  TN məsləhətciləri bir daxili pedağoji cəryanları araşdırsalardı pis olmazdı, aparılan islahatın xeyrinə olardı. Bəlkə bir qürur duyardılar ki bizim məktəblərimizdə,  pedağoyi cəmiyyətimizdə bu fikirlər  nəinki bir ideya kimi, hətta real olaraq dərslərdə  müəllimlər  tərəfindən həyata kecirilir.

Baxış: 1846

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe