Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

…morfologiyanı qurtarıb sintaksisə keçirik və halsız Azərbaycan məktəblisinin halı.

 

 Fatma xanım Bunyatova

“…morfologiyanı  qurtarıb sintaksisə  keçirik” — Bu sətir Azərbaycan dili-7-ci sinif dərsliyi üçün yazılmış MMV-dən götürülüb.  Müəlliflər Aynur  Rüstəmova, Hidayət Allahverdi, Dilruba Cəfərova və  Sahibə Məmmədova  yüksək  təmtaraqla gördükləri işə rəy verərək yazırlar : “Azərbaycan dili kurikulumunda sözün qrammatik  mənası ilə standartların  morfologiyası  5-7 –ci siniflərdə verilir, 8-11-ci siniflər üzrə standartlar, əsasən, sintaksis, üslubiyyat, nitq mədəniyyəti, məsələlərini əhatə edir. Ona görə də müəlliflər çalışmışlar ki, dərslikdəki dil qaydaları məzmun xətti üzrə 7-ci sinif üçün  nəzərdə tutulmuş standartlar çərçivəsində morfologiya bəhsi üzrə ən vacib məqamları əhatə etsinlər. (MMV-7. səhifə 10)

1-ci  sinifdən başlayaraq 7-ci siniflərdə yazılmış proqramlarda, dərsliklərdə  və müəllimlər üçün metodik vəsaitlərdə müəlliflər (R.İsmayılov və başqaları)  morfoloji dil qaydalar  verilir  və kurikulumda  göstərilir ki,  şagirdlər 7-ci sinifin sonunda hansı  morfoloji standartlardaki nailiyyətlərə çatmalıdırlar?

Bu  proqram və dərslik tərtibatçılarının bir  istəyidir  və buna  nail olmaq üçün onlar təlim prosesinin quruluşunu  vermişlər.

Bəs əslində vəziyyət necədir?  Morfologiyanın bütün bəhslərindən şagirdlərin xəbəri varmı? Əgər varsa hansı səviyyədədir?

Kurikulumun  Azərbaycan dili proqramlarının məntiqi quruluşu haqqında yazdığım yazıda insanın təhsil modeli ilə kurikulumun təhsil modelini müqayisə edilmiş və ibtidai sinif proqram və dərsliklərində dil bacarıqlarının inkişafı müqayisəli göstərilmişdir. http://www.idrak-m.com/?p=5011  Azərbaycan dili proqram və dərsliklərinə kurikulum ilə gətirilən yeniliklərə məntiqi baxış və ya insanın təhsil modelinin kurikulumun təhsil modeli ilə müqayisəsi.

Bu yazını http://www.derslik.edu.az/forums/13/104/ paylaşmışam. Yazı çox bir sakit maraqla izlənməsinə baxmayaraq müəlliflərin reaksiyasına hələ ki tuş gəlməyibdir. Fikirləşmək olardı ki,  bu ibtidai təhsil səviyyəsidir, hələ qarşıda bir neçə illər var, dərsliklər təkmlilləşəcək və bu çatışmazlıqlar aradan götürüləcək . Lakin 3 illik  monitorinq ərzində  nəinki  5-ci və 6-cı sinifdə bu nöqsanlar aradan qaldırılmış ,  hətta 7-ci sinifdə də bu çatışmazlıqlara məhəl qoyulmayaraq Azərbaycan dilinin  bir əsas bölümünü  – morfologiyasını öyrənib qurtarılmasından  xəbər verilir.

Bəs reallıqda vəziyyət necədir? Azərbaycan dili proqram və dərslikləri ekspertizadan keçirəndə morfologiyanın ən işlək kateqoriyası olan  hal kateqoriyası    öyrənilməmiş qalmışdır. Bu  şagirdlərin bilik qazanma, mənimsəmə kimi fəaliyyətlərində, rabitəli, yazılı  və şifahi nitqlərində nə kimi problemlər yarada bilər?

Azərbaycan dilinin morfoloji quruluşuna görə  6 əsas  (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə  sifətə, saya, əvəzliyə, felə və zərfə da aiddiyatı var .

İsmin kəmiyyət, mənsubiyyət, xəbərlik kateqoriyaları  haqqında biliklər proqrama salınmışdır. Amma hal kateqoriyası haqqında, hallanma və hal haqqında biliklərə yer verilməmişdi. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq) halı var. ( az dili qanunu)

Professor Qəzənfər Kazımovun Azərbaycan dili kitabında hal kateqoriyası haqqında belə yazır:”.

İsimlər müxtəlif hal şəkilçiləri qəbul edərək dəyişir. Isimin hal dəyişmələrinin cəminə hallanma deyilir.

İsmin hal dəyişmələrinin dildə böyük rolu var. Maddi varlığın əsasını  təşkil edən əşya və onun hərəkəti  iki əsas nitq hissəsi – isimlər və fellər vasitəsilə ifadə olunur. İsimlərlə fellər arasında  cümlə daxilində əlaqələrin yaranması  daha çox ismin hal dəyişmələrinin verdiyi imkanlara əsaslanır.  Belə ki isimlər ilkin nominative formada  felləri və adları uzlaşma yolu ilə özünə tabe edir: yönlük , yerlik , çıxışlıq hallarında qeyri-müstəqim obyekt  və ya məkan bildirməklə fellərlə əlaqələnir; təsirlik halda   üzərində iş icra olunan obyekti bildirir; yiyəlik halda sahib şəxsi təmsil edir. Hal dəyişmələri  hal şəkilçiləri adlanan şəkilçilər vasitəsi ilə yaranır.  Hal şəkilçiləri sözlər arasında əlaqə yaradan sözdəyişdirici  şəkilçilərdir,vurğuludur və və sözlərə bitişik yazılır.

Hallanma isimə məxsus kateqoriyadır. Buna baxmayaraq , isimlərlə yanaşı , sifət, say, əvəzlik, məsdər, feli sifət və bir sıra zərflər də hallanır.

Azərbaycan Dilinin lüğət tərkibinin böyük bir hissəsi  olan isimi və yerdə qalan hissələrinin müəyyən necə hallanmasını, hansı suallarla bu sözlərin dəyişilməsini, onların şəkilçiləri haqqında biliklərin proqram və dərsliklərdə  olmaması nə deməkdir? Bunu necə izah etmək olar?

Ümumiyyətlə Kurikulumda Azərbaycan dili proqramı varmı ya yox? Əgər vardırsa o haradadır? Onun müəllifləri kimdir? Müəllifə bu haqda sual verdikdə o “Proqramı biz yazmırıq onu bizə verirlərvə kurikulumda hal haqqında məlumat yoxdur” Lakin onu qeyd etmək istəyirik ki, kurikulum bir konseptual sənəddir və orada Azərbaycan dili konsepsiyası verilibdir. İbtidai sinifdə bütün nitq hissələrinin öyrənilməsi göstərilir və müəlliflərin öhdəsinə “Zəruri dil qaydaları”nın seçimini qoyur. Necə olur ki, müəlliflər  zəruri dil qaydaları sırasına 7 il ərzində hal və hallanmanı salmayıblar.

Hallanma və ona aid  qaydaları bilməyən, onları tətbiq etməyən şagirdlər onlara ötürülən  ləhcəli ana dilin    üzərində öz yazılı və şifahi nitqlərini qururaq savadlı yazı bacarıqlarından məhrum olurlar. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif dilli xalqlar yaşayır və onların uşaqlarının təlim dili Azərbaycan dilidir. Bəs bunların dil bacarıqları necə olacaq?

.

Morfologiya  sintaksislə bərabər azərbaycan dilinin qrammatikasıdir

Sintaksis dilçiliyin bir bölümü olaraq sözlərin bir-biri ilə uzlaşdıraraq söz birləşməsinə və cümlələrə çevrilmə üsullarını öyrədir. Sintakasis  axımlı nitqin düzənlıənməsini öyrədir. Bu öyrətmə — öyrənmədə əgər sözlərin dəyişilməsi yoxdursa onda şagird bunu  hansı yolla öyrənəcəkdir?

Deməli bu səhvin nəticəsi 9-10-11-ci siniflərdə də özünün göstərəcəkdir.

Azərbaycan dili təhsilin fundamental biliklərindən biridir. Əgər bu biliklər şagirddə  tam deyilsə və təlim prosesi dövründə düzgün danışıq və yazı bacarıqları formalaşmayıbsa,  onda bu dil vasitəsilə öyrənilən fənn  biliklərinin tam anlanılması , onların tətbiqinin səviyyəsi necə olacaqdır?

Bütün bu suallar Azərbaycan dili 1-7-ci sinif dərsliklərinin müəlliflərinə (R.İsmayılov və b)  və   kurikulum mərkəzindəki Azərbaycan dili fənn kurikulumu  üzrə  işçi qrupuna ünvanlanır.

Onu qeyd etmək  istəyirik ki, Kurikulum bir dövlət sənədidir və o rus dilinə tərcümə edilib. Necə olur ki, rus dili dərsliklərində hallanma 3-cü sinifdən 7-ci sinifə qədər öyrənilir və o zəruri  dil qaydaları cərgəsinə düşür, amma Azərbaycan dilində yoxdur. Onu da bilirik ki, Azərbaycan dilinin dil terminologiyası rus dili dil terminologiyasından tərcümə olunandır.

 

Baxış: 1552

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe