Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Azərbaycan – Turkiyə Yeni Ortaq Egitim Sistemi –YOES layihəsinin birinci mərhələsi artıq başa catır

innovativ müəllimlər kursuFatma xanım Bunyatova

Azərbaycan – Turkiyə              Yeni Ortaq  Egitim  Sistemi –YOES  layihəsinin birinci mərhələsi artıq başa catmaq üzrədir.

Kursun başlıca məqsədi müəllimlərə dərslərini  İKT vasitələri əsasında layihələşdirilməsi yollarının öyrədilməsi, dərslərdə bu texnologiyadan səmərəli istifadə üsullarının öyrədilməsidir.

Kurs dövru son  informasiya  və kommunikasiya texnologiyası olan  Windous office-2010 proqramından  istifadə edən müəllimlər  öz layihələrini yaratmışlar. Layihələrin  müzakirəsindən sonra onun  video görüntülərini  internetdə yerləşdirmişlər.

Layihənin  ikinçi mərhələsi  innovativ müəllimlərin müasir pedağoji texnologiyalara yiyələnməsidir. Bu mərhələdə müəllimlər öncə  interaktiv  texnologiyaya yiyələnəcəklər. Bu texnologiyaya yiyələnən hər bir müəllim seçdiyi fənnin bir bölümünün dərslərini quraraq onun nəticəsindən  elə bir vəsait yaradacaq ki, o başqa müəllimləin istifadəsinə yararlı olsun.

İnteraktiv təlimdən sonra müəllimlər konstruktiv təlimə yiyələnəcəklər. Bu treninq zamanı onlar şagirdləri düşünərək öyrənmə , təfəkkürün inkişaf  mexanizmindən istifadə etmək üsullarına yiyələnərək, yaradıçı, quruducu dərs prosesini aparmağı  bacaracaqlar. Bu mərhələnin nəticəsi “İnnovativ dərslər. Kurikulumun İKT və Pedağoji texnologiyalarla  inkişafı” başlığı altında metodik vəsait olacaqdır.

Təhsil millətin əxlaqının, varlığının, onu bugünün və sabahının təməl daşıdır. Və bunu anlayıb başa düçən hər bir müəllim bu təməl daşın möhkəmliyi , onun düzgün qoyulması yolunda  calışmalıdır.

 

 

Baxış: 2596

3 комментария to “Azərbaycan – Turkiyə Yeni Ortaq Egitim Sistemi –YOES layihəsinin birinci mərhələsi artıq başa catır”

  • Əzimzadə Yaqut:

    Müəllimlərə dərslərini İKT vasitələri əsasında qurmağın öyrədilməsi, dərslərdə yeni texnologiyadan səmərəli istifadə tədrisin keyfiyyətini daha da artırır və maraqlı edir.

  • Həsənova Kəmalə:

    Qeydiyyatın son günü nə vaxtdır?İxtisasından asılı olmayaraq bütün fənn müəllimləri iştirak edə bilərmi?

  • Hecer muellime:

    Qeydiyyatın son günü nə vaxtdır?İxtisasından asılı olmayaraq bütün fənn müəllimləri iştirak edə bilərmi? men de bilmek isterdim xahis edirem yazin

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe