Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

İTA Denmark və “İdrak məktəbi” Azərbaycan “Dayanaqlı təhsil sisteminin dəyişdirilməsi” birgə beynəlxalq layihəsi.

Fatma xanım Bunyatova

Təhsil sistemində aparılan islahatların məqsədi  təhsil alanların  bir şəxsiyyət kimi böyüdərək, onların sabah kı günün tələblərinə uyğun  akademik,  intellektual , sosial  bilik və bacarıqlara yiyələnməsi və onları daim  inkişaf  etdirməsidir.

Təhsil sistemində aparılan islahatların məqsədi  təhsil alanların  sabah kı günün tələblərinə uyğun  akademik,  intellektual , sosial  bilik və bacarıqlara yiyələnməsi və onları daim  inkişaf  etdirməsidir. Çağdaş zamanımızda  təhsil almaq çox zaman bilik  almaqdan, onu  öyrənib  yadda saxlayaraq əks etdirib düzgün tətbiq etməkdən ibarət olur. Bu isə təfəkkür bacarıqlarının ibtidai səviyyəsinin inkişafından oyana keçmir, çün ki bu zaman öyrənci  bilikləri bilir, anlayır və tətbiq edir.  Lakin yüksək təfəkkür səviyyəsinin  bacarıqları verilənləri analiz və sintez etməkdən başlayır. Fərd təfəkküründə  bu strukturları  qurandan sonra , o biliklər üzərində  operasional əməllər aparmağa başlayır. Biliklər üzərində davamlı əməliyyat  apararaq, fərd  onları zənginləşdirir , əvəz edir,  ümumi münasibətləri olan çox sahələrdə tətbiq edərək  yeni bilik yaratmaq və  onu  qiymətləndirmək bacarığına  sahib olur.  Və bu gün tədris prosesində öyrənənlərin öz  təfəkkürlərində   yüksək əqli bacarıqların  qurub inkişaf etdirməsi  və  bu bacarıqların  həyatda praktiki tətbiq etmə yollarına yiyələnməsi  həlli tapılması olan vacib problemlərdən biridir. DANİMARKANIN İNTERNATİONAL TEACHER ASSOSİATİON  və “İdrak məktəbi”nin birgə layihəsi olan “Dayanaqlı təhsilin transformasiyası”  məqsədi təhsil sisteminin dəyişdirilməsi və yenidən qurulmasıdır.

“Dayanaqlı təhsilin transformasiyası”  layihəsi  2017- ci ildən bu günə qədər  Bakının 23 nömrəli eksperimental məktəbində  həyata keçirilən “Öyrətmədən öyrənməyə keçid” layihəsinin beynəlxalq səviyyədə  geniş bir aspektdə davamı kimi nəzərdə tutulur.  Təhsil sistemi   nəyə dəyişilir?

Dayanaqlı təhsil sistemi “Tamlıq və Qeyri Səlis Təhsil Modeli”nə dəyişdirilir.

Dayanaqlı təhsilin “Tamlıq və Qeyri Səlis Təhsil Modeli”nə  dəyişməsində  nə dəyişir? və necə dəyişir?

 Öncə Azərbaycanın dayanaqlı  təhsili haqqında  qısa bir arayış.

Muasir  kurikulum proqramlarında (2007-ci ildən) nəzərə çarpacaq qədər  proqressivizm, eksperimentalizm, eksistensializm, praqmatizm , realizm,  essensializm yanaşmalarının meyarları  öz əksini taparaq təhsilin inkişafına təkan verir. Lakin bu inkişaf öyrətmə  — verilənlərin mənimsəmə məqsədini daşıdığı üçün burada təfəkkürün yüksək səviyyəli bacarıqlarının inkişaf  edilməsi  bir o qədər də  mümkün  olmur. Proqramların 5 ildən bir yeniləşməsi bir o qədərdə keyfiyyətcə nəticə vermir, çünki bu yeniliklər öyrətmə istiqamətinə yönəldilmişdir.

Dəyişmələrdən sonra nə alınır?

Dəyişmələrdən sonra  “Tamlıq və qeyri səlis” təhsil modeli alınır.

Bu modeldə:

  • dünyada ilk  dəfə olaraq süni idrakın mexanizmlərindən istifadə edərək fənn biliklərinin, fənn proqramlarının yeni məntiqi quruluşu verilmişdi;
  • biliklər tək-tək yox tam bir sxemdə öyrənilir:
  • təhsilin   məqsədi  öyrənmə qoyulur;
  • təlim strategiyası təfəkkürü hərəkətə gətirən konstruktiv  təlim olur;
  • müəllim moderator, şagirdlər isə biliklərini yaradan olur;
  • təfəkkürü məntiqi inkişaf edən yeni düşündürücü tapşırıqlar verilir;
  • şagirdlərin təfəkkür səviyyələrinin inkişafı qiymətlənir;
  • şagirdlərin fərdi inkişafına əsasən çox səviyyəli sinif-dərs sistemi yaradılır;
  • fən proqramlarının modelləşdirilməsində istifadə edilən “Biliklərin tamlıq və qeyri səlis modelləşdirməsi” texnologiyalar universal olduğu üçün bütün fənn bilikləri  qeyri səlis modelləşdirmək mümkündür;

Tamlıq və qeyri səlis təhsil modeli Azərbaycanın və xüsusəndə  Bakı məktəblərinin və ən əsasda  şəhərin 23 nömrəli eksperimental məktəbin yeniliyə meylli  olan  müəllimlərinin  köməyi ilə ərsəyə gəlmişdir və ümid varıq ki bu model dünya təhsil sisteminə yeni bir baxış açacaq.

Layihə açıqdır. Yeniliyə meylli olan hər bir müəllim layihədə iştirak edə bilər.

Baxış: 1428

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe