Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Good news & bad news

        Fatma xanım Bunyatova

İngilislər xeyir və bəd xəbərləri deyəndə cümlələrinin başında bu sözləri işlədirlər. Bir növ bu çox yaxşı haldır, çünki insan istər — isrəməz bu xəbərə ani olaraq psixoloji cəhətdən özünü hazırlayır.

Əvvəlcə başlayaq “good news” — dan.

Mayın  ortalarında mənim elektron poçtuma İtaliyanın İnTech təşkilatının www.intechopen.com Open Access book, «Fuzzy Logic», ISBN 979-953-307-578-4.  meneceri Ms. İva  Simcic— dən   bir məktub gəlmişdi.

Məktub mənə çox maraqlı gəldi və ən çoxu o maraq oyatdı bu jurnalın redaktorunun mənim 2010 -AİCT-3 — beynəlxalq konfransda məruzə etdiyim “ Лoгика целостности, нечеткая логика и моделирование содержания предметных знаний” mövzusunda etdiyim məruzəyə  verilən diqqət idi. Məruzə   Jan Piajenin tamlıq məntiqinə,  Lütfi-Zadənin  qeyri səlist məntiqinə  və bunların  əsasında fənn biliklərinin modelləşdirilməsinə aid idi. XX əsrin iki korifeylərindən olan Jan Piaje və Lütfü — Zadənin məntiqlərinə əsaslanaraq fənn biliklərinin yeni quruluşunu vermişəm. Bir növ intuitiv halda və bəzən də adda — budda olan fənn biliklərinin vahidlərini bir sturuktur kimi götürərək, onu Piajenin tamlıq məntiqinin alətləri ilə məntiqi bilik strukturlara çevirərək, sonra onu  Zadənin qeyri səlist məntiqi aparatının vasitəsi ilə   bu adda — budda gördüyümüz bilik vahidləri biliklərin nanostrukturuna çevrilir. Bu çox uzun çevrilməni qısaca olaraq  belə adlandırmaq olar: pərakəndəlikdən —  strukturluğa, ondan tamlıq məntiqinə,  məntiqindən, qeyri səlist məntiqiliyə gedən bir bilik düzümüdür ki, nəticə etibarı ilə bu bilik vahidi öncə  struktur,  sonra  məntiqi struktur, və axırda  qeyri məntiqi struktur şəklində olaraq  təfəkkür əməliyyatından keçəndə biliyin nanostrukturuna çevrilərək öz ətrafında ona aid olan ən xırda bilikləri  belə yığaraq hər biliyə bir bilik termi  yaradır. Bu dünya praktikasında yeni bir yanaşmadır, yeni bir modelləşdirilmədir, çünki nə qədər Piaje böyük psixoloqdursa, bir o qədər onun fikirləri məktəbə yaxın gəlmir, eynilə Zadə haqqında demək olar. Həyatımızın bütün sahəsinə  səmərəli xeyir verən qeyri səlist məntiq hələ psixopedaqogikaya yaxın gəlməyib. Azərbaycanın tanınmış  psixoloqlarından biri olan Ə.Əlizadə bu haqda “İdrak prosesləri” kitabında belə bir sual qoyur: “Görəsən Azərbaycan psixopedaqogikasına  F.Bunyatovanın bu tapıntıları nə gətirəcək ?”

 «Fuzzy Logic» jurnalının redaktoru bu fikri dünya forumuna çıxartmaq, onu bu istiqamətdə işləyən alimlərin, korporasiya və şirkətlərin müzakirəsinə vermək üçün “ Mashine Learner” bölməsinə yeni bir elmi məqalə yazmağa dəvət edir. Sözsüz ki, bu çox bir mötəbər bir elmi təklifdir, çünki bir mütəxəssis kimi başa düşürlər ki, təlimin struktur quruluşuna məntiqi və qeyri səlist yanaşma və onun texnologiyasına konstruktiv yanaşma təlim müddətini 20 — 30 % ixtisara salır.  Bununla  bərabər  hər bir səviyyənin biliklərinin  miniumu verilərək hər bir şagirdin bu miniumdan nə qədər cox bilik qazanması onun əldə etmiş olduğu kompetensiyadan asılı olacaq. Burada bilik standartı ayrı mənada görülür,  minium bilik özü- özündə  bir kecid  standartı  kimi qəbul edilir və onu hamı kecir. Bu formada qurulan təlim bir növ kolektivlikdən fərdiliyə, və yaxudda ki fərdilikdən kollektivliyə keçid deməkdir. Biliklərin yeni modeli hər bir şagirdə  şəxsi bir proqram olduğu ücün, bir növ onların şəxsi yolları da olur. Bu yolda biri  cüyür  surəti ilə, digəri isə tısbağa surəti ilə gedir (Hippokrat demişkən “İlk öncə ziyan vermə!”). Bu yolda  hər  bir şagirdin daxili qüvvəsi üzə çıxaraq fərdi olaraq inkişaf olunur.

Bu bizim “good news” öz-özünə bir “bad news”uda ortalığa gətirdi. 2007-ci ildə  Təhsil Naziri Hörmətli Misir Mərdanova  ibtidai məktəb üçün lisenziya almağa görə müraciətimə 2010-ci ildə  məktəb artıq işini dayandırdığı bir zamanda  Nazirin dili ilə orta ranqlı məmurun cavabı belə oldu. “ İdrak məktəbinin  kollektivi və bazası olmadığına görə  lisenziya verilməsi mümkün sayılmır”.  Bu məktubun surəti də Vergilər Nazirliyinə göndərilmişdi. İşin hansı istiqamətdə getməsini bu işdən azca da olsa başı çıxan adamlar bunun nə oduğunu  başa düşə bilər.

Bax belə bu bizim reallığımızdır, “good news”u belə olanın  “bad news”də   belə olmalıdır.

Baxış: 1700

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe