Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Rayon, Şəhər Təhsil Şöbələrinin metod kabinet müdürlərinin, məktəb direktorlarının və müəllimlərin diqqətinə.

Bu yol ayrı bir yoldur.

Bu yol təfəkkür yoludu.

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin müəllimi-2011” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün  trening  keçirir. 2009 və  2010 –çu ildə Mərkəzə 8 müəllim müraciət etmişdı və onların  7 müsabigənin qalibi olmuşdular.

Treninqdən keçən müəllimlər aşağıdakı bilik və bacarıqları əldə etmiş olacaqlar:

  1. İnteraktiv və konstruktiv təlim texnologiyalarına əməli formada yiyələnmək.
  2. Milli Kurikulumun və standartları əsasında təlim prosesini qurmaq;
  3. Dərsləri şagirdin təffəkkür fəaliyyəti yolunda qurub aparmaq
  4. Dərsin dizaynını etmək.
  5. Şagirdlərin biliklərinin qiymətləndirilməs;i.
  6. Dərslərin təqdimatını hazırlamaq.
  7. Dərslərdə  İKT ilə pedagoji texnologiya nın birlikdə istifadəsi. .

Treninq zamanı müəllimlər aşağıdakı ləvazimat və metodik vəsaitlərlə təmin olunacaqlar:

  1. Konstruktiv təlim (iş kitabı) –F.Bünyatova
  2. Şəhər məktəblərinin  və ilin ən yaxşı  müəllimlərinin konstruktiv təlimdə apardıqları dərslərin ssenarisi,
  3. Dərslərin təgdimatı.
  4. Təqdimatların  CD.
  5. Multimedia resursları
  6. Sertifikat

Treninqin aparıcısı Beynəlxalq sertifikatlı trener,  konstruktiv təlim texnologiyasının müəllifi, “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatovadır.

Konstruktiv təlim texnologiyası haqqında

Əsl bilik şagirdin özünün yaratdığı bilikdir.
Konstruktiv təlim XXI əsrin ən öndə gedən
pedaqoji təlimidir. CON Lorens (ABŞ)

Konstruktiv təlim- müasir dövrün ən qabaqcıl pedaqoji texnologiyası sayılır. Bu təlimlə işləyən müəllimlər şagirdlərə hazır bilikləri vermirlər. Bu müəllimlər şagird təfəkürünü irəli çəkərək onlara düşünüb nəticəyə gəlmək üçün təlim prosesi yaradırlar.Bu texnologiya ilə təlim keçən hər bir şagird öz yaradıcı fəaliyyəti ilə: proqram çərçivəsindən kənara çıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa edərək, səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır; müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır; sosial bilik və vərdişlər yaradır.Bu prinsiplər əsasında dərs qurub keçmək üçün müəllimləri, metodistləri treninqdən keçməyə dəvət edirik. Treninqlər konstruktiv təlimin prinsipləri əsasında canlı dərs formasında kecirilir. Treninqdən keçən hər bir müəllim öz düşüncə tərzini dəyişdirərək hər bir dərsinə yaradıcı yanaşaraq onu yenidən yeni üslübda qurmağa çalışır.
Yüz bilik daşıyıcısı olmaqdansa, bilik qazanmağın yüz üslübunun daşıyıcısı olmaq daha yaxşıdır.

Müəllimlər nə qədər cox texnologiyalarla tanış olsalar, bir o qədər onların seçim imkanları geniş olar. Hər bir islahat o vaxt təşəkkül tapır ki, onun tətbiqi yolu bir yox, bir necə variantda olsun.

Konstruktiv Təlimlə qurulan və keçirilən dərslər öz quruluş    etibarı ilə fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.

Bu fərqlər aşağıdakılardır:

Aktiv – Construktiv- İnteraktiv təlimlərin fərqi.

Aktiv təlim —      şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir; onu əks etdirir; yenidən tətbiq edir və yadda saxlayır; uyğunluğu tapır.

İnteraktiv təlim təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır; fikir mübadiləsi aparılır; yeni fikir  yaradılır; işlərin düzgün bölünməsi aparılır; məsuliyyət  hissi yaradır; sosial bilik və vərdişlər aşılanır.

Konstruktiv təlim —    şagird öz yaradıcı fəaliyyəti ilə: proqram çərçivəsindən kənara çıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa  edərək , səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır; müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır.

Mənbə:

Active-Constructive-Interactive: A Conceptual Framework

for Differentiating Learning Activities

Michelene T. H. Chi

Psychology in Education, Arizona State University

Received 22 July 2008; received in revised form 11 November 2008; accepted 11 November 2008

“Konstruktiv təlim texnologiyası” treninqinin məzmunu

5 günlük treninq — 30 saat

I.  Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası(Milli Kurikulum) və müəllimlər qarşısında qoyulan məsələlər.

  • Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər
  • Ümumi təhsilin məzmun standartları
  • Ümumi ibtidai təhsil və onun məqsədi
  • Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi
  • Yeni pedaqoji texnologiyalar : aktiv, interaktiv və konstruktiv təlim.    Oxşarlıq və fərqlər.

II. Yeni pedaqoji  texnoloqiyalar.

F. Bunyatovanın Konstruktiv təlim texnologiyası

  • Konstruktiv təlimin mahiyyəti, prinsipi, təyini və fəlsəfəsi.
  • Konstruktiv təlimdə müəllim və şagirdlərin rolu

Konstruktiv təlimlə aparılan dərsin quruluşu

Konstruktiv təlimlə aparılan dərs — 2 hissəli dərsdir:

  • Dərsin I hissəsi
  • Dərsin II hissəsi
  • Şagirdlərin komandalara bölünməsi.
  • Dərsin idarə olunması.

Konstruktiv təlimdə şagirdlərin dərsdə birgə fəaliyyət strukturları. Kaqanın (ABŞ) kooperativ fəaliyyət strukturları

  • Cütlükdə müzakirə
  • Komanda
  • Cütlükdə qeydə alma
  • Səhvi tap
  • Cütlükdə yoxlama
  • Fikir sıçrayışı
  • Rollar üzrə oyun
  • Açın və seçin
  • Telefon
  • Dəyirmi masa

III. Mövzülarda bilik strukturları  (bilik vahidləri). Bünyatovanın məntiqi bilik strukturları

  • Uzlaşdırma strukturları
  • Dönmə strukturları
  • Assosiativ strukturlar
  • Ləvğ etmə strukturları
  • Eynilik strukturları
  • Praktiki iş
  • Fənn biliklərində məntiqi bilik strukturlarının tapılması və qurulması.

Məntiqi bilik strukturları üzərində aparılan təfəkkürün məntiqi əməliyatları.

  • Məntiqi təsnifat əməliyyatı
  • Serial əməliyyatı
  • Məntiqi zənginləşmə əməliyyatı
  • Məntiqi əvəzetmə əməliyyatı
  • Multiplikativ əməliyyat
  • Praktiki iş
  • Tapşırıqların və əsasların qurulması

Konstruktiv təlimdə dərsin layihələşdirilməsi

Dərsin qurulması ücün 7 element

  • Axtarış. Mövzunun sistemdə yeri.
  • Strukturlar
  • Məntiqi bilik əməliyyatları
  • Əlaqə
  • Suallar
  • Əlavələr və nəticələr
  • Təsəvvürün əks edilməsi
  • Praktiki iş: fənnlər

Konstruktiv təlimlə aparılan dərslərin layihələşdirilməsi

  • Nümayiş dərsləri
  • Nümayiş dərslərin layihələşdirilməsi.
  • Dərslərin aparılması
  • Dərslərin təqdimatı.
  • Açıq dərslərin qurulması və İKT ilə təqdimatı.

Treninq məşqin aparıcısı Beynəlxalq sertifikatlı trener “İdrak məktəbi”nin “Konstruktiv Təlim Mərkəzinin” direktoru Fatma xanım Bunyatova.

Treninq-məşqlərdən keçən müəllimlərə sertifikat, iş kitabı,  metodik vəsaitlər, dərslərin CD formatında təqdimatı və  multimedia resursları verilir.

Treninq-məşqlər ödənişlidir.

Treninq Bakı şəhəri “İdrak məktəbi”ndə keçiriləcək.

Treninqlər məktəblərdə, rayon mərkəzlərində, regionlarda iştirakçıların sayı 10 nəfərdən çox olduqda keçirilə bilər.

Ünvan: Bakı şəh., Azadlıq pr. 151A

Əlaqə tel: (+99412)441-58-06

Mob: (+99450) 311-49-56

www.idrak-m.com

e-mail: idrakmektebi@rambler.ru

Treninqlər

12-17 noyabr

2 – 6 yanvar

16 – 20 mart  tarixlərində keçiriləcək.

Treninqin ödəmə yolu:

Ödəniş köçürmə və yaxud nəğd ola bilər.

Beynalxalq SKB-nin Nasimi filiali 805614

Muxbir hesab: 0137010002944  H/ h :711942АZN3803-01

VÖEN 99000001881S.W.I.F.T. BİK IBAZAZ2XXX

Poçtla göndərmə:

Bakı, 1106 Azadlıq pr. 151A      “İdrak məktəbi”

Treninqin ödənişi – 200.00 AZM

Qeyd: Əgər bir məktəbi iki müəllim təmsil edirsə 10% güzəşt olunur.

Regionlara və məktəblərə fərdi yanaşma olur.

Qeyd: Konstruktiv təlim mərkəzinin kitab köşkündə

1.Təlim  və tərbiyədə interaktiv təlim  -F. Bünyatova, Bəhlul Abdulla  Bakı2000

87 səh.                                8AZM

2. Konstruktiv təlim: mahiyyət, prinsip,vəzifələr və dərsdən nümünələr. F.Bünyatova   Bakı, 2008  217 səh.                      15AZM

Ünvana çatdırma  — 26 AZN

Baxış: 12317

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe