Posts Tagged ‘layihə’
SMART TƏHSIL-SMART GƏNCLIK
SMART Təhsilin və SMART Rəqamsal proqramlarının
anlamı nədir?
- Dünyanın istənilən nöqtəsindən bilik kontentinə girib keyfiyyətli bilik almaq – SMART təhsildir.
- SMART təhsil təlim prosesini, metod və texnologiyaların modernləşdirmə prosesinin konsepsiyasıdır.
- SMART təhsil proqramları ənənəvi təlim proqramlarının rəqamsal restruksasiyası.
- SMART Azərbaycan dili rəqəmsal proqramları təbii və süni idrak mexanizmləri ilə qurulan –“Tamlıq və qeyri səlis Azərbaycan dili” TQSAD proqram modelı əsasında qurulmuşdur.
- SMART təhsilin –SMART rəqəmsal proqramları- proqramın istənilən nöqtəsindən istənilən biliyi interqrativ olaraq tam bir şəkildə əldə edilərək öyrənilməsi deməkdir
- “SMART Azərbaycan dili” rəqəmsal proqramlarının məqsədi şagirdlərin öyrənmə mühitində öz təfəkkür bacarıqlarını inkişaf etdirərək biliklərini yaradıb qurmasıdır.
İETC-2015 Beynəlxalq Konfransı
Növbəti beynəlxalq layihəmizi uğurla başa vurduq. İstanbul Universitetində keçirilən may 27-29 2015 beynəlxalq konfransında Konstruktiv Təlim Mərkəzinin üzvləri beş məruzə ilə çıxış etdilər.
Fatma xanım Bunyatova
Sevinc abbasova
«Konstruktiv təlimdə şəxsi biliklərin qazanılması və şagird təfəkküründə öyrənmə yollarının qurulması»
Nübar Qayıblı Read the rest of this entry »Baxış: 1596
Uğurla başa vurduğumuz növbəti layihə.
Fatma xanım Bunyatova
«İdrak məktəbinin» həmtəşkilatçısı olduğu Beynəlxalq konfrans: «Məktəb və ali məktəb təhsil sistemində konstruktiv təlim: problemlər və həlli» Rusiya Federasiyası Novosibirsk Dövlət Pedaqoji Universitetinin Kuybışev filialında 15 noyabr 2014-çü ildə uğurla başa catdı. Bu layihədə iştirak edən konstruktivist müəllimlərə öz dərin təşəkkürümü bildirirəm. Bildirirəm ki onlar Azərbaycanı tanıdaq müstəvisində yox, Azərbaycan tələblidir müstəvisində olaraq yeni Beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi dəvətli olublar. Konfransın aparıcısı Novosibirsk universitetinin professoru, Rusiyanın tanınmış alimlərindən bir olan Natalya Petrovna Şatalova öz minnətdarlığını belə bildirdi: «Всем огромное спасибо за участие, за ОРГАНИЗАЦИЮ, за видео-материалы. Конференция прошла отлично. Все было безупречно, спокойно, ни одного инцидента. Всем очным участникам понравилось. Надеюсь на продолжение сотрудничества. Было бы хорошо издать УЧЕБНО-МЕТОДИЧЕСКОЕ ПОСОБИЕ «Конспекты уроков конструктивного обучения». Как вы на это смотрите? О проекте я помню. Напишу отчет и возьмусь. Дорогая Фатма ханум Джалал, огромное спасибо лично Вам за поддержку, операционную своевременную работу, Вы меня одухотворяете своим высоким коэффициентом работоспособности, стойкости и конструктивностью. Я рада , что судьба Read the rest of this entry »Baxış: 1329
Təlim strategiyaları və pedaqoji texnologiyalar
Fatma xanım Bunyatova
“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »Baxış: 40696
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurulmuşdur.
Fatma xanım Bunyatova
TN elan etdiyi müsabiqəyə 150 yaxın layihə təqdim edilmişdir.
Müsabiqəyə təklif olunan layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilmişdir.
Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7710
Uğur qazananları təbrik edirik! Yeni-yeni nailiyyətlərə imza atmağı arzulayırıq.
İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müsabiqənin əvvəlcədən müəyyənləşdirilmiş şərtlərinə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılmışdır. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilmişdir.
Kənarlaşdırılmış və ya müsbət qiymətə tüş gəlməyən layihələrimizi ictimaiətləşdirmək istəyirik, çünki “İdrak məktəbi”nin təklif etdikləri yenilikləri, pedaqoji prosesdə yeni yanaşmaları , beynəlxalq konfranslarda, jurnallarda, öz saytında cap olunan məqalələrdən “yerli istifadəcilər” öz yazılarında, məqalələrində genli-bollu ağıllarına gələn bir fikir kimi istifadə etdiklərinin şahidiyik. Buna görədə öncədən layihələrin məzmunlarını Read the rest of this entry »
Baxış: 1764
“Koqnitiv(dərk etmə) nəzəriyyəsi əsasında innovativ məktəb” layihəsində iştirak etmək ücün ibtidai sinif müəllimləri dəvət olunur.
Fatma xanım Bunyatova
Layihənin annotasiyası
Layihə Təhsil İslahatı cərcivəsində ibtidai sinif Kurikulumun həyata kecirilməsində irəli gələn mühüm vəzifələrin innovativ yolla, innovativ məktəbdə həyata kecirməyi nəzərdə tutur və ibtidai təhsilin məzmununun yeni struktur quruluşuna və onun təlim prosesində səmərəli tətbiqi probleminə həsr olunmuşdur. Layihənin başlıca qayəsi ibtidai siniflərinin fənn biliklərini ( dil və riyaziyyat) təfəkkürün inkişafı yolunda modelləşdirilməsi, bu inkişaf yolunda pedağoji prosesin qurulması və bu inkişafın ölcu mexanizminin yaradılmasıdır. Fənn biliklərinin modelləşdirilməsi Read the rest of this entry »Baxış: 2644
Riyaziyyat. «Çıxma əməli»
189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin I sinifdə apardığı açıq dərsin təqdimatı.
Dərs «Müəllimdən müəllimə» layihəsi çərçivəsində konstruktiv təlim texnologiyası və İKT-ilə layihələnmişdir. Müəllim dərsi 3 strukturda qurmuşdur.
1. Bilik stukturları (şagirdlər onlara təqdim edilən biliyi hansı biliklərlə necə və nə cür bağlamalı olacaqlar)
2. Əməliyyat strukturları (şagirdlər hansı davamlı məntiqi əməliyatları aparacaqlar)
3. Fəaliyyət strukturları (şagirdlər dərs zamanı necə işləyəcəklər). Müəllim şagirdlərin toplama və çıxma sözlərinin və onların işarələrinin anlamını üzə çıxartmaq məqsədi ilə düşündürücü suallar qoymuşdur. Şagirdlərin bu anlamları ortalığa çıxandan sonra o, müzakirə obyektinə çevrilərək, sökülüb dağılır və hər bir şagirdin daxili qüvvəsindən asılı olaraq geniş və dayaqlı bir formada yenidən düzənlənir. Məntiqi ardıcıllıqla qoyulan suallar şagird təfəkkürünü yeni görümlərə və bu görümlər əsasında yeni biliklərini yaratmağa şərait yaratmış oldu. Dərsin leymotivi, onun əsas məqsədi təfəkkürün inkişafı və şagirdlərin özlərinin öz biliklərinin qurucusu olduğu üçün dərsdə qoyulan hər bir sual, hər bir tapşırıq bu istiqamətə yönəlmişdir.
Təqdimatı izləmək üçün buraya tıqlayınBaxış: 7704