Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması. İETC-2015

Sevinc Abbasova Bakı ş. 284N-li məktəb
Fatma xanım Bunyatova «İdrak məktəbi»nin direktoru

IETC-2015 CONSTRUKTIVE LEARNINGBu məqalədə konstruktiv təlimlə aparılan dərslərdə şagirdlərin öz biliklərini hansı formada qazandıqları və şagird özünüqiymətləndirməsinin üstünlükləri göstərilmişdir. Son illərdə Azərbaycanda təhsil sahəsiədə dünya təhsilinə güclü inteqrasiya gedir. Bu səbəbdən təhsildə hərtərəfli islahatlar həyata keçirilir. Milli kurikilimlar təsdiq olunandan sonra fənn kurikulumlarının tətbiqinə start verildi. İslahatın əsas təlim strategiyası fəal (interaktiv) təlim seçilmişdir. Hazırda hər bir Azərbaycan müəllimi öz pedoqoji fəaliyyətini bu istiqamətdə qurmağa çalışır. Fəal təlimdə şagirdlər dərs boyu fəaliyyətdə olurlar, bilik toplayırlar, biliklərin mübadiləsin edirlər. Dərsdə şagirdlərin fəallığını artırmaq üçün bu təlimdə bir cox metodlardan istifadə edilir. Lakin bütün bu işlər müəllimin rəhbərliyi altında olur. Yəni fəal təlimdə şagirdlər müəllimin rəhbərliyi altında bilikləri mənimsəyirlər. Bu mənimsəmə ənənəvi təlimin əsas məqsədi idi. Orada müəllim bilikləri mənimsətmək üçün ən yaxşı metodldrdan istifadə edərək onları şagirdlərə ötürürdü. Biliyi yaxşı mənimsəmək, onu bir az düzəlişlə geri qaytarmaq, verilən tapşırıqları düzgün yerinə yetirmək bunlar hamısı bir tipli təfəkkürü formalaşdırmaqla bərabər şagirdlərdə yaradıcılıq qabiliyəti yox, icraçılıq qabiliyyətini inkişaf etdirir. Yaradıcı təfəkkürə malik olmaq öz biliklərini qurmağa bacarmaq, öyrənmə üsullarına yiyələnmək deməkdir. Öyrənmə üsullarına yiyələnmək özü təfəkkür üsuluna yiyələnmək deməkdir. Bu məqsədə çatmaq üçün şagirdlərin coğrafiya dərslərində öz bilkilərinin qurması üçün konstruktiv təlimin prinsiplərinə əsaslanaraq yeni bilikləri məntiqi birləşmədə onlara təqdim edildi. Bu bilkilər haqqında şagirdlərin intuitiv, dəqiq və formal bilikləri araşdırıb üzə çıxardanda şagird təfəkküründə mövzünün bəsit forması yaradıldı. Bu yaranma interaktiv müzakirə zamanı cox dəyişir, çünki yaranan hər bir yeni fikir şagirdin fikini yeniləşdirirərk genişləndirir. Dərsin sonrakı mərhələsində müəllimin əlavələri bu ön bilikləri elmi biliyə çevirir, və şagirdlər bu yeni biliyi möhkəmləndirilməsi üçün bir sıra tapşırıqlar yerinə yetirirlər. Dərsin sonuncu mərhələsində işçi vərəqlərində verilən tapşırıqlar yaranmış biliyin üzə cıxarılmasına, biliklər üzrə məntiqi əməllərin aparılması zamanı hər bir şagirdin öz şəxsi biliyinin görümü üzə çıxır. Konstruktiv dərslə fəal təlim üsulları ilə apardığım dərslərin nəticələrinin fərqləri belə Oldu: -Sualların quruluşü. Fəal təlimdə əsas suallar biliyi üzə cıxartmağa yönələn bu nədir?, haradadır? Nə vaxt ? suallar quyulur və biliklər ötürülür. -Konstruktiv təlimdə suallar biliyin anlamını, məğzini üzə cıxartmağa yönəlir. Siz bunu necə başa düşürsünüz? Bu sizə nə deyir? bunu necə dəyişdirmək olar? və sairə kimi düşündürücü suallar şagirdlərin şəxsi görümlərini, düşünmə yollarını, əldə etmiş olduqları bacarıqları üzə çıxardır. Bununla yanaşı qoyulan suallar hər bir şagirdə öz bacarıqlarını, biliklərini dəyişdirməyə, yeniləşdirməyə və qiymətləndirirməyə yönəltmiş olur. -interaktivlik fəal təlimdə müəllim dərsdə aparıcı rollda olduğu üçün qruplarda iş az vaxtda gedir. Konstruktiv təlimdə dərs qruplarda interaktiv formada aprılır; — sualların müzakirəyə cıxarılmasında; fəal təlimlə qurulan dərsdə 3-4 sual müzakirəyə cıxarıldığı halda konstruktiv təlimdə qoyulan 20-25 sualların hər biri iki mərhələdə qrup daxilində və sinif də müzakirə edilir. Bu muzakirə zamnı hər bir şagird öz şəxsi biliyini yaradır. Bu yaranma ilə bərabər o öz təfəkküründə ayrı-ayrı bilik əldə etmə yollarını öyrənərək bu yolları öz bilik yolları ilə uzlaşmasına səy edərək öz öyrənmə yollarını genişləşdirməyə başlayıir.

Baxış: 1237

Leave a Reply

You must be logged in to post a comment.

Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe