Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Riyaziyyatın dili. Язык математики

Fatma xanım Bunyatova

Dəyərli valideynlər və müəllimlər!

 “Öyrətmə-öyrənmə”  münasibətlərdə aparıcı rol uşaqlara ayrılmalıdır və onlara fikirləşib cavab verməsi üçün imkan yaradılmalıdır.

Sizə təqdim olunan “Riyaziyyatın dili” kitabı məktəbəqədər yaşlı uşaqlar üçün tərtib edilmişdir. Kitab iki didə — Azərbaycan və rus dilindədir. Bu kitab 1994-cü ildə TN tərəfindən təsdiq edilmişdi və şagird  idrakın inkişafına yönəlmiş  ilk vəsait idi. 2018-ci ildə  kitabın 2-ci dəfə qısaldılmış formada nəşr edilmişdi

 Bu kitab sözsüz bir kitabdır.  Burada öyrənmə  nağıllarımızın qəhrəmanlarının bax, öyrən, davam et, özün yarat kim işarələrinin vasitəsi ilə gedir.

Sözsüz ki, şərti olaraq “öyrətmə-öyrənmə” adlandırdığımız  bu münasibətlərdə aparıcı rol uşaqlara ayrılmalıdır. Belə ki, uşağa fikirləşib cavab verməsi üçün imkan yaradılmalıdır. Əgər uşaq öz fikrini sözlə yox, əl-qol hərəkətləri , mimika və jestlə, yaxud da səslə izah etməyə çalışarsa, onda böyüklər “Yəqin sən belə demək istəyirsən” deyə, onun mimika və jestlərlə ifadə etdiklərini səsli nitqə çevirərək səsləndirməlidirlər.

Uşaqlar anadan olandan 8 yaşınadək onda fəhmi (intuitiv) təfəkkür formalaşır. Onlar, adətən, bu səviyyədə gördüklərini təkrar edir, biliklərini artırır və təcrübə toplayırlar.Bu təbii inkişaf prosesində balacalar əldə etdikləri bilikləri anlayaraq qavramaları və bilmələri baxımından böyüklərin yardımına ehtiyac duyurlar. Bu ehtiyacı ödəmək üçün böyüklər onlara cavabı hazır ötürməməlidirlər. Uşaqların bu ehtiyacı “bu nədir?”, “neçə dənədir?”, “nədən fərqlidir?”, “hansıdır?”, “nədən belədir?” və s. bu kimi sualların köməyi ilə ödənilməlidir.

Hər bir dərs özündə öyrədici, bənzətmə və yaradıcı tapşırıqları ehtiva edir. Bu tapşırıqlar asandan başlayaraq tədricən çətinləşir. Prosesin rahat keçməsi üçün kitabda söz əvəzinə işarələrdən, nağıl qəhrəmanlarının hərəkətedici şəkillərindən istifadə edilmişdir. Kitabdakı tapşırıqlar əsasən əməli xarakter daşıdığından mümkün hesablama vasitələrindən (çöplər, düymələr, maqnit yapışqanları, rəqəmlər və s.) istifadə edilməlidir. Hər bir uşaq “ayırmaq”, “birləşdirmək”, “parçalamaq”, “əlavə etmək”, “sıralamaq”, “yaratmaq” kimi verilən tapşırıqların yerinə yetirilməsində bu vasitələrdən istifadə edərək öz əvvəlki biliyini “söküb dağıdır” və onun elementlərindən istifadə edərək yeni biliklərini qurur. Bu üsulla bilik əldə edən hər bir uşağın təfəkküründə tədricən intuitiv olaraq yaradıcılıq, quruculuq kimi bacarıqlar inkişaf edir.

Məktəbəqədər yaşlı uşaqlar, adətən, gördükləri işin düzgünlüyünün təsdiqini görmək istəyirlər. Məhz bu psixoloji tələbata görə kitabda “Özünü yoxla” tapşırıqları verilmişdir. Tapşırıqların mahiyyəti ondan ibarətdir ki, kiçiklər – nəyi bilib-bilmədiklərini, böyüklər isə onların niyə bilmədiklərini dərk etməyi bacarsınlar.https://www.dropbox.com/home?preview=New+%D0%9F%D1%80%D0%B5%D0%B7%D0%B5%D0%BD%D1%82%D0%B0%D1%86%D0%B8%D1%8F+Microsoft+PowerPoint+(3).pdfhttps://drive.google.com/drive/my-drive

Baxış: 860

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe