Distant təlimin yaxın və uzaq perspektiv inkişafı.
Fatma xanım Bunyatova
Məktəblərin pandemiya ilə əlaqədar bağlanması və vəziyyətdən çıxış yolu kimi internet araclarından istifadə edərək şagirdlərə uzaqdan təlim vermək təhsilin inkişafını yeni bir müstəviyə internet və onun aracları üzərinə keçirmişdi.
Aydındır ki yaxın perspektivdə gibrid formatlı üz-üzə və on-layın, of-layın – on-layın təlimləri təhsilin aparıcı forması kimi qalacaqdır. Lakin bu təhsil formatlarında tətbiq edilən ənənəvi təlim yanaşmaları tam şəkildə işləmədiyini və dəyişilməyə labud olmasını teledərslərdə görmüş olduq. Bu yaranmış uyğunsuzluğu aradan götürmək üçün əsas diqqət ancaq çox saylı internet qurğularından istifadə edilməsində görüldüyü üçün bütün diqqət müəllimlərin bu araclarla işləmək bacarığına yiyələnməsinə yönəlibdir. Lakin yaranmış situasiyaya bir az dərindən baxanda müəllimin ənənəvi bacarığı distant təlimdə yer almadığını görmək olur və perspektivdə müəllimlərin öz təlim bacarıqlarının dəyişdirməsi labuddur. Müəllim öz təlim bacarıqlarını dəyişəndə bu dəyişmə də öz tərəfindən distant təlimin gedişatını dəyişdirir.
Perspektivdə distant təlimdə nə dəyişilməlidir, müəllımlər hansı yeni bacarıqlara yiyələnməlidirlər?
Gözlənilən dəyişiklik 4 istiqamətdə olacaqdır:
1.Təlim məqsədi dəyişəcəkdir.
Öyrətmə məqsədi daşıyan fəal təlim uzaqdan aparılan təlimdə özünü doğrultmur. Bütün dünyanın biliklərini şagirdlərə vermək olmaz. Amma onları bu biliklərin öyrənmə yollarına, bu bilikləri həyatı biliklərə çevirərək yaşam tərzində tətbiq etmə bacarığına yiyələndirmək olar. Məhz buna görə də ənənəvi öyrətmə texnologiyası distant təlimdə öyrənmə texnologiyası ilə sintez edilməlidir. Müəllim öyrətmə ilə öyrənmənin arasındakı balansı 40-60% arasında etməlidır. Müəllimin məqsədi şagirdlərdə verilənlərin mənimsəmə bacarıqlarınin formalaşması ilə yanaşı onlarda verilmişlərdən öz biliklərini qurma bacarıqılarının yaradılması olacaqdır.
Distant təlimin məqsədi öyrətmə-öyrənmə olacaqdır.
2. Fənn biliklərinin kontenti və onların quruluşu yeniləşəcəkdir.
Fənn biliklərinin kontentindən nə yeniləşəcəkdir?
- Fənn biliklərinin məzmununda seçim edilməli və ikinci , üçüncü dərəcəli biliklər kontentdən çıxarılmalıdır.
Vacib şərt: 100 bilik daşıyıcısı olmaqdansa, yüz bilik yaratma əməllərin sahibi olasan..
- Təbii və süni idrakın hərəkət mexanizmlərindən istifadə edərək fənn bilikləri çözülüb invariant və dəyişən biliklərə ayrılacaq və nömrələnəcəkdi. Ayrılmış və nömrələnmiş biliklər tamlıq sxemində, tam bir şəkildə koordinat şəbəkəsində qurulacaqdır. Şəbəkənin bilik yuvaları hər tədris ili yeni biliklərlə genişlənəcəkdir. Məsələn: Azərbaycan dili fənn biliklərinin tamlıq sxemi fonetika, leksika, morfologiya və sintaksisə aid olan biliklərdən ibarətdir. Hər tədris ilində 1-1X siniflərə kimi sxemdə ki bilik yuvalarına yeni biliklər yerləşdirilir. Bu daxili genişlənmədə biliklər idrakın inkişaf səviyyələrinə uyğun olaraq tək bir bilik vahidi kimi yox bir-biri ilə əlaqəli tətbiq, təhlil edilib öyrənilir və operasional əməllərdən keçirilərək keyfiyyətcə yeni bir biliyə çevrilirlər.
- Tamlıq sxemində qurulan biliklər bir-biri ilə uzlaşır, daxili inteqrasiyaya gedir: məsələn: isim sifətlə və başqa nitq hissələri ilə uzlaşır, çünki onların ortaq bir predmeti var buda əşyadır. İsmə aid olan bilikləri keçəndə bu təbii inteqrasiyanı qurmaqla biz bir biliyi bir neçə biliyə tətbiq etmiş oluruq. Məsələn: ismin halını keçəndə, hal biliklərinə yiyələndikdən sonra bu biliyi isimləşmiş sifətlərin və sayların, məsdərin, zərfin və əvəzliklərin üzərində multiplikativ (çox saylı) operasiya tətbiq ediləndə alınan biliyin güclü möhkəmləndirilməsi gedir. Bu möhkəmləndirmə tək isim üzərində yox , bütün nitq hissələri üzərində gedəndə yeni biliklər yaranır və köhnə biliklər də mobil hərəkətdə olurlar. Bu biliklər 5-7 siniflərdə öyrənilən biliklərdi və onlar asanlıqla ibtidai siniflərdə oyrənilir.
- Daxili inteqrasiyada birləşən biliklər bir-birindən ayrılanda bir bilik strukturlar kimi dərindən öyrənilməlidir .
- Biliklər assosiativ qurulmalıdır, yəni ortaq bir ilişikliliyə görə. Məsələn: “mürəkkəb söz” mövzusunu keçəndə, bu mövzunu “mürəkkəb cümlə” mövzusu ilə əlaqələndirmək olur, çünki burada ortaq bir anlam mürəkkəb-yəni qarışıq, bir neçə hissədən ibarət olan bir anlamın üzərində qurulubdur. Bu zaman burada assosiativ biliklər yaranır: “mürəkkəb söz”, “mürəkkəb cümlələr”, Assosiativ biliklərlə zəngin olan bilik kontenti ilə çalışan şagirdlər öz təfəkkürlərində ki bilik neyronlarını bir-biri ilə bağlı şəkildə qura biləcəklər. Bu bağlantı tədricən qarşıya çıxan məsələlərə bir tərəfdən yox , çox tərəfli çözülmə bacarıqlarını yaradır.
- Məntiqi əsaslarla qurulan biliklər üzrə öyrətmə tapşırıqları ilə yanaşı yeni tapşırıqlar batareyası yaradılacaq. Bu tapşırıqlar operasional əməliyyatlardan, açıq suallardan, məntiqi əsaslardan ibarət olaraq hər bir şagirdin bilik görümünün əks etdirəcək, onun bu biliklərlə işləmə bacarığını üzə çıxardacaqdı. Bacarıqlar isə inkişaf meyarları ilə ölçülərək qiymətləndiriləcəkdi. 3. Bilikləri və onlarla işi özündə cəmləşdirən dərsliklərin formatı və strukturları dəyişəcəkdir.
- Dərslikdəki biliklər məntiqi modelləşdiriləcək. Dərsliklərin kağız variantı ilə yanaşı e-dərsliklər variantı da olacaq.
- Dərsliklərin kağız variantı üç hissədən: əməli, nəzəri və inkişafın özü qiymətləndirmdən ibarət olacaqdır. Əməli hissədə tapşırıqlar və onların üzərində aparılacaq işlər olacaqdır. Nəzəri hissədə inkişaf səviyyəsinə uyğun olan akademik biliklər və özüqiymətləndirmə hissəsində isə təfəkkürün inkişaf səviyyəsinin müəyyənləşdiriən tapşırıqlar yerləşdiriləcəkdi.
- Əməli tapşırıqlar süni və təbii idrakın dərk etmə mexanizmləri ilə qurulacaq. Bu tapşırıqları dərk etmə yolları ilə yerinə yetirən öyrəncilər öz təfəkkürlərində bu quruluşa adekvat olaraq dərk etmə strukturlarını yaradırlar.
- Nəzəri hissədəki verilən akademik biliklər tamlıq sxemində qurulacaqdır və hər tədris ilində öyrənilmiş olan biliklərə əlavə olaraq öyrənməli olan nömrələnmiş biliklər veriləcəkdir.
- Özüqiymətləndirmə bölməsində ki tapşırıqlar Piajenin “klinik metodikası”, B. Blumun idrak taksonomiyasının sualları və H. Hardnerin çox sahəli idrak yanaşmasının əsasları üzərində qurulacaqdı. Qiymətləndirmə burada idrakın inkişaf səviyyəsinin ölçü meyarları funksiyasını daşıyaraq bu inkişafın necə getdiyinin dinamikasının göstəricisi olacaqdır.
- E- dərslik modeli planşetlərdə ,iPad, iPhone iPod Touch da on-layin və of-layin istifadə edilə bilinər. Bu dərsliklər sinergetik yanaşma: psixologiya, didaktika və yüksək texnologiyalar əsasında qurulacaqdı.
- E-dərsliklərdə biliklərin məntiqi modelləşdirilməsi, onların rəqamsallığı kompüter proqramlaşdırılmasına rahat gedir.
- Dərslik 3 hissədən: əməli, yoxlayıcı və bilik məcmuəsindən ibarət olacaq. E-dərsliyin ən gözəl xususiyyətlərindən biri başa düşülməyən, dərk edilməsi çətin gələn hər bir sözün, anlayışın, terminin mənasını , izahını həmən dəqiqə, köməksiz tapmaq olur və buda özüöyrənmə bacarıqlarını inkişaf etdirir.
- İnternet qurğularından istifadə etməklə e-dərsliklərdə idrakın inkişaf səviyyəsinin ölçülməsi üçün xüsusi tapşırıqlar yerləşdiriləcək. Bu tapşırıqlar sərbəst seçim xarakterində olacaq və bu sərbəst seçimlə hər bir şagird ona rahat gələn səviyyəni açıq göstərmiş olacaq. Bu isə inkişafa müdaxilə etmədən inkişafı təbii tənzimləməyə şərait yaradır
- 4. Təlim texnologiyası. Distant təlimin məqsədi öyrətmə-öyrənmə olduğu üçün təhsildə öyrətmə nəzəriyyəsi ilə yanaşı öyrənmə nəzəriyyəsi də tətbiq ediləcəkdir. Öyrənmə nəzəriyyəsinin əsası Piajenin koqnitiv inkişaf nəzəriyyəsidir. Piajenin koqnitiv inkişafına əsaslanaraq yaradıcı, məntiqli olan – müəllif təlimi konstruktiv təlim yaradılmışdı. Konstruktiv təlim idrak əsri olan 21 əsrin öndə gedən təlimlərindən biridir və o Kanada alimi Con Lorensin qənaətinə görə «…öz yerini əsrin ortalarında tutacaqdı».
Pandemiyanın ənənəvi təhsilin gedişinə etdiyi maneçiliyə və bu maneçiliyi aradan götürmək üçün təhsilin distant formatında səmərəli aparılması yol konstruktivizmdən keçəcəkdi. Və bu yola düşən müəllimlərə konstruktiv yanaşmadan çağırışlar bunlar olacaqdı:
- Müəllim şagirdin biliyini nəzərə almalı və inkişafa o bilikdən başlamalıdır. O, şagirdə biliyin inkişaf yolunu göstərməli və bu inkişaf yolunda ona bələdçi, köməkçi olmalıdır.
- Şagirdə nə bilik verməli, nə də ki ondan bilik almalıdır. O şagirdin qarşısına sadədən başlayaraq məntiqi ardıcıllıqla düşündürücü sualları qoyaraq ona imkan yaratmalıdır ki, o bu suallara uyğun öz sadə biliklərini suallara əsasən dəyişdirib onları yeni bir keyfiyyətdə quraraq üzə çıxartsın.
- Biliklər hazır şəkildə tək bir bilik vahidi kimi verilməməlidir. Hər bir bilik ön və gələcək biliklərlə əlaqəli şəkildə öyrənilməli, çünki öyrənilən bilik özündə keçmiş biliyi ehtiva etdiyi kimi, gələcək biliklərin rüşeyimini də özündə bəsləyir.
- Müəllim internet araclarından istifadə edərək şagirdlərin bir-biri ilə uzaqdan təmas qurmasına , fikir mübadiləsinə, düşüncə tərzləri ilə bölüşməsinə şərait yaratmalı və onlarda cəmiyyətdə sosiallaşma bacarıqlarını formalaşdırmalıdı.
- Müəllim qiyməti biliklərin kəmiyyətinə görə və onlarla işləməyə görə verməməlidir. O, qiyməti biliklər üzərində aparılan işin səviyyəsinə və bu işin nəticəsi kimi alınan keyfiyyətcə yeni biliyə verməlidir.
Və sonda perspektivdə distant təlimdə şagirdlər nə kimi akademik, intellektual və sosial bacarıqları əldə etmiş olacaqlar:
-Distant təlimdə öyrənilən biliklər təbii və süni idrak mexanizmləri ilə qurulacaq. Və bu bilikləri süni idrak əsasında yaradılmış internet qurğularına yerləşdiriləcəkdi. Şagirdlər bu qurğulardakı süni idrak mexanizmləri ilə qurulan biliklərlə işləyəndə , onlar süni idrak mexanizmləri ilə yaradılan bilik yollarına düşürlər. Bu təmas zamanı onlar öz idrak və onun bilik strukturlarını inkişaf etdirirlər. Bu inkişafı təbii idrak modelindən yaradılmış süni idrak modelinə uyğun qurulan biliklərlə iş yaradır.
Təfəkkürün inkişafını isə biliklər üzərində aparılan analiz, sintez, operasional əməllər, yeni biliklərin yaradılması göstərir və bu şəxsi göstəricilər hə bir şagirdin idrakının özüöyrənmə mexanizmləri kimi qəbul edilir.
İstinadlar:
New Strategy of the Distance Education Bunyatova, Fatma Khanim; Salamov, GulbalaUniversal Journal of Educational Research, v2 n5 p403-405 2014 (Distant təhsilin yeni strategiyası)
https://www.academia.edu/31107783/_Whole_integral_and_fuzzy_model_of_e_textbook_in_3D_ Fatma khanim Bunyatova (Tamlıq və qeyri səlis 3D e-dərslik)
Baxış: 2089