Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘təbii və süni dil;  təbii və süni intellekt; modelləşdirmə; qaydalı trafaretlər’

Bünyatovanin universal taqlari ilə təbii Azərbaycan dilinin emalı və süni dilə çevrilməsi  

                   Fatma xanım Bunyatova

Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs olunur. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP inkişafının vacibliyindən, ingilis, rus və Azərbaycan dillərinin milli  korpuslarının yaradılmasında istifadə edilən taqlara nəzər salınlr. Bu  taqlara alternativ olaraq Bunyatovanın yeni «x1-xn və y1-yn» «x0,1-xn və y0,1-y0,n» universal taqlarının hansı zərurətdən necə və nə cür yaradılması və harada tətbiq edilməsi haqqında qısa məlumat verilmişdi. Əsas hissə 3 bölümdən ibarətdir.1. Azərbaycan dilini morfoloji səviyyədə universal və y taqlarla taqlanmasının metodologiyası. Bu bölümdə Azərbaycan dilinin qaydalarının təsnifatı və onlara   taq (kod, işarə) verilməsində Bunyatovanın universal taqlarından necə istifadə edİməsi göstərilir. Universal taqlar rəqəmlərlə indeksləndirilmiş iki riyazi işarələrindən – x və y-dən ibarətdi. 2. İsveç gsixoloqu J, Piajenin idrak nəzəriyyəsinin anlamlarına əsaslanaraq Azərbaycan dilinin tamlıq modeli (ADTM) -təbii dil modeli qurulmuşdu. Bu modeldə  x1-x11-lə dilin invariantı (sözün lüğət forması, kökü) , y1-y8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.

3-cü hissədə ADTvəQSM-nin qaydalarının  taq edilməsinin  nəticələri Azərbaycan ingilis və  rus dillərinin morfoloji emalında istifadə edilən taqlarla müqayisə edilir. Dördüncü   hissə universal taqlardan harada istifadə edilməsindən və onun əsasında yeni kompüter texnologiyalarının   yaradılması barəsində bəhs edilir..

Azərbaycan dilinin tamlıq modelinə əsasan Lütfü –Zadənin qeyri səlis məntiqinin alətləri ilə Azərbaycan dilinin tamlıq və qeyri səlis modeli (süni dil modeli)  (ADTvəQSM) yaradılmışdı. Bu modeldə x0,1-x1,1-lə dilin invariantı (sözün lüğət forması, kökü), y0,1-y0,8 –lədilin dəyişəni (şəkilçiləri)-kateqoriyası göstərilmişdi.3 Hissədə natural və süni Azərbaycan dilinin morfoloji qaydalarının dilin təbii və süni  modelində taq edilməsi, 11 nitq hissələrinin emalının nümunələri  və dil trafaretlərinin nəyə xidmət etdiyi göstərilmişdi.

Açar sözlər: NLP, universal taqlar, dil korpusları, təbii və süni dil, modelləşdirmə, qaydalı trafaretlər

Məqalənin tam versiyasını bu lingdən oxuya bilərsiniz https://aem.az/index.php?newsid=3795

Baxış: 299
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe