Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Qaziantep Beynəlxalq Simpoziumu «Təlimdə İKT və egitim texnologiyaları» 04-06.10.2012

                              Fatma xanım Bunyatova

   Türkiyənin  Qaziantep universitetində kecirilən beynəlxalq     simpoziuma  Azərbaycandan üc müəllim qatılmışdı.  Simpozium təlimdə  İKT və pedaqoji texnologiyalara həsr edilmişdi. Simpoziumda 300-dən cox məruzələr dinlənilmişdir. Məruzələrin cox hissəsi universitet müəllimləri tərəfindən aparılan araşdırmalara bəhs edilmişdi. Orta məktəbdə  təlim prosesinə  İKT və pedaqoji texnologiyaların inteqrasiyasına həsr olunan məruzələr  isə az  sayda idi.  Zərifə Əliyeva adına liseyin müəllimi A.Tahirlinin “İnnovasiya və təlimdə dəyişiklik” , Respublika incəsənət gimnaziyasının müəllimləri Təranə Əliyeva və Yaqut Əzimzadənin “Təlimdə konstruktiv yanaşma” və bu sətrlərin müəllifinin “Formal-məntiqi və qeyri səlis məntiq üzrə yeni təlimin qurulması” məruzələri iştirakcıların diqqətini cəlb edərək geniş diskussiya səbəb olmuşdur.  “Formal-məntiqi və qeyri səlis məntiq üzrə yeni təlimin qurulması” məruzəsinin təqdimatı 19 əsrdən bu yana təlmin dəyişilməməsi, onu biliklərin hazır şəkildə şagirdlərə ötürülməsi haqqında bəhs dən sonra təlim sisteminin  dəyişmə yollarından danışıldı. Yeni təlim sisteminin məqsədi: düşünən, problemləri həll etməyi bacaran, daimə biliklərini təzələməyə bacarıqlı olan, işini düzgün planlaşdıran, ünsiyyət qurmağı bacaran  bir şəxsin yetişdirməsidir. Bu məqsədlərə  catmaq ücün yeni təlim sistemi qurulmalıdır.  Yeni təlim sisteminin  qurulması ücün üc əsas şərt vacibdir: fənn biliklərinin formal-məntiqi və qeyri səlis modelləşdirilməsi, təlim usulunun dəyişdirilməsi və yeni düşündürücü semantik tapşırıqların yaradılması. Bu üc şərt şagird təfəkkürünün inkişafına yönələrək  onu düşünərək, anlayaraq oxumağa sövq edir, yeni  biliklərini qurmaq ücün şərait yaradır. Bu istiqamət isə cağdaş dünyapedaqogikasınını əsas istiqamətlərindən biridir.“Formal-məntiqi və qeyri səlis məntiq üzrə yeni təlimin qurulması” məruzəsinin təqdimatını slaydda izləyə bilərsiniz.

6_the INTERNATIONAL KOMPYUTER AND INSTRUCTIONAL TECHNOLOGIES SIMPOSIUM GAZIANTEP

Baxış: 1860

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe