Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Fənn biliklərinin strukturlarının formal-məntiqi və qeyri səlist modelləşdirilməsi -təfəkkür yolu

 

    Fatma xanım Bunyatova
                                              “İdrak məktəbi”nin direktoru
                Konstruktiv təlim texnologiyasının  müəllifi

                           Bu məqalə  XXI əsrin təhsil strateqiyasınin  təhsilin təfəkkür yoluna istiqamətləndirilməsindən bəhs edir. Təlimi  təfəkkür yoluna  istiqamətləndirmək ücün təlimdə  üc köklü dəyişikliklər edilməlidir:

  1. Təlim üsulunun dəyişdirilməsi;
  2.  Biliklərin məntiqi strukturlaşdırılması. Bu strukturlar  süni və təbii idrak strukturları ilə eyni kökdə qurulmalıdırlar.
  3.  Fənn biliklərinin tamlıq-məntiqi  və qeyri—səlist modelləşdirilməsi. Bu cür  yanaşma psixopedaqoqikada  yeni bir  istiqamət  nano-psixopedaqoji  istiqamət yaradır..

Nəticə  etibariı ilə  bu 3 prinsip təlim sisteminin quruluşunu dəyişdirir.  Şagirdlərə bilik almaq əvəzinə onlara  nano-psixopedaqoji  yanaşmada qurulan biliklərlə təmasda olaraq öz biliklərini qurmaq şəraiti yaradılır.

 

Yaddaş və təfəkkür fəaliyyəti.

İKT-nin  surətli inkişafı təhsilin bu inkişafdan nə qədər geri qalmasını aydın göstərir. Texnoloji alətlərin sürətlə yeniləşməsi modernləşməyə ağır olan təhsili cox geridə buraxıb.
İKT-nin  texniki imkanlarından istifadə edilərək  təhsildə yeni istiqamətlər  e-təhsil, distant  təhsil, on-line təhsil, maşın təhsil və s.  yaradılmısına baxmayqraq  bu texniki imkanlar təhsildə köklü dəyişikliyə  təsir göstərə bilimir. Səbəb ondan ibarətdir  ki, bu texniki vasitələrə 300 il bundan əvvəl yaranan, yaddaşa yönələn ənənəvi təhsilin didaktik prinsipləri qoyulmuşdur. Tək- tək, sistemsiz, məntiqsiz   qurulan biliklər, yadda saxlanaraq öyrənilirdi. Ancaq biz bilirik ki insan beynində yaddaşdan başqa    idrak-təfəkkür də vardır, və onun  imkanlarından cəmi 2-3% istifadə olunur.

Əgər biz təlimdə yadda saxlamaqla coxlu bilik əldə etmək yolundan dönüb şagirdlərin bilikləri anlayıb başa düşməsi ücün  təfəkkür fəaliyyətlərini qursaq onda biz  təlimi keyfiyyətcə dəyişdirmiş olarıq və onu hamı ücün əlverişli  vəziyyətinə gətirə bilərik.

Təlimdə vacib olan köklü dəyişikliklər.

Təlimi  təfəkkür yoluna  istiqamətləndirmək ücün təlimdə  aşağıdaki köklü dəyişikliklər edilməlidir:

  1. Təlim üsulunun dəyişdirilməsi; bilik ötürmə, bilik axtarıb tapma əvəzinə  elə təhsil prosesi qurulmalıdır ki  orada hər bir şagird öz biliyindən cıxış edərək biliklərini qursun.

2.Biliklərin məntiqi strukturlaşdırılması. Bu strukturlar  süni və təbii idrak strukturlarının inkişaf yolu ilə eyni kökdə qurulmalıdır. İdrakın təbii modelinin  nəzəriyəsini  Piaje, süni modelini isə Lütfi-Zadə yaratmışdır.

3. Bu iki  nəzəriyyə əsasında bilik strukturlarının  tamlıq-məntiqi  və qeyri—səlist modelinin hazırlanması . Biliklərin tamlıq-məntiqi modeli psixopedaqoji yanaşma yolu ilə qurulur. Psixopedaqoji yönümdən qurulan modelin  psixoloji anlayışları  qeyri səlist  məntiqin anlayışları ilə əvəz ediləndə  biliklərin tamlıq-məntiqi və qeyri səlist modelini almış oluruq. Bu cür  yanaşma psixopedaqoqikada  yeni bir  istiqamət  nano-psixopedaqoji  istiqaməti yaradır. Bu yolla qurulan bilik modeli insan təfəkkürünün  anlama, başa düşmə yolu ilə qurulmuşdur. Bu qurulan model təlimin hər bir formasının nano-psixopedaqoji  baxımından  qurulan bilik modeli ola bilər .

Nəticə  etibariı ilə  bu 3 prinsiplər təlim sisteminin quruluşunu dəyişdirir.  Şagirdlərə bilik almaq əvəzinə onlara  nano-psixopedaqoji  yanaşmada qurulan biliklərlə təmasda olaraq öz biliklərini qurmaq şəraiti yaradılır.

Bunu necə etmək olar və bu nə verə bilər?

1.Təlimin üsulunu dəyişdirmək.

Təlimin üsulunun  dəyişdirməsi  ayrı-ayrı metodlardan təlim texnologiyasına kecid deməkdir. Bu modeldə  Bunyatovanın Konstruktiv Təlim (BKT) texnologiyası təklif edilir. Bu texnologiya  J.Piajenin koqnitiv nəzəriyyəsinə əsaslanır.  BKT texnologiyasının  məqsədi şagirdlərin idrak strukturlarının (yəni dərketmə, öyrənmə ) inkişaf etdirməkdır. İnsan beynində yaddaş, eşitmə, diqqətlə yanaşı  idrak  yəni anlama , öyrənmə  strukturları da  vardır. İdrak, təfəkkür  strukturları  əsasən   biliklər üzərində aparılan təfəkkür  əməliyatları zamanı inkişaf edir. Təfəkkür əməliyatları, yəni  əqli fəaliyyətlər biliklər üzərində  aparılır. Bu əməliyatlar J.Piajenin tamlıq məntiqinin  alətləri vasitəs ilə aparılır.   Konstruktiv təlim prosesində  şagirdlər əldə etmiş bilikləri üzərində məntiqi şərtlərə  əsaslanan təfəkkür əməliyatları kecirərək öz biliklərini keyfiyyətcə  təzə formaya salır,    yeni biliklərini qurururlar. Konstruktiv  təlim yaradıcı , qurucu təlim olduğu ücün bu təlim prosesinin iştirakcıları olan müəllim və şagird  bilik ötürən və bilik qəbul edən olmurlar. Onların hər biri bu prosesin yaradıcı iştirakcıları olurlar: biri  dərsin dizaynının çəkir, o biri isə  çəkiləni reallaşdırır.

 2.Bilik strukturlarının  modelləşdirlməsi

Biliklər bu vaxta qədər  didaktik vahidlər kimi təqdim edilir. Onlar tək-tək öyrənilir və şagirdlər illər boyunca biliklərin tamlıq sxeminə cıxırlar. Ayrı-ayrı öyrənilən biliklərin arasında  zəif əlaqələr və münasibətlər  yarandığı  ücün onları inteqrasiya etmək cətin olur.  Bunun əvəzinə modeldə  bilik vahidləri bir struktur kimi qəbul edilir.  Piajenin tamlıq məntiqinin mexanizmləri ilə bilik strukturlarını  məntiqi bilik strukturlarına cevirərək  tamlıq sxemində üfüqi inteqrasiya edilir().  Bu üfüqi  tamlıq sxemində  bilik ctrukturları bir-biri ilə sıx əlaqədə və  qarşılıqlı münasibətdə  olurlar. Yaradılan tamlıq- məntiqi və yxud da ki formal-məntiqi modeldə biliklər  dəyişməyənlərə  və dəyişənlərə  bölünürlər. Dəyişməyən biliklər  invariant  biliklərdi,  onlar koordinant müstəvisində  üfüqi düzənlənirlər. Dəyişənlər isə kateqorial biliklərdi, onlar şaquli düzənlənirlər.  Azərbaycan dilinin bilikləri  misalında  invariant  biliklər, yəni dəyişməyən — nitq hissələrdi,  dəyişənlər , yəni kateqorial biliklər  isə dilin qrammatik qaydalarıdı.

Formal- məntiqi modeldə  dəyişən və dəyişməyən biliklər idrak strukturlarına izomorf  olaraq, yəni eyni kökdən qurulurlar.

Bilklərin bu formada qurulması biliklərin genetik qurulşu deməkdir. Bu tip quruluşda hər bir şagird öz inkişaf səviyyəsini təyin edərək həmin nöqtədən inkişafını davam edəcək. Bu bir genetik proqram olmağı ilə bərabər həmdə hər bir fərdin şəxsi proqramı da olur. Bu bir növ sinif, vahid proqram anlayışını fərdi inkişaf proqramına, səviyyə  anlayışına cevirir. Biliklərin formal-  məntiqi modelində məntiqi bilik strukturları bir -biri ilə  uzlaşıb sonra ayrıla bilərlər.Onlar bir biri ilə assosiasiyayada  girə  və ləğv ola bilərlər və s. Bilikləri mobil hərəkətə gətirən onların  üzərində   şagird təfəkkürünün   apardığı təsnifat, seriasiya, multiplikativ və əvəzetmə əməliyatlarıdır (9 ).

3. J.Piajenin  və Lütfi-Zadənin  nəzəriyyələri  əsasında biliklərin tamlıq-məntiqi  və qeyri—səlist modelinin  modelləşdirilməsi.

J.Piaje və Lutfi-Zadə idrakın quruluşunu göstərmişdilər, amma fərqli dillərdə. Piaje psixoloji , Lütfi Sadə isə riyazi dildə.  Piajenin tamlıq məntiqinin anlayışları Lütfi-Zadənin qeyri səlist modelinin anlayışları ilə üst-üstə düşdüyü ücün,  formal məntiqi bilik modelinin psixoloji anlayışları Lütfi Zadənin qeyri səlist məntqinin anlayışları ilə dəyişdirilir.  Bu dəyişmədən biz biliklərin formal-məntiqi və qeyri səlist modelini alırıq.

Bu dəyişmədə Piajenin kateqorial və yaxud da ki dəyişən biliklər (qrammatik qaydalar) anlayışı Lütfi-Zadənin linqvistik dəyişənliyi ilə əvəz edilir.

Lutfi-Zadənin linqvistik anlayışından cıxış edəndə mənsubiyyət funksiyasına iki qayda aid olur:

1.  a) sintaksik qayda. Bu qayda qrammatik formada verilərək dəyişən və yaxud kateqorial biliklərin adını yaradır.

b) semantik qayda.Bu qayda alqoritmik prosedurla hər bir dəyərin  mənasını təyin edir.

2. “Qeyri səlist coxluğun” dil biliklərində dilin söz ehtiyatı kimi  təyin etmək olar. Bu yanaşmada “coxluğun elementi” nitq hissələri kimi görülür. Onda “qeyri səlist” coxluğun mənsubiyyət  funksiyası sözün düz  leksik mənasında başa düşülür.

Fənn biliklərinin formal — məntiqi və qeyri səlist  modeli necə qurulur? Fənn biliklərinin  formal məntiqi və qeyri səlist  modeli  məsələn Azərbaycan dilinin qaydalarının timsalında   qurulacaq. Bu modeli qurmaq ücün  aşağıdakıları etmək lazımdır:

  1. Azərbaycan dilinin bilik strukturlarını dəyişən, yəni linqvistik dəyişənlərə və invariant yəni universal coxluqa bölmək lazımdır.
  2. İnvariant biliklər,  yaxudda ki universal coxluq    x –la işarə edilir.

3. İnvariant biliklər, yəni dilin söz ehtiyatı,  təsnifat edilib siniflərə, yəni nitq hissələrinə bölünür.  Hər bir sinif  x0,1; x0,2; x,03 …x0,9; x1  kimi işarə edilərərək  koordinat müstəvisində üfüqü düzənlənir. İnvariant biliklər və yaxudda ki  “biliklər coxluğu “ siniflər üzrə sonlu və siniflər icində sonsuz ola bilərlər.

4.Dəyişən , yəni dilin  kateqorial bilikləri və yaxud linqvistik dəyişən biliklər koordinat müstəvisində şaqulu düzənlənir və   y –lə işarələnir. Onlarda təsnifat əməliyyatıdan kecərək  y0,1; y0,2; y0,3 və.s. kimi işarənəlir.

Alimlərin qənaitinə görə kateqoriyanın formalaşması elmi axtarışların vahid nəzəriyyəsidir. Bilik coxluğunun elementlərini  və ya nitq hissələrini  kateqorial biliklərlə   birlikdə  rəqəmlə işarələyəndə biz bilikləri onların xüsusiyyətləri ilə birlikdə təsvir edə bilərik. Biliklərin hər bir xususiyyəti ardıcıl rəqəmləri qəbul edir. Bu cür işarələnməni  biliklərin “qeyri səlist” dili adlandırmaq olar. Məsələn  “Axşamdan güçlü qar yağırdı” cümləsi koordinat  müstəvisində aşağıdakı nöqtələr kimi işarələnir:

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem1

Bu cümlənin qeyri səlist dildə yazısı belə görünür:

<x0,6 y0,1,y0,2> <x0,2>  <x0,1 y0,1> ,< x0,5 y0,1, y0,4, y0,5,y0,8>

Göründüyi kimi coxluğun hər bir elementinə, məsələn    x0,6  — axşamdan  öz linqvistik dəyişəni  y0,1, y0,2  məxsusdur.   x0,6 rəqəm göstəricisi  Azərbaycan dili qrammatikasının qaydalarına uyğun olaraq isimləşmiş zərfin göstəricisidir;  y0,1,  təkliyin,  y0,2 isə hallanmanın göstəricisidir. Bu rəqəm göstəriciləri üzrə hər bir şagird öz biliklərindən cıxış edərək istədiyi qədər cümlə qura bilər və bu da ki özüinkişafın, özüanlamın göstəricisi kimi görünür.Bu xüsusiyyət distant, maşın və e-təhsilin əsaslandırılmalarından biri    ola bilər, cünki bu əsaslar təbii dilin timsalından  irəli gəlir.

Hər bir sinifin  və yaxud coxluğ elementininın bilikləri eyni zamanda bilik strukturlarının klasteridir (bilik bazasıdır) . Onların  hər birinın  öz qaydaları və qanunauyğunluğu vardır. Klasterlərin strukturları linqvistik dəyişənin qaydalarına  uyğun olaraq məntiqi şərtlərlə birləşə və ayrıla bilərlər, assosiasiyaya  girər və yada  yox ola bilərlər. Linqvistik dəyişənlərin çoxluğun elementlərinə  mənsubluğu  əvəzetmə, multiplikativ, zənginləşmə və eynilik  əməliyyatı  olan məntiqi əməliyatlarla  təyin edilir. Belə halda linqvistik dəyişənlərin qaydaları coxluğun qaydaları kimi daima mobil hərəkətdə olurlar. Bu qaydalar  qoyulmuş məntiqi  şərtlər əsasında  bilik strukturları ətrafında mobil hərəkətdə birləşərək biliklərin nano –strukturuna cevrilirlər.

 Biliklərin formal-məntiqi və qeyri-səlist modeli təhsilə                       və     İKT-ya  hansı yenilikləri gətirə bilər?

1.  Biliklər  tamlıq sxemində qurulur. Dil unsiyyət və fikri catdırma vasitəsi olduğu üçün onda təbii ki  Piajenin  tamlıq məntiqinin  və Lütfi- Zadənin  qeyri -səlist məntiqinin şərtləri hər bir elmdə ola bilər. Bu halda Piajenin tamlıq məntiqinin  və Lütfi-Zadənin qeyri səlist məntiqinin qaydaları hər bir elmə   tətbiq oluna bilər. Bilikləri  texnoloji quruluşda  yeni nəsl texnoloji vasitələrin proqramlarında yerləşdirməklə İKT-ni yaddaşa yox, özünüinkişafa  istiqamətləndirmək olar.

2. Bilik strukturları dəyişən və dəyişməyənlərə bölünürlər. Kateqorial  və   invariant  biliklərin rəqəmsal xususiyyətləri hər bir şagirdin  bilik koordinatını təyin etməyə imkan verdiyi ücün  texnoloji əsaslara söykənərək  standart proqram cərcivəsindən yaranan nano-proqramda hər bir şagirdə onun fərdi inkişaf səviyyəsinə uyğun olaraq  proqram qurmaq olar. Bu yanaşmada fərdilik, differensıallıq və ümumi iş texnoloji əsaslarla qurulacaq.

3.Şagird təfəkkürünün biliklər üzrə əməliyyatlığı  onun təfəkkürünün  bilik strukturlarını klasterləşdirməyə  şərait yaradır. Hər bir şagird məntiqi əməliyyat vasitələri ilə  bu biliklərın arasındakı qarşılıqlı əlaqələri və münasibətləri  tapır, onları təsnifat edir və yaxud  başqa biliklərlə  əvəz edir. Bu səbəbdən də onun  bilikləri dinamik, əlaqəli, dəyişməyə, yeniləşməyə  meyilli  olur.

4. Piajenin tamlıq məntiqi və Lütfi –Zadənin qeyri -səlist məntiqi təlim biliklərinin ənənəvi quruluşunu   sökərək ona yeni quruluş — üfüqi quruluş verir. Biliklərin bu cür quruluşu hər bir şagirdə müfəffəqiyyət qazanmaq  imkanı yaradır.  Proqram cərcivəsində müvəffəqiyyətin əldə etmə müddəti burada hər bir şagirdin daxili imkanlarından asılı olaraq geç və tez ola bilər. Bu bir növ sinif, vahid proqram anlayışını  fərdi inkişaf proqramına, səviyyə  anlayışına çevirir.

5.Biliklərin  formal-məntiqi və qeyri səlist modeli fənn biliklərinə ayrılan vaxtı  20-30% ixtisara salır. Bununla yanaşı təlim spontan  quruluş və gedişat müstəvisindən  texnoloji quruluş və texnoloji   idarə etmə — yəni nanopsixopedağoji müstəvisinə keciriləcək .

6. Biliklərin formal-məntiqi və qeyri səlist modeli bir texnoloji model olaraq orta məktəblərdə, elektron təhsilin hər bir formasında, elektron  və rəqamsal məktəblərinin proqram quruluşunda, istedadlı uşaqlar ücün   fərdi proqram tərtibatında isifadə etmək olar.

 

Абстракт. 

Данный доклад посвящен формально-логическому и нечеткому моделированию содержания обучения. Модель знаний построена на логике целостности Пиаже  и на нечеткой логике Заде. Этот синергетический подход в обучении создает возможность моделировать содержание  структур знаний  изоморфно структурам интеллекта.

Ключевые слова: логика целостности, нечеткая логика, естественный и искуственный интеллект, модель, е- обучение, числовые свойства, синергетика.

Abstract

This article deals with the modelling of learning meaningful knowledge . Model of knowledge is built on logic integrity of Piaget and fuzzy logic of Zade.

Keywords: logic of integrity, fuzzy logic, natural and artificial intelligence, machine learning model, numeric properties

Bu məqalə “İnTech open” nəşriyatının cap etdiyi “İntellegent Sistems”  2012 kitabının “Fuzzy logik bölməsinin “Logic of Integrity, Fuzzy Logic and Knowledge Modeling for Machine Education  ixtisara salınmış variantıdır

Ədəbiyyat

1.The learninq revolution. The lerninq web.

2..International Educational Technology Conference (IETC2009), Ankara, Turkey. Constructive teachinq tehnologi and perspectives of nanopsy.chopedagogy.  F.Bunyatova .

3..Ф. Д. Бунятова. Применение нечётнkой логики в образовательных технологиях. Copyright Agency of the AzerbaijanRepublic № 328. 01.07.02. Baku

4. Ф.Д.Бунятова Педагогическая технология. Конструктивное обучение. 2009 Baki Kurikulum…

5.Жан Пиаже. Москва 2001 г

.6.Понятие лингвистической переменной и его применение к принятию приближенных решений. М.Мир.1976 г .Лотфи Аскер Заде.

7.Konstruktiv təlim. Mahiyyəti, prinsip, vəzifələr və dərslərdən numunələr.F. C. Bunyatova, Bakı, 20088.

Р. А. Алиев, Soft computering. Баку. ォАзДНАサ, 1999 г.

9. Ф.Д.Бунятова. Логический способ обучения . Альтернативное обучение. Баку. Маариф 1990

 

Baxış: 3189

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe