Posts Tagged ‘Xəbərlər’
Bünyatovanın Konstruktiv Təlim Mərkəzi
Biz 2001-ci ildən fəaliyyətdəyik.
Konstruktiv təlim mərkəzi “Azərbaycan Respublikasında ümumi təhsil konsepsiyası (Milli Kurrikulumu)” çərçivə sənədin tələbləri əsasında təlim yolunun dəyişdirilməsi və dərsin yeni quruluşu məqsədi ilə müəllimlər üçün treninq keçirir.
Treninqlər fərdi, bir günlük tanışlıq,üç günlük və beş günlük keçirilir.Treninqlər “İdrak məktəbi”ndə və şəhər məktəblərində keçirilir.
Konstruktiv və interaktiv təlimə dair kitablar
F.Bünyatova. «Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr» və F.Bünyatova, B.Abdulla «Təlim və tərbiyədə interaktiv texnologiyalar» kitabları satışda! Qiyməti 15 və 8 manat. Əlaqə telefonu: 012 4415806
Baxış: 2717F.Bünyatovadan «ustad dərsi»
İdrak məktəbinin direktoru F.Bünyatova 2010-cı il yanvarın 22-də Bakı ş. 189 saylı orta məktəbin rus bölməsinin VI sinifində “Имя прилагательное” mövzusunda dərsi-İKT və Konstruktiv təlim texnologiyası əsasında “master klass”- “ustad dərsi”-vermişdir. Read the rest of this entry »
Baxış: 2274Məktəb rəhbərlərinin və müəlimlərin diqqətinə
Bu yol ayrı bir yoldur. Bu yol təfəkkür yoludu
“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin müəllimi-2010” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün trening keçirir. Treninq dekabr, yanvar, fevral, mart ayında həftənin 3 və 5 günləri- 4 saat (cəmi 32 s.) keçiriləcəkdi. Read the rest of this entry »
Baxış: 13602“Təhsil, zaman və biz” adlı baxış sərgi keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Təhsil, zaman və biz” adlı baxış sərginin keçirilməsi məqsədilə hazırlıq işlərinə başlanılıb. Sərgini təşkil etməkdə əsas məqsəd son 3 ildə Bakının təhsil sistemində həyata keçirilən yenilik və novator yanaşmaları nümayiş etdirməkdir.
Sərgidə BŞTİ-yə tabe olan məktəb, məktəbəqədər və məktəbdənkənar müəssisələrin əksəriyyəti iştirak edəcəklər. Read the rest of this entry »
Baxış: 3667Müəllimlərin ixtisaslarının artırılması üzrə mexanizm hazırlanıb
Azərbaycanın Təhsil Nazirliyi müəllimlərin ixtisasını artırmaq niyyətindədir.
Azərbaycanın Təhsil Nazirliyinin gələcək ildə prioritet istiqaməti müəllimlərin ixtisaslarının artırılması olacaq.
“Müəllimlərin ixtisaslarının artırılması üzrə mexanizm hazırlanıb”, – çərşənbə axşamı Azərbaycanın təhsil naziri Misir Mərdanov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, növbəti ildə ibtidai sinif müəllimləri üçün informatika və ingilis dili üzrə kurslar təşkil olunacaq. Read the rest of this entry »
Baxış: 4036Azərbaycanda ekologiya ili başlanmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.
Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. Read the rest of this entry »
Baxış: 6132