Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsinin Kurikulum mərkəzində elmi müzakirəsi

“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi Təhsil Nazirliyinin təklifi ilə Təhsil Problemləri İnstitutunda elmi müzakirəyə çıxarılmışdır. Müzakirəni İnstitutun direktor müavini , Kurikulum mərkəzinin direktoru, fəlsəfə doktoru Ənvər Abbasov açaraq layihə haqqında qısa məlumat verdi. Sonra söz layihəni təqdim etmək üçün layihə rəhbəri , “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatovaya verildi. Məruzəçi layihənin məqsədi , quruluşu , onun elmi əsasları və görüləcək işlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi — YOES” layihəsinin gətirəcəyi yenilikləri açıqlayaraq reallıqla müqayisə etdi. “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi üç koqnitiv (dərketmə) üzərində qurulmuşdur. Bunlardan birincisi İsveçrə alimi J.Piajenin dərketmə nəzəriyyəsinin tamlıq məntiqinin və Lütfi Zadənin qeyri-səlist məntiqinin mexanizmləri ilə yardaılan fənn biliklərin yeni quruluşunun modelidir. Bu fənn modelində biliklərin struktur quruluşu fərdin idrakının struktur quruluşuna izomorf (eynikökdən) düzənlənir.

“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsinin elmi müzakirəsi

İkincisi təhsil sisteminin təlim strategiyasıdır . Yeni ortaq təhsil sisteminin təlim strategiyaları problem, proyekt və fəal təlim, oxu strategiyaları , kooperativ təlim , konstruktiv yanaşma ilə interaktiv təlim və konstruktiv təlimdir. Üçüncüsü yeni koqnitiv , dərkedici, düşündürücü tapşırıqlar batareysaının , təfəkkürün inkişafının , onun inkişaf kriteriyasının və qiymətləndirməsinin meyarlarının yaradılmasıdır. Təqdimatdan sonra məruzəçi F.Bunyatova Ə.Abbasovun, Təhsil Nazirliyinin aparıcı mütəxəsisi Afət Süleymanovanın və digərlərinin suallarını cavablandıraraq layihə haqqında məlumatı daha da genişləndirdi. Professor A.Əliyev, Rafiq Qəndilov və başqaları öz çıxışlarında layihədə qoyulan məsələlərin aktuallığından danışaraq onun həyata keçrilməsi ilə Azərbaycan təhsilinə və bütövlükdə türk dünyası təhsilinə verəcək töhfələrindən danışdılar. Elmi müzakirəni dosent Ə.Abbasov “Ftama xanım gətirdiyi yeniliklər bizim institutda bir neçə dəfə müzakirəyə çıxarılmışdır və onun təqdim etdiyi bu layihə Kurikulumun inkişafında səmərəli olacağına ümid edirəm” fikri ilə yekunlaşdırdı.

Müzakirə 20.04.2013-cü il tarxində aparılmışdır.

Baxış: 1820

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe