Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlimdə şəxsi biliklərin yaranma və qurulma prosesinin araşdırılması

Nubar Gaibli
Bakı ş. 239 N-li məktəb

11047915_856459637733049_6445674453214238753_n«Öyrənilməli olan hər şey qoy əvvəlcə ümumi şəkildə,sonra isə hissələrlə təqdim edilsin.

Bu məqalə coğrafiya dərslərində şagirdlərin   öz biliklərini necə  yaradıb   qurmaalarına  həsr edilmişdi.

XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması,  modernləşlidirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara

ehtiyac duyulur. Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahatlar məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan tədris prosesində səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur. Bu səbəbdən  Azərbaycan təhsilində innovativ olan konstruktiv  təlimlə qurulan və keçirilən dərslərdə   şəxsi biliklərin necə yarandığı və onun sabit bir biliyə keçmə prosesinin araşdırılması nəzərdə  tutuldu.  Konstruktiv təlim (F,Bunyatova) öz quruluşu etibarı ilə  fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.

Fəal təlimdə əsas təlim məqsədi şagirdlər təlim fəaliyyətində olaraq yeni bilikləri axtarıb tapıb mənimsəməkdən ibarətdir. İnteraktiv təlimdə şagirdlər qarşılıqlı ünsiyyətə girərək  birlikdə bilikləri mənimsəyirlər .Konstruktiv təlimdə isə müəllim yeni biliyi öyrətməyə yox,  onun öyrənməsinə, öyrənmə prosesinə əhəmiyyət verir.

Konstruktiv  təlim prosesində şagirdlər  interaktiv, fərdi və ya bütün sinif  quruluşunda çalışırlar.  Bu çalışma zamanı onların təfəkkürləri müstəqil və sərbəst bir konstruktiv  struktur quruluşunda olur  və onların mövqeyi,  fikirləri öyrənməyə və öyrəndiklərinə təsir edir. Bu konstruktiv mühitdə şagirdlər problemin həll yolunu  özləri tapmağa çalışırlar, fikir və fərziyələrini  sınaqdan keçirərək  əvvəlki biliklərə istinad edərək  yeni biliklərin anlamını yaradırlar.Şagirdlərin yeni bilikləri  müəllimin   onların   ön bilikləri  üzərində qoyduğu  məntiqi sualların  və əsasların cavablandırılması  nəticəsindən yaranır. Yeni biliyin anlamının  elmi biliyə çevrilməsi müəllim  tərəfindən biliyin yeni bir elementinin əlavəsi nəticəsində  və  yaxud bir  biliyin  o biri biliklə məntiqi əvəzetməsindən yaranır

Konstruktiv mühitdə  şagirdlər  komandalarda  qarşılıqlı  təlim fəaliyyətində olaraq qoyulan sualları  müzakirə  edib,  yaranan  biliyi daha da  genişləndirirlər.  Qrup müzakirəsində alınan rəy  sinif müzakirəsinə  çıxarılan zaman alınan  biliklər  bir daha  əldə  edilmiş  biliklərin sərhədlərini sökərək  yenidən qurur. Bu biliklərin sabitləşməsi ,  möhkəmləşdirilməsi üçün  müəllimin verdiyi  tapşırıqlar  komandalarda  birlikdə  yerinə  yetirilən zaman  sabit  biliklərin  paylaşması  gedirərərk  təkrarlanır  və  idraki strukturlarda  yerini  möhkəmləndirir. F. Bunyatovanın konstruktiv təlimində  biliklərin  yaradılması  , onların  möhkəmləndirilməsi  və  əks  edilməsi  nəzərdə  tutulur. Biliklərin  əks  edilməsi  işçi  vərəqlərinə  qoyulan sadədən düşündürücü  suallara  qədər  olan  tapşırırqların yerinə  yetirilməsində  görünür. Tapşırıqların sadədən mürəkkəbə   doğru getməsi  komandada  olan  hər bir  şagirdin öz  qüvvəsinə  arxalanaraq  getməsinə  şərait yaradır.  Bu zaman şagirdlər  işlərinin  düzgün bölgüsünü  aparır, məsuliyyət  hissləri  artır, akademik . intellektual  və sosial bilik və vərdişlərə yiyələnirlər .

Piajenin Koqnitiv nəzəriyyəsi əsasında qurulan  F. Bunyatovanın Konstruktiv təlimində  mövzunu  öncədən açılışını  xəbər vermək, yaratmaq  və  təhlil  etmək kimi  yanaşmalardan  geniş  şəkildə  istifadə  ediulir.  Fəal  təlimdə  isə öncədən  xəbər verilmir.  Öyrəniləcək  mövzu  bir  problem  kimi  qoyularaq müəllimin yönəldici  sualları ilə çözülür. Fəal  dərsin sonrakı  mərhələlərində  sinifin rəyinə əsasən müəllim tərəfindən   yekunlaşdırılır. Fəal  təlimdə  az da olsa  interaktiv  müzakirə yer alır.  Amma. Konstruktiv  təlimdəki qədər  çox deyil.   Bu iki təlim  strategiyası  ilə qurulan  dərsləri  araşdırması aparıldıqdan sonra belə  bir  nəticəyə  gəlmək olar.  Fəal  təlimdə şagirdlər  müəllimin  rəhbərliyi  altında  təlim  fəaliyyətində  olaraq   tədqiqat  aparırlar,  ümumi  bir  nəticəyə  gəlirlər. Konstruktiv  təlimdə  isə şagirdlər. Öz  bilik  və  bacarıqlarına  arxalanaraq  yeni  biliklərini  yaradırlar.  İntensiv  interaktiv  müzakirə  zamanı  biliklərlə  paylaşaraq  öyrənmə  üsulları  ilə  də  paylaşırlar. Hər bir  şagirdin cavabı  qəbul olunduğu  üçün  dərs  boyu  bütün  şagirdlər  müzakirəyə  cəlb  olunaraq  biliklərini  paylaşır  və  yeni  bilik  alır.

Konstruktiv təlimdə şagirdlər   yaratdıqları  bilikləri  müasir həyatla, cəmiyyətin inkişafı ilə əlaqələndirəndə, həmin biliklər onlar  üçün  passiv  biliyə çevrilmir  və  daima  mobil  və  hərəkətdə  olaraq  əvvəlki  bilikləri  ilə  əlaqələnərək  uzlaşır.  Belə olduqda şagirdlərin elmi biliyə marağı artır,  təfəkkürün inkişafı  yüksəlir.

Qeyd  olunan  bu  xüsusiyyətlərdən belə  bir  nəticəyə  gəlmək  olar ki, Konstruktiv  təlimdə şagirdlər koqnitiv  öyrənmə  və  düşünmə  mövqeyində  olurlar.  Bu  mövqeydə  şagirdlər  hər  bir  biliyə  inteqral  yanaşma ,  əsaslandırma ,  müəyyənləşdirmə , mənasını  açma  kimi  intellektual bacarıqlarla  yanaşı  komandada  işləmək  ,  dialoqo  girmək və s. sosial  bacarıqlara  yiyələnmiş  olurlar.

 

 

 

Baxış: 1283

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe