Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘YOES-’

«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.

 

Слайд1

«Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES» layihəsi çərçivəsində 22-24.2014 Trabzonda keçirilən treninq materiallarIndan.
Treninq iştirakçıları üçün Read the rest of this entry »

Baxış: 1609

Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi

trabzonMartın 21-25-i  Trabzonun  Zorlu Qrant otelində   “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES”  layihəsi  çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi  keçirilmişdir.  Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş,  Azərbaycandan Özəl “İdrak məktəbi”  Konstruktiv təlim məktəbinin yaradıcısı  Fatma xanım Bunyatova apardılar.

Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı,  Qəbələ müəllimləri,  Türkiyədən isə  Trabzon , Rizə , Ankara müəllimləri  iştirak edirdi.

Treninqin  3-cü  günü  Trabzonun BVƏ  ilk  öyrətim okulunun   IV sinifində   treninq iştirakçıları üçün  riyaziyyat  dərsindən  “Onluq kəsir”  mövzusunda  master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə  Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri  Fatma xanım Bunyatova  apardı.  Dərs  Konstruktiv  təlimlə  qurulmuşdur. Bu dərs xüsusilə  şagirdlərin biliklərinə əsaslanmışdır.  Şagirdlər  öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin  məntiqi sualları və əsasları əsasında  bir biliyi başqa biliyə  çevirərək, sadə  bilikdən   mürəkkəb  biliyə gedən yolda öz biliklərini  qurmuş oldular. Read the rest of this entry »

Baxış: 1754

«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi

Fevral  ayının 15-i  İrşad otelin Konfrans  zalında   “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi  -YOES” layihəsi çərçivəsində  “Liderlik, innovativ  müəllim və innovativ dərs”  mövzusunda   növbəti  treniniqimiz keçirildi.  Treninqi  Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen,  Koç   Arzu  Aktaş və  Özəl “İdrak məktəbi”nin  direktoru ,  Konstruktiv   Təlim Mərkəzinin  yaradıcısı Fatma  xanım Bunyatova apardı.  Treninqdə  Bakı  şəhərinin  müəllimləri  ilə  bərabər   Təhsil  Nazirinin müşaviri  Ağababa İbrahimov  iştirak edirdi.

Treninqdə  liderlik  keyfiyyətləri  hansılardır  və  ona  hansı  yollarla  yiyələnməyi    göstərən Arzu  xanımdan  sonra,   Fatma  xanım  bu  keyfiyyətləri  sinif  otağında  şagirdlərdə  necə  yaradılmasını,  hansı təlim  və  əqli  fəaliyyətlərin   formalaşmasının   əsaslarını  göstərdi.  Treninqdə  yaradılan  yeni  yanaşma ilə  dərs  modelini   ənənəvi   və  fəal təlimlə aparılan dərs modelləri  ilə  müqayisə  edən müəllimlər konstruktiv   yanaşma  ilə  interaktiv  təlimin nə qədər  sadə,  anlamlı  olduğu  ilə  bərabər,  nə qədər keyfiyyətli ,  şagirdlərə  başa  düşüləsi  və  rahat olduğunu  dərk etdilər. Read the rest of this entry »

Baxış: 1849

Toplama və çıxma əməlinin qarşılıqli əlaqəsi

bed.qul.
Fatma xanım Bunyatova

Sentyabrın 28-30  Azərbaycan-Türkiyə  Yeni Ortaq Egitim Sistemi -YOES layihəsinin birinci  mərhələsinin pedaqotreninqləri kecirilmişdir http://www.idrak-m.com/?p=4022.   Treninqlərin keyfiyyəti  adətən treninq iştirakcılarının   sonda təqdim etdikləri  məhsullarla, onların əhəmiyəti ilə qiymətləndirilir. Sentyabrda aparılan treninqlərdə 20 müəllim iştirak etmişdi və bir o qədərdə interaktiv üsulla qurulan dərslərin təqdimatı edilmişdir.  Təqdimatlar demək olar ki bütün fənnləri

Read the rest of this entry »

Baxış: 2317

İstanbul görüşləri.

 

Fatma xanım Bunyatova

IMG_0437Ankaradan İstanbula günorta vaxtı çatdıq. Samandara dayanacağında bizi  «Ögretmen Akademisi Vagfı» qenel başqanı  və təsisçisi Kayhan Karlı qarşıladı  və  İstanbulun modern mərkəzlərindən biri olan Ataşehirə gətirdi.
Nahar  zaman süfrə arxasında işgüzar söhbətimiz başladı. Kayhan  bəy İstanbulda  və ümuiyyətlə  Türkiyədə təhsilin inkişafı barəsində ətraflı söhbət etdi.  Harvard və Oksford universitetlərində təhsilin yeniləşdirilməsi yolları , aldığı  biliklər haqqında danışdı. Mənim ona bu yenilikləri necə həyata keçirirsiniz sualıma belə cavab verdi. “Bir neçə il bundan əvvəl bir bankdan ödül qazanmışdım. O ödülün köməyi ilə bir Vaqf yaratdım və müəllimlərə kouçluq eləməyə başladım. Kouçdan keçən hər bir müəllim öz məktəbində bu biliklərli paylaşaraq məktəblərinə yeni düşüncə mədəniyyəti gətirmiş oldular. Bax,  bu yolla hər kouçinqdən sonra müəllimlər öz sinif otaqlarında təlim mühitini dəyişdirərək iş yoldaşları ilə öz biliklərini paylaşaraq onlara məktəbdə kouçluq eləməyə başladılar.”
-Bu kouçinqlərdə iştirak edən müəllimlər dövlət məktəbinin müəllimləri, yoxsa Read the rest of this entry »

Baxış: 1673

Öyrənməyi öyrədənlərinin təlimləri.

 Fatma xanım Bunyatova

 

Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistem – YOES layihəsinin aparıcı qüvvələri, bu  layihəni həyata kecirənlər -müəllimlərdir. Bu layihə Azərbaycan Respublikasının təhsil satandartı olan Kurikulumun inkişaf yollarını təlimdə göstərməkdir. Bugün, zamanın tələbi ilə, müəllim bilik verən yox , bilik qazanma yollarını öyrədən olmalıdır. Şagirdin əsl biliyi onun özünün qazandığı bilikdir. Cəmiyyətimiz məktəblərin qarşısında sürətlə dəyişən, qloballaşan dünyamızın templərinə uyğun düşümcəli, ünsiyyətli, komandalarda işləmək bacarığı olan bir gəncləri yetişdirməyi məqsəd qoyur.
Hər bir müəllim bu tələbləri yerinə yetirmək ücün öncə özü öyrənməlidir ki öyrənməni necə öyrətsin.

Read the rest of this entry »

Baxış: 2343

Türkiyə Yenilikci Müəllimlər Forumu-2012

 

İyunun 26-28  Türkiyə Milli Təhsil  Nazitliyi Ankara Başöyrətmən evində Türkiyə təhsilini yeniləşdirməyə istiqamətlənən  “F@TİH” layihəsi əsasında “Yenilikci Müəllimlər Forumu -2012” kecirilmişdir. Foruma Türkiyənin bütün bölgələrinin müəllimləri iştirak edirdi. Bu foruma Azərbaycandan bir qrup müəllimdə qatılmışdı. Read the rest of this entry »

Baxış: 2271
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe