Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Rayon, Şəhər Təhsil Şöbələrinin metod kabinet müdürlərinin, məktəb direktorlarının və müəllimlərin diqqətinə.

Təhsil islahatının əsas istiqamətlərindən biri müəllimin peşəkarlıq səviyyəsinin qaldırılmasıdır. Müəllim nə qədər pedaqoji texnologiyalardan, metod və üsullardan xəbərdar olsa, bir o qədər onun təlimdə istifadə edəcəyi metod və üsulların çeşidləri genişlənəcəkdir.

Müəllimin yeni pedaqoji texnologiyalara yiyələnməsi məqsədi ilə “İdrak məktəbi” Konstruktiv Təlim Mərkəzi interaktiv və konstruktiv texnologiyaları üzrə təlim keçirir.

Biz çox şad olardıq ki, Sizin müəllimləriniz bu treninqlərdə iştirak etsinlər və aldıqları bilik və bacarıqlardan qarşıya qoyulan məsələlərin  həllində səmərəli istifadə etsinlər.


Konstruktiv təlim texnologiyası haqqında

Əsl bilik şagirdin özünün yaratdığı bilikdir.

Konstruktiv təlim XXI əsrin ən öndə gedən

pedaqoji təlimidir. CON Lorens (ABŞ)

Konstruktiv təlim—   müasir dövrün ən qabaqcıl pedaqoji texnologiyası sayılır. Bu təlimlə işləyən müəllimlər şagirdlərə hazır bilikləri vermirlər.  Bu müəllimlər  şagird təfəkürünü irəli çəkərək onlara düşünüb nəticəyə gəlmək üçün təlim prosesi yaradırlar.Bu texnologiya ilə  təlim keçən hər bir şagird öz yaradıcı fəaliyyəti ilə: proqram çərçivəsindən kənara çıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa edərək, səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır; müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır;  sosial bilik və vərdişlər yaradır.Bu prinsiplər əsasında dərs qurub keçmək üçün müəllimləri, metodistləri treninqdən keçməyə dəvət edirik. Treninqlər konstruktiv təlimin prinsipləri əsasında  canlı dərs formasında kecirilir. Treninqdən keçən hər bir müəllim öz düşüncə tərzini dəyişdirərək  hər bir dərsinə yaradıcı yanaşaraq onu yenidən yeni üslübda qurmağa çalışır.

Yüz bilik daşıyıcısı olmaqdansa, bilik qazanmağın yüz üslübunun daşıyıcısı  olmaq daha yaxşıdır.

Müəllimlər nə qədər cox texnologiyalarla tanış olsalar, bir o qədər onların seçim imkanları geniş olar. Hər bir islahat o vaxt təşəkkül tapır ki, onun tətbiqi yolu bir yox, bir necə variantda olsun.


Konstruktiv Təlimlə qurulan və keçirilən dərslər öz quruluş    etibarı ilə fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.

Bu fərqlər aşağıdakılardır:


Aktiv – Construktiv- İnteraktiv təlimlərin fərqi.

Aktiv təlim —  şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir; onu əks etdirir; yenidən tətbiq edir və yadda saxlayır; uyğunluğu tapır.

İnteraktiv təlim  — təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır; fikir mübadiləsi aparılır; yeni fikir  yaradılır; işlərin düzgün bölünməsi aparılır; məsuliyyət  hissi yaradır; sosial bilik və vərdişlər aşılanır.

Konstruktiv təlim —  şagird öz yaradıcı fəaliyyəti ilə: proqram çərçivəsindən kənara çıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa  edərək , səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır; müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır.


Mənbə:
Active-Constructive-Interactive: A Conceptual Framework for Differentiating Learning Activities Michelene T. H. Chi

Psychology in Education, Arizona State University

Received 22 July 2008; received in revised form 11 November 2008; accepted 11 November 2008


“Konstruktiv təlim texnologiyası” treninqinin məzmunu

5 günlük treninq — 30 saat

I.  Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası(Milli Kurikulum) və müəllimlər qarşısında qoyulan məsələlər.

  • Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər
  • Ümumi təhsilin məzmun standartları
  • Ümumi ibtidai təhsil və onun məqsədi
  • Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi
  • Yeni pedaqoji texnologiyalar : aktiv, interaktiv və konstruktiv təlim.    Oxşarlıq və fərqlər.

II. Yeni pedaqoji  texnoloqiyalar.

F. Bunyatovanın Konstruktiv təlim texnologiyası

  • Konstruktiv təlimin mahiyyəti, prinsipi, təyini və fəlsəfəsi.
  • Konstruktiv təlimdə müəllim və şagirdlərin rolu

Konstruktiv təlimlə aparılan dərsin quruluşu

Konstruktiv təlimlə aparılan dərs — 2 hissəli dərsdir:

  • Dərsin I hissəsi
  • Dərsin II hissəsi
  • Şagirdlərin komandalara bölünməsi.
  • Dərsin idarə olunması.

Konstruktiv təlimdə şagirdlərin dərsdə birgə fəaliyyət strukturları. Kaqanın (ABŞ) kooperativ fəaliyyət strukturları

  • Cütlükdə müzakirə
  • Komanda
  • Cütlükdə qeydə alma
  • Səhvi tap
  • Cütlükdə yoxlama
  • Fikir sıçrayışı
  • Rollar üzrə oyun
  • Açın və seçin
  • Telefon
  • Dəyirmi masa

III. Mövzülarda bilik strukturları  (bilik vahidləri). Bünyatovanın məntiqi bilik strukturları

  • Uzlaşdırma strukturları
  • Dönmə strukturları
  • Assosiativ strukturlar
  • Ləvğ etmə strukturları
  • Eynilik strukturları
  • Praktiki iş
  • Fənn biliklərində məntiqi bilik strukturlarının tapılması və qurulması.

Məntiqi bilik strukturları üzərində aparılan təfəkkürün məntiqi əməliyatları.

  • Məntiqi təsnifat əməliyyatı
  • Serial əməliyyatı
  • Məntiqi zənginləşmə əməliyyatı
  • Məntiqi əvəzetmə əməliyyatı
  • Multiplikativ əməliyyat
  • Praktiki iş
  • Tapşırıqların və əsasların qurulması

Konstruktiv təlimdə dərsin layihələşdirilməsi

Dərsin qurulması ücün 7 element

  • Axtarış. Mövzunun sistemdə yeri.
  • Strukturlar
  • Məntiqi bilik əməliyyatları
  • Əlaqə
  • Suallar
  • Əlavələr və nəticələr
  • Təsəvvürün əks edilməsi
  • Praktiki iş: fənnlər

Konstruktiv təlimlə aparılan dərslərin layihələşdirilməsi

  • Nümayiş dərsləri
  • Nümayiş dərslərin layihələşdirilməsi.
  • Dərslərin aparılması
  • Dərslərin təqdimatı.
  • Açıq dərslərin qurulması və İKT ilə təqdimatı.

Treninq məşqin aparıcısı Beynəlxalq sertifikatlı trener “İdrak məktəbi”nin “Konstruktiv Təlim Mərkəzinin” direktoru Fatma xanım Bunyatova.
Treninq-məşqlərdən keçən müəllimlərə sertifikat, iş kitabı,  metodik vəsaitlər, dərslərin CD formatında təqdimatı və  multimedia resursları verilir.

Treninq-məşqlər ödənişlidir. Treninqin ödənişi – 200.00 AZM

Treninq Bakı şəhəri “İdrak məktəbi”ndə keçiriləcək.

Treninqlər məktəblərdə, rayon mərkəzlərində, regionlarda iştirakçıların sayı 10 nəfərdən çox olduqda keçirilə bilər.

Ünvan: Bakı şəh., Azadlıq pr. 151A

Əlaqə tel: (+99412)441-58-06

Mob: (+99450) 311-49-56

www.idrak-m.com

e-mail: idrakmektebi@rambler.ru

Treninqlər 12-17 noyabr

2 – 6 yanvar

16 – 20 mart  tarixlərində keçiriləcək.


Treninqin ödəmə yolu:

Ödəniş köçürmə və yaxud nəğd ola bilər.

Beynalxalq SKB-nin Nəsimi filialı 805614

Müxbir hesab: 0137010002944  H/ h :711942АZN3803-01

VÖEN 99000001881S.W.I.F.T. BİK IBAZAZ2XXX

Poçtla göndərmə:

Bakı, 1106 Azadlıq pr. 151A      “İdrak məktəbi”

Qeyd: Əgər bir məktəbi iki müəllim təmsil edirsə 10% güzəşt olunur.

Regionlara və məktəblərə fərdi yanaşma olur.


Konstruktiv Təlim Mərkəzinin internet satış maqazini.

F. Bünyatova   Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr   Bakı 2008, 212 səh.               – 15 AZM

F.Bünyatova, Bəhlul Abdulla “Təlim və tərbiyyədə interaktiv texnologiyalar”. Bakı 2000.        – 8 AZM

Kitabları poçtla yerlərə çatdırmaq 26 AZM.

Poçtla öncə ödənişdən sonra kitablar ünvana göndərilir.

Baxış: 3411

5 комментариев to “Rayon, Şəhər Təhsil Şöbələrinin metod kabinet müdürlərinin, məktəb direktorlarının və müəllimlərin diqqətinə.”

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe