Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Ankara görüşləri

                                                                                                                                                                                                                           Fatma xanım Bunyatova

Ankara Maya kolleciÖz axarı ilə gedən işlər həmişə uğurlu olur. Ankarada birinci görüş xanım Zerri Beşerlə olmuşdur. Zerri xanımla görüşdən sonra İstanbulda “Öğretmen Dərnəyi Vaqfı”nın başqanı Kayhan Karlı ilə görüşdüm.
Kayhan  bəy söhbət əsnasında məndən fuzzu logigə münasibətimin  necə olmasını  soruşdu. Gülümsəyərək ona: “ Mən 10 ildən coxdur  ki,  təhsildə bu məsələ ilə bağlı araşdırmalar  edirəm, qeyri-səlist  məntiqin mexanizmləri ilə fənn biliklərini modelləşdirirəm”  dedim.
— “Türkiyədə  Ziya Səlcuq adlı  bir alim var.  O da riyaziyyatın tədrisində qeyri- səlist məntiqin tətbiqi sahəsində axtarışlar aparır. Sizin onunla tanışlığınız  bu əhəmiyyətli projenin həyata keçirilməsində böyük rolu ola bilər”  deyərək ona zəng etdi, mənim haqqımda və layihə haqqında məlumat verdi.
Professor Ziya Səlcuqla ilk görüşümüz iyunun 28-də Maya kollecində oldu. Söhbət əsasında cağdaş dünyamızda pedaqoji gəlişmələr haqqında fikirlərimizi  bölüşdük. Azərbaycanda və Türkiyədə gedən islahatlar barəsində şəxsi görümlərimizi açıqladıq. Oxşar cəhətlər çox idi. Demək olar ki, yanlışlıqlar da Azərbaycanda olan kimidir. Texniki cəhətdən Türkiyə təhsilini yeniləşdirən” FATİH projesi”nin pedaqoji texnologiyalardan çox az bəhrələnməsi bu projenin təhsilə verdiyi nəticələr söhbət mövzularından biri oldu. 
Sonra Zuya bəyə “Azərbaycan-Türkiyə Yeni Ortaq Egitim Sistemi –YOES layihəsi” haqqında məlumat verdim. Maraqla dinlədi. Bu projenin necə həyata keçirilməsi barədə suallar verdi.  “ Biz bu layihədə necə iştirak edə bilərik?” sualını birlikdə araşdırdıq.  Belə bir qərara gəldik ki,  iyulun 5-də layihənin onun dəvət edəcəyi bir  qrupun qarşısında təqdimatını edim. Bu razılaşma ilə Ziya bəylə sağollaşaraq  ayrıldım.

Baxış: 1290

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe