Posts Tagged ‘distant təlim’
Distant təlimin yaxın və uzaq perspektiv inkişafı.
Fatma xanım Bunyatova
Məktəblərin pandemiya ilə əlaqədar bağlanması və vəziyyətdən çıxış yolu kimi internet araclarından istifadə edərək şagirdlərə uzaqdan təlim vermək təhsilin inkişafını yeni bir müstəviyə internet və onun aracları üzərinə keçirmişdi.
Aydındır ki yaxın perspektivdə gibrid formatlı üz-üzə və on-layın, of-layın – on-layın təlimləri təhsilin aparıcı forması kimi qalacaqdır. Lakin bu təhsil formatlarında tətbiq edilən ənənəvi təlim yanaşmaları tam şəkildə işləmədiyini və dəyişilməyə labud olmasını teledərslərdə görmüş olduq. Bu yaranmış uyğunsuzluğu aradan götürmək üçün əsas diqqət ancaq çox saylı internet qurğularından istifadə edilməsində görüldüyü üçün bütün diqqət müəllimlərin bu araclarla işləmək bacarığına yiyələnməsinə yönəlibdir. Lakin yaranmış situasiyaya bir az dərindən baxanda müəllimin ənənəvi bacarığı distant təlimdə yer almadığını görmək olur və perspektivdə müəllimlərin öz təlim bacarıqlarının dəyişdirməsi labuddur. Müəllim öz təlim bacarıqlarını dəyişəndə bu dəyişmə də öz tərəfindən distant təlimin gedişatını dəyişdirir.
Perspektivdə distant təlimdə nə dəyişilməlidir, müəllımlər hansı yeni bacarıqlara yiyələnməlidirlər?
Gözlənilən dəyişiklik 4 istiqamətdə olacaqdır:
1.Təlim məqsədi dəyişəcəkdir.
Öyrətmə məqsədi daşıyan fəal təlim uzaqdan aparılan təlimdə özünü doğrultmur. Bütün dünyanın biliklərini şagirdlərə vermək olmaz. Amma onları bu biliklərin öyrənmə yollarına, bu bilikləri həyatı biliklərə çevirərək yaşam tərzində tətbiq etmə bacarığına yiyələndirmək olar. Məhz buna görə də ənənəvi öyrətmə texnologiyası distant təlimdə öyrənmə texnologiyası ilə sintez edilməlidir. Müəllim öyrətmə ilə öyrənmənin arasındakı balansı 40-60% arasında etməlidır. Müəllimin məqsədi şagirdlərdə verilənlərin mənimsəmə bacarıqlarınin formalaşması ilə yanaşı onlarda verilmişlərdən öz biliklərini qurma bacarıqılarının yaradılması olacaqdır.
Distant təlimin məqsədi öyrətmə-öyrənmə olacaqdır.
2. Fənn biliklərinin kontenti və onların quruluşu yeniləşəcəkdir.
Fənn biliklərinin kontentindən nə yeniləşəcəkdir?
- Fənn biliklərinin məzmununda seçim edilməli və ikinci , üçüncü dərəcəli biliklər kontentdən çıxarılmalıdır.
Vacib şərt: 100 bilik daşıyıcısı olmaqdansa, yüz bilik yaratma əməllərin sahibi olasan..
- Təbii və süni idrakın hərəkət mexanizmlərindən istifadə edərək fənn bilikləri çözülüb invariant və dəyişən biliklərə ayrılacaq və nömrələnəcəkdi. Ayrılmış və nömrələnmiş biliklər tamlıq sxemində, tam bir şəkildə koordinat şəbəkəsində qurulacaqdır. Şəbəkənin bilik yuvaları hər tədris ili yeni biliklərlə genişlənəcəkdir. Məsələn: Azərbaycan dili fənn biliklərinin tamlıq sxemi fonetika, leksika, morfologiya və sintaksisə aid olan biliklərdən ibarətdir. Hər tədris ilində 1-1X siniflərə kimi sxemdə ki bilik yuvalarına yeni biliklər yerləşdirilir. Bu daxili genişlənmədə biliklər idrakın inkişaf səviyyələrinə uyğun olaraq tək bir bilik vahidi kimi yox bir-biri ilə əlaqəli tətbiq, təhlil edilib öyrənilir və operasional əməllərdən keçirilərək keyfiyyətcə yeni bir biliyə çevrilirlər.
Evladlarının distant təhsil almasını istəyən Valideynlərin nəzərinə !
“İdrak məktəbi” təhsil mərkəzi
“Mini məktəb” proqramına
Distant təhsilə keçən I-IV sinif şagirdlərin qəbulunu elan edir.
Dərslər gibrid formatda- üzbəüz və on-layın, of-layin formatda keçirilir.
- Dərslər hər bir şagirdin inkişaf səviyyəsinə uyğun dövlət proqramına əsasən tərtib edilən personal proqramla tədris ediləcək.
- Şagirdlərin düşüncə tərzlərini, sosial və emosional idraklarının inkişafı üçün ən qabaqcıl pedaqoji texnologiya- konstruktiv təlim texnologiyasından istifadə ediləcək.
- Hər bir şagirdin inkişafı ön, aralıq və son testlərlə izlənəcək.
- Dövlət proqramına əsasən kiçik və böyük summativlərə hazırlıq aparılacaq.
- Müəllimlə üzbəüz təlim 5-6 nəfərlik kiçik qruplarda , başqa qruplarla təmassız şəraitdə keçiriləcək.
Beynəlxalq təhsil layihəsi
“Ev tapşırıqları olmadan oxuyuruq” beynəlxalq Azərbaycan-Rusiya təhsil layihəsinin məramı:
-təhsil texnologiyaları ilə İKT-nin tədris prosesində səmərəli inteqrasiyası ;
-tədris vaxtından səmərəli istifadəsi;
-müəllimləri şagirdləri dərketmə fəaliyyəti ilə “öyrənməyi öyrətmək” bacarıq və vərdişlərinə yiyələndirmək ;
-şagirdlərin dərketmə fəalityyətinin inkişafı və onların dərketmə üsullarına yiyələndirərərk onlarda özü öyrənmə bacarıqlarını yaratmaq ;
Layihənin ən yaxın məqsədləri:
-hər iki tərəfdən 25 nəfərdən ibarət qrupu təşkil etmək (ibtidai məktəb);
-müəllimlər üçün pedaqoji texnologiyalar “Konstruktiv yanaşma ilə interaktiv təlim” mövzusunda distant təlim kursunun keçrilməsi; Read the rest of this entry »Baxış: 1854