Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Təhsil kouçinqi -Müvəffəqiyyətə gedən yol

coaching11       Bu yol əsrin ən önəmli texnologiyalarından biri olan  Konstruktiv  təlimdən  keçir.

Konstruktiv  təlim  idraki  qabiliyyəti   IQ-nü ,  həm də  emosional idrakı  EQ –nü    inkişaf  etdirir.

Müasir  təhsilin  müvəffəqiyyəti  IQ  ilə EQ inkişafından keçir  və  onun  formulu belədir:    İQ+EQ = müvəffəqiyət

Müəllimlərə, təlimçilərə , kurikulum  dizaynerlərinə ünvalanan təhsil  kouçinqinin  məzmunu 3 modulda  yerləşdirilibdir.

Modul 1. İnteraktiv yanaşma ilə Konstruktiv təlim  — 6 saat  

Bu  modulda  siz  İnteraktiv  dərslərin  quruluşunu,  düşündürücü sualların qoyulmasını və  paylama  materialların  hazırlanmasını  öyrənəcəksiniz.  Bununla yanaşı  siz  C.Blumun “ İdrak  taksonomiyası”nın  və J.Piajenin “Klinik metodu”nun  açar  sözlərinə  əsasən  idrakın inkişafı  və  bu  inkişafın  ölçülməsi istiqamətində  tapşırıqların  hazırlama mexanizmini  və  H.Hardnerin  çoxsahəli zəka  nəzəriyyəsinə  əsasən  işçi  vərəqlərin  və  tapşırıqların  hazırlanmasını  öyrənib praktiki tətbiq edəcəksiniz.

-Testləşdirmə və əks əlaqə —  verilən tapşırıqların yoxlanılması.

Modul 2. Konstruktiv təlim  (F.Bunyatovanın təlim texnologiyası) – 8saat

Bu modulda siz   öz fənninizin biliklərinin  məntiqi quruluşunu öyrənəcəksiniz və məntiqi  bilik  strukturlarını  yaradaraq  biliklərin  tamlıq  sxemini praktiki cəhətdən quracaqsınız.. Keçirilən  mövzunun  bilik  sistemində yerini  və daxili əlaqələrini öyrənib, biliklər üzərində  məntiqi əməliyyatlar aparmaq üçün  tapşırıqlar hazırlamağı, konstruktiv dərsin layihələşdirmə yollarını öyrənərək,  dərsin məqsədinə  uyğun şagirdlərin  təlim fəaliyyətini qura biləcəksiniz. Bununla yanaşı siz  paylama materialların  və işçi vərəqlərinin  hazırlanması,  şagirdlərin biliklərinin düzənləmə yolu, onların  düşüncə  modellərinin  ölçmə  mexanizmini və  qiymətləndirmə meyarlarını  öyrənəcək,  praktiki cəhətdən tətbiq edəcəksiniz.

Testləşdirmə. Əks əlaqə —  verilən tapşırıqların yoxlanılması.

Modul 3.   Dərslərin ssenarisinin yazılması və onları elmi məqaləyə  çevrilməsi. -4 saat

Kouçinqi   Beynəlxalq  texnoloq  , Təhsil kouçu , Konstruktiv  təlim  texnologiyasının  müəllifi  Fatma xanım Bunyatova  aparır.

Ödəniş:  Hər  bir  dərs  (45 dəq)  — 10 AZM

Əlavə məlumat almaq üçün:

tel:( 050) 311 4956;  (012)4415806

e-mail idrakmektebi@rambler.ru

www.idrak-m.com

Aşağıdakı linkə daxil olaraq  Rəqəmsal təhsilə yenilik gətirən 100 top liderlərdən biri olan F.Bunyatovaya səs verin!

http://www.surveymonkey.com/s/education_leaders

 

 

Who are the leaders in education technology? Survey  www.surveymonkey.com

Təhsil  kouçinqdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq  qeydiyyatdan keçin.

https://docs.google.com/forms/d/1oATXPL0QZI_zZnSORbKG6k0Fpg3GcFhPMQCZz8Wa5gs/edit

 

Baxış: 2084

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe