Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsildə kouçinq

Fatma xanım Bunyatova

Kouçinq təlim olsada o təlimdən artıq səmərəli olduğu ücün müəllimlərin diqqətini çəlb etməyə  başlamışdır. Təhsil koçinginin proqramı təhsil alanın sifarişləri əsasında qurulur. Burada müəllimin bacarıqları nəzərə alınaraq onun bilmədiyinin öyrənilməsi vacib götürülür. Bir cox müəllimlərin istəkləri əsasən  elektron dərsin aparılmasının, onun təqdimatının hazırlanması olur. Lakin söhbət zamanı müəllimlərə verilən suallar əsnasında «Dərs qurdunuz, təqdimatı etdiniz, bəs hansı üsullardan, texnologiyalardan istifadə edərək bu dərsdə şagirdləri işlədəçəksiniz? Axı dərsin əsas məqsədi şagirdin inkişafıdır.
İnkişaf isə hərəkətdə olur. Sizin şagirdləriniz hansı təlim  fəaliyyətində olmalıdılar ki, onlaın həm təfəkkürü, həmdə bilikləri inkişaf edilsin?». Bu suallara cavab axtaran müəllim sonda belə bir qənaətə gəlir ki dəyişiklik tək elektron dərslərinin qurulması ilə yox, İKT və pedaqoji texnologiyaların vəhdətindən əmələ gələ bilər. Təhsildə kouçinq (kouçhinq-ingilis variantıdır, bu sırf türk mənşəli «köç» sözüdür, yəni bir yerdən o biri yerə köçmək, bir görümdən o biri görümə kecmək) müəllimlərə innovativ yolları göstərir, onlara öz yeni bilik və bacarıqlarını yaratmağa dəstək olur. Kouçinq iki mərhələdə keçirilir. Birinci mərhələdə müəllim seçdiyi yolla dərslərini  qurmağı  və aparmağı öyrənir. Seçim yolu əsasən interaktiv təlim olur. İnteraktiv dərs suallarla qurulur, və şagirdlərin təlim fəaliyyəti ilə həyata kecirilir. Sualların yaradılmasını, onların bir-birinə yumşaq keçidini öyrənəndən sonra, müəllim  şagirdlərin təlim fəaliyyətlərini öyrənir. Bundan sonra o dərslərini qurur və qurduğu dərslərin təqdimatını hazırlayır. Birinci mərhələdə 5-10 dərs qurulur. Kouçinqin II-ci mərhələsi 1 aydan sonra başlayır. Arada olan müddət  tətbiqi dövürdü. Müəllimin qazandığı nailiyyətlər, dərslərində catışmayan çəhətlər araşdırılır və  müəllim ücün yeni iş yanaşması — konstruktiv təlimin vaxtı təyin edilir. Konstruktiv təlim interaktiv təlimdən cox fərqlidir. Əyər birincisində şagirdlərin təlim fəaliyyətinə diqqət verilirdisə, konstruktiv təlimdə isə şagirdlərin təlim fəaliyyətləri ilə yanaşı biliklər üzrə əqli fəaliyyətlərinin qurulmasına   böyük önəm verilir. Əqli fəaliyyət bir bilik üzrə yox   biliklərin məntiqi quruluşu üzrə aparılır və o davamlı olur.  Bu iki mərhələdən keçən hə bir müəllim özündəki dəyişikliyi, pedaqoji ustalığının bəhrəsini öz işində görmüş olur, çünki kouçinq bir  yoldur- ustalığa gedən peşəkar müəllimin innovativ  yoludur.

 

Baxış: 2377

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe