Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Müəllimdən müəllimə

1. Halva halva deməklə…..

Fatma xanım  Bünyatova

Azərbaycan Respubluikasının Təhsil İslahıtı programı çərçivəsində təhsil standartı olan Milli Kurikulumun strategiyası yeni məzmunlu təhsilin, şagird yönümlüyünə, şagird təfəkkürünün inkişafına istiqamətlənibdir. Təhsil islahatı, təhsilin ümumən, hər bir sahəsinə toxunur və belə demək mümkünsə əsrin “pedaqoji çevrilişinə” bənzəyir və sözsüz ki, bu həm önəmli, həm də məsuliyyətli bir prosesdir, dövlətin olduğu kimi cəmiyyətin də bu prosesdə seyirci kimi yox, fəal iştirakı labüddür.

Müəllim şagird münasibətləri, təlimin yeni məzmunu, təlimdə yeni pedaqoji və İKT texnologiyalarından istifadə, qiymətləndirməyə yeni baxış və s. yenilik təhsilimizin ibtidai məktəbindən  başlayaraq ikinci ilini artıq başa vurmaqdadır.

Bəs bu iki il ərzində biz nə qazandıq, yəni strateji səmtə necə gedirik? Nəyi dəyişdirdik və necə? Sözsüz ki, bu suallara bir mənalı cavab vermək olmaz, amma ona kənardan baxıb elmi əsaslarla və praktiki gəzişmələrlə izah edəndə cavab özü mənalanar.

XXI əsr idrak, fənd və texnologiyalar əsri kimi səciyyələnir və bu da öz tərəfindən bu dəyişikliklərə hazır olan cəmiyyət tələb edir.Cəmiyyət o zaman dəyişkənlərə hazır ola bilər ki, onun üzvləri bu dəyişiklikləri qəbul etməyi bacarsınlar, onların düşüncələri, təfəkkürləri mobil və yumşaq olaraq bu dəyişikliklərə adekvat cavab versin.

Azərbaycan höküməti dünyanın bu texnoloji dəyişikliklərini görərək təhsildə islahata hələ keçən əsrin sonunda başlamışdı və demək olar ki, MDB ölkələri çərçivsində Azərbaycan yeganə bir dövlətdir ki, təhsil islahatını bu geniş diapozonda aparmağı qarşısına məqsəd qoymuşdu və onu əsasən də bu istiqamətlərə: müəllim- şagird münasibətləri (dərsin texnoloji quruluşu); dərslik siyasətinə (yeni məzmun, məzmun xətləri) və görülən işin, qazanılan nailiyyətlərin qiymətləndirilməsinə, məktəblərin maddi texniki bazasının artırılmasına, yeni tipli məktəblərin yaradılmasına yönəlmişdir.

Bəs bu yönümdə kedən işlərin (əsasəndə təhsil prosesinə aid  olan hissəsi, cünki tikilən, yenidən gurulan məktəblər  körümlüdir) səviyyəsi necədir?  Hansı əsaslara  əsaslanarag onlar yenidən gurulmuşdu?

Müəllim şagird münasibətləri, dərsin texnoloji quruluşu.

Azərbaycan təhsil standartı olan Milli Kurikulumda  müəllimlərə ənənəvi tədris üsullarının əvəzinə  yeni pedaqoji texnologiyalardan istifadə tövsiyyə edilir. Müəllim bilik ötürən yox, pedaqoji proseslər yaradan, şagirdi isə passiv bilik qazanan yox, bu prosesdə fəal bilik qazanan kimi görür. Milli Kurikulum bir məqsəd kimi şagird təfəkkürünün inkişafını irəli çəkərək, bu inkişafa gedən yolu dumanlı da olsa göstərmiş və yeni dərslikləri də bu meyarlarla yazılmasını əsas şərt kimi götürmüşdü.  Bu cox giymətli və önəmli bir şərtdir. Amma burada ataların “halva halva deməklə ağız şirin olmaz” sözü yada düşür. Belə bir olay vardı etnopedaqoqikamızdda. “Halva halva deməklə ağız şirin olmaz, ortalığa çıxıb iş görmək lazımdır”.

Şagird təfəkkürünü inkişaf etdirmək deməklə, təfəkkür inkişaf olmur. Təfəkürün  inkişaf yolu, nəzəriyyələri var, onun inkişaf  mühiti var. Uşağ təfəkkürünün təmasda olduğu, inkişafına  uyğun proqram və dərsliklər bu nəzər nögtəsinə əsasən yazılmalı,  bu inkişafın mərhələləri  aydınlanmalı və hər bir mərhələyə uyğun tapşırığı, fəaliyyəti və əməlləri göstərilməlidir. Bütün bu sadalananlar Kurikulumda bir proqram kimi açılmalı və bu istiqamətə yönəlik müəllim işini necə qurması perspektivi göstərilməlidir. Bunların açılımı olmasa “təfəkkürün inkişafı”  Kurikulumun deklarativ bir şüarı kimi səslənərək bir şüar kimi də qalacaq.

Baxış: 4305

3 комментария to “Müəllimdən müəllimə”

  • I feel that is an interesting point, it made me suppose a bit. Thank you for sparking my considering cap. Sometimes I get such a lot in a rut that I just really feel like a record.

  • Following close behind it was the coffeemaker, taking over from the percolator that used to sit on a burner of the stove, Ralston Public Schools, Vemco 612 Drafting Machine, Win Antivirus Pro, Is Mumbai Same As Bombay, Blake D Stamm, Justice League Coloring Pages, 7th Amendment Court Cases, Commercial Property Developers Gauteng, Hocking Hills Ohio, Movie Theatres In Michigan, Girls Drinking Sperm, System Error No Boot, Ebags Free Shipping Code, Spotting After Abortion, Usa Parking Romulus Mi, Immobilier Neuf Saint Saturnin, Allison Transmission Cooler, Big Gun Exhaust, Alex Jones Biography, Steam Railroad Lafayette Indiana, Clarisa Pinkola Estes, Al Mar Pathfinder, Spinach Dip With Velveeta Cheese, Troubleshooting Itunes Problems, Soviet Union Timeline, Autographs Of Colditz Pow For Sale, Bizweb Category Service Business, Description Of Daycare Worker, Clackamas River Corridor Bike Trail, Trailblazer Air Conditioning, Utah British Bike Club, Steven P Fischer, Erin Waite Pa,

  • I don’t know what to say to be good. Everyone can to have an oppinion, i say just our oppinion is not the same.

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe