Posts Tagged ‘müəllim’
YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.
Svetlana Əliyeva
Xızı rayonu Giləzi kənd tam orta məktəin ibtidai sinif müəllimi
a.svetlana@box.az
Müasir dərsi layihələşdirərkən calışıram ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada bir çox və eyni zamanda müxtəlif sayda texnoloji proqramları təlim texnologiyaları ilə sintez edərək yeni kontekstdə istifadə etmək bir pedaqoq kimi müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima öz üzərində işləməli , müxtəlif treninqlərdən, kurslardan keçərək öz biliklərimi artırmalıyam.
XXI əsrin texnologiyalar əsri olması təhsilimizə bir çox yeniliklər gətirdi. Azərbaycan Respublikasının “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların bu sahədə apardıqları iş biz müəllimlərə yardımçı olmuşdur. Read the rest of this entry »
Baxış: 4197Təhsil kouçinqi müəllimlərin inkişafı üçün bir dəstəkdir
İnkişaf dövründə hər bir insana dəstək, köməklik lazımdır.
Müəllimin inkişafında bu missiyanı təhsil kouçinqi yerinə yetirir. Təhsil kouçingini kouç aparır.
Kouç kimdir? – öz işinin yüksək səviyyədə bilən və başqalarını bu səviyyəyə çatdırmağa bacaran bir profesionaldır.
Təhsildə kouçinq yeni bir bacarıq, profesionallıq, innovativlik və yeni davranış öyrənməsində, özü üçün qoyduğu məqsədə çatmaqda qarşısına çıxan problemləri həll etməsinə dəstək müddətidir.
Bu dəstək müddətindəmüəllimə olduğu yerdən- sıravilikdən olmaq istədiyi yerə -profesionallığa, , innovativliyə, liderliyə çatmasını təmin edən yol göstərilir və bu yolun yolçuluğu öyrədilir.
Müəllimin kouçinq sistemi.
Bu sistem:
-profesionallıqda, innovativlikdə, liderlikdə, təhsil hədəflərinin yerinə yetirilməsində, müəllim-şagird- Read the rest of this entry »
Baxış: 1651Müəllimlər üçün təlim treninqləri.
Təlim treninqləri müəllimlərə ənənəvi təlim üsulundan yeni təlim üsüllarına keçmək üçün professionalların rəhbərliyi altında bir məşqdir.
Bu treninqlərdən keçən hər bir müəllim XXI əsrin müəlliminin kompetensiyasına malik olur.
Bu kompetensiyalar hansılardır?
Pedaqoji və IKT texnologiyalarından dərslərdə tətbiq etmək bacarıqları.
Yeni müəlllim- şagird, şagird-şagird ünsiyyətinin qurulması bacarığı.
Yeni pedaqoji texnologiyalarla dərslərin keçirilməsi. Read the rest of this entry »
Baxış: 3519Müəllimlərin diqqətinə!
Bu yol ayrı bir yoldur. Bu yol təfəkkür yoludu.
“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin ən yaxşı müəllimi-2011” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün fərdi treninq keçirir. 2009 və 2010 –cu ildə Mərkəzə 8 müəllim müraciət etmişdı və onların 7-si müsabiqənin qalibi olmuşdular. Read the rest of this entry »
Baxış: 2867«İlin ən yaxşı müəllim» müsabiqəsinə təqdimat
Bu təqdimat «İlin ən yaxşı müəllim» müsabiqəsinə Yaqubova Dursun tərəfindən təqdim edilmişdir. Müsabiqədə iştirakçı müəllimlərə yardımçı olmaq məqsədi ilə təqdimatı təqdim edirik. İzləmək üçün buraya tıqlayın.
Baxış: 4221İncinin inci söhbətləri…
İncinin inci söhbətləri.
İnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasa bir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir.
Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi:
— İnci, buranın suyu evin suyundan yaxşıdırmı?
Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra:
— Buranın suyuda, özü də mənim xoşuma gəlir.
Müəllim: — evdə bacın, qardaşın varmı?
— Yox.
— İstəyirsən olsun?
— Hə?
— Nə üçün?
— Onlara baxmaqa, onlarla oynamağa, onlara oyuncaqlarımı verməyə.
— Bəs kimlə oynayırsan?
— Kuklalarımla. Onlar coxdu. Mən onları yedirdirəm, soska ilə su içirdirəm, pampers geyindirirəm, yaş olanda dəyişdirirəm. Read the rest of this entry »