Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Mənim Bədrəddin babam!

Ələsgər Əsədullayev

Babam Paşayev Bədrəddin Azərbaycan Tibb Universitetinin qurtarandan sonra 1939-cu ildə əskərliyə çağırılıb. O, Finlandiya müharibəsində səyyar hospital rəisi olmuşdur.

Babam Finlandiyadan sonra Rumıniya, Polşa istiqamətində vuruşmuşdur. 1941-ci il müharibəsində babam öz hospitalında ön cəbhədəki yaralılara ilk yardım göstərirdi və ən çətin dövrdə hospitalı almanlar mühasirəyə aldılar. Burada yaralanmışdır, o özünə gələndə başının üstündə sanitarı gördü. Sanitar ona Vinnisa şəhərindəki hospitala necə düşdüyünü danışdı. Almanlar bir müddətdən sonra Vinnisanı alanda babam kimi ağır xəstələri aparmaq mümkün olmadığı üçün onları orada qoymuşdular.Almanlar  Vinnisarı ələ keçirəndən sonra Bədrəddin babamı Almanya əsir apardılar. O əsirlikdən azad olunandan sonra bir də müharibəyə getmişdi və ancaq 1947-ci ildə öz doğma kəndi olan İsmayıılının Qlacıq kəndinə qayıdıb. 

Babam o vaxtdan bu günə qədər Qalacıq kəndində  həkim kimi çalışır. O  öz  vətənini, övladlarını, nəvələrini və nəticələrini  çox sevir! 

Mən Bədrəddin babamı faşizm üzərində  qələbənin 65 illiyi münasibəti  ilə təbrik edirəm.

Ona can sağlığı və çox-çox sevgili günlər arzulayıram!

Slavyan litseyinin 6-cı sinif şagirdi Ələsgər Əsədullayev, Bədrəddin babanın nəticəsi

Baxış: 2914

2 комментария to “Mənim Bədrəddin babam!”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe