Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Posts Tagged ‘konstruktiv təlim’

Riyaziyyat. «Çıxma əməli»

189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin I sinifdə apardığı açıq dərsin təqdimatı.

Dərs «Müəllimdən müəllimə» layihəsi çərçivəsində konstruktiv təlim texnologiyası və İKT-ilə layihələnmişdir. Müəllim dərsi 3 strukturda qurmuşdur.

1. Bilik stukturları (şagirdlər onlara təqdim edilən biliyi  hansı biliklərlə necə və nə cür bağlamalı olacaqlar)

2. Əməliyyat strukturları (şagirdlər hansı davamlı məntiqi  əməliyatları aparacaqlar)

3. Fəaliyyət strukturları (şagirdlər dərs zamanı necə işləyəcəklər). Müəllim şagirdlərin toplama və çıxma sözlərinin  və onların işarələrinin anlamını üzə çıxartmaq məqsədi ilə düşündürücü suallar qoymuşdur. Şagirdlərin bu anlamları ortalığa çıxandan sonra o, müzakirə obyektinə çevrilərək, sökülüb dağılır və hər bir şagirdin daxili qüvvəsindən asılı olaraq geniş və dayaqlı bir formada yenidən düzənlənir. Məntiqi ardıcıllıqla qoyulan suallar şagird təfəkkürünü yeni görümlərə və bu görümlər əsasında yeni biliklərini yaratmağa şərait yaratmış oldu. Dərsin leymotivi, onun əsas məqsədi təfəkkürün inkişafı  və şagirdlərin özlərinin öz biliklərinin qurucusu  olduğu üçün dərsdə qoyulan hər bir sual, hər bir tapşırıq bu istiqamətə yönəlmişdir.

Təqdimatı izləmək üçün buraya tıqlayın

Baxış: 7629

Funksiyanın təyin oblastı və qiymətlər çoxluğunun tapılması.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

Funksiya mövzusuna orta məktəb proqramında geniş yer verilir. Demək olar ki, bütün siniflərdə müəyyən həcmdə tədris olunur. Riyaziyyatın maraqlı, lakin , ağır bölmələrindən biridir. Konstruktivizm nəzəriyyəsinin öyrənmədə mühüm rol oynadığını nəzərə alaraq konstruktiv təlim prinsiplərinə əsasən dərs hazırladım. İnteraktiv-qarşılıqlı aktiv metodla “Funksiyanın təyin oblastı və qiymətlər çoxluğu” nun tapılması mövzusunu x sinifdə tədris etdim. Read the rest of this entry »

Baxış: 49337

Tənlik qurmaqla məsələ həlli.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

Konstruktiv təlim texnologiyasının tətbiqi ilə qurduğum bu dərs özundə interaktiv texnologiyanı əks etdirir və burada fərdi yaradıcılıq ictimailəşərək genişlənir və daha da dərin çalarlar yaradır.
Dərsin məqsədi:şagirdlərin “Tənlik qurmaqla məsələ həlli”-i haqqındakı biliklərini formalaşdırmaq və onları zənginləşdirərək yeni biliyə çevirmək, şagirdlərin komandalarda qarşılıqlı fəaliyyətlərini inkişaf etdirməkdir.
Konstruktiv təlimdə dərs iki hissədən ibarətdir. Dərsin birinci hissəsi axtarış elementi ilə başlayır. Bu hissədə qarşıya qoyduğum məqsəd: şagirdlərin tənlik və məsələ haqqında biliklərini ortalığa çıxartmaq və yeni mövzünün bilik sistemində yerini taparaq onu sistem çərçivəsində inkişaf etdilməsi üçün şərait yaratmaqdır. İkinci hissədə – təsəvvürlərin əks olunması mərhələsində keçilən mövzunun mənimsənilməsini və tətbiqinin düzgünlüyünü yoxlamaq üçün komandalara suallar, tapşırıqlar verilir. Komandaların öncülləri işlərini təqdim edirlər. Read the rest of this entry »

Baxış: 24209

Rayon, Şəhər Təhsil Şöbələrinin metod kabinet müdürlərinin, məktəb direktorlarının və müəllimlərin diqqətinə.

Təhsil islahatının əsas istiqamətlərindən biri müəllimin peşəkarlıq səviyyəsinin qaldırılmasıdır. Müəllim nə qədər pedaqoji texnologiyalardan, metod və üsullardan xəbərdar olsa, bir o qədər onun təlimdə istifadə edəcəyi metod və üsulların çeşidləri genişlənəcəkdir.

Müəllimin yeni pedaqoji texnologiyalara yiyələnməsi məqsədi ilə “İdrak məktəbi” Konstruktiv Təlim Mərkəzi interaktiv və konstruktiv texnologiyaları üzrə təlim keçirir. Read the rest of this entry »

Baxış: 3412

Konstruktiv təlimlə aparılan riyaziyyat dərsinin təqdimatı.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

“Ən böyük ortaq bölən”-6-cı sinif dərsi konstruktiv təlim üsulu ilə qurulmuşdu. Konstruktiv təlimin əsas məqsədi şagirdlərin özlərinin öz biliklərinin yaradıcısı olmağıdır. Qoyduğum məntiqi suallar əsasında şagirdlər öz biliklərindən çıxış edərək yeni biliklərini yaratdılar. Read the rest of this entry »

Baxış: 4903

Distant kurslar

Baxış: 1583

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.

  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır.Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Read the rest of this entry »

Baxış: 22139

Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr

Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır. Read the rest of this entry »

Baxış: 4187
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe