«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi
Fevral ayının 15-i İrşad otelin Konfrans zalında “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi -YOES” layihəsi çərçivəsində “Liderlik, innovativ müəllim və innovativ dərs” mövzusunda növbəti treniniqimiz keçirildi. Treninqi Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen, Koç Arzu Aktaş və Özəl “İdrak məktəbi”nin direktoru , Konstruktiv Təlim Mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova apardı. Treninqdə Bakı şəhərinin müəllimləri ilə bərabər Təhsil Nazirinin müşaviri Ağababa İbrahimov iştirak edirdi.
Treninqdə liderlik keyfiyyətləri hansılardır və ona hansı yollarla yiyələnməyi göstərən Arzu xanımdan sonra, Fatma xanım bu keyfiyyətləri sinif otağında şagirdlərdə necə yaradılmasını, hansı təlim və əqli fəaliyyətlərin formalaşmasının əsaslarını göstərdi. Treninqdə yaradılan yeni yanaşma ilə dərs modelini ənənəvi və fəal təlimlə aparılan dərs modelləri ilə müqayisə edən müəllimlər konstruktiv yanaşma ilə interaktiv təlimin nə qədər sadə, anlamlı olduğu ilə bərabər, nə qədər keyfiyyətli , şagirdlərə başa düşüləsi və rahat olduğunu dərk etdilər. Qurulan hər bir dərs modeli, müzakirə obyektinə çevrilib , düşüncələrdən süzülərək iştirakçıların təlim strategiyaları haqqında biliklərini daha da genişləndirdi. Müəllimlər tərəfindən qurulan Azərbaycan dili və riyaziyyat dərs modelləri müəllimlərin fəal təlimlə apardıqları dərs anlayışlarını söküb- tökərək , yeni bir formada, konstruktiv təlimlə aparılan interaktiv dərs modelində qurmağa imkan yaratmış oldu. Bu quruluşun möhkəmlənməsi, onun bacarıq halına çevrilməsi isə müəllimlərin bu quruluşda işləmələrindən asılı olduğu qeyd edildi.
Baxış: 1859